Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları
Yuxulara nə dərəcədə inanmalıyıq? Və yuxular mövzusunda da məqalələr paylaşmağını xahiş edirik.)
Cavab (1)
movlan
1 movlan ★ Administrator ★ 8 yanvar 2021 20:23
Məhəmməd ibn Qasim Nofəliy adlı bir şəxs İmam Sadiqə deyir:👇👇

“Bəzən olur ki, mömin yuxu görür və gördükləri həyatda eynilə baş verir. Bəzən isə gördüyü yuxu həqiqət tapmaz”. İmam ona cavab verir: “Mömin yatan zaman ruhundan başlayan bir hərəkət göylərə qədər yüksələr. Möminin ruhu ilahi təqdir və tədbirin qərar tapdığı yer olan səmada hər nə görsə, o, həqiqət olar. Ancaq yerdə gördükləri isə “ədğasu əhlam” (yəni qarışıq yuxular) olar”. Sonra İmama bir daha dedim: “Möminin ruhu göyə yüksələr?”. İmam: ”Bəli”, -deyə cavab verir. O şəxs yenə soruşur: “O zaman ruhundan bədənində heç bir şey qalmaz? (yəni ruh o zaman bədəni tam tərk edir?)”. İmam buyurur: “Xeyr! Əgər ruhundan onun bədənində heç bir şey qalmasa və bütünlüklə xaric olsa, o zaman ölər”.Həmin şəxs: ”Bəs o zaman necə ruh bədəndən xaric olur?” -deyə soruşduqda imam cavab verir: “Məgər Günəşə diqqət etməmisən?! Günəş göydə öz yerindədir. Şüaları isə yerdə qərar tapmışdır. Eynilə ruhun əsli də bədəndə, hərəkəti isə uzanmış haldadır”.

Günlərin biri İmam Əli Allah rəsulundan soruşur: “Bəzən insanın gördüyü yuxular düz çıxır, bəzən isə həqiqət olmur”. Allah rəsulu buyurur: “Elə bir bəndə yoxdur ki, yatan zaman ruhu bədənini tərk edərək aləmlərin Rəbbinə tərəf yüksəlməsin. Onun aləmlərin Rəbbinin yanında gördükləri həqiqətdir. Sonra Allah ona bədəninə geri dönməsini əmr edər. Bu zaman ruh bədənə dönəndə göy və yer arasında seyr edər. Burada gördükləri hər bir şey isə yalan olar (yəni ədğasu əhlam)”.

İmam Məhəmməd Baqir buyurub: “İblisin “Huzəu” adlı bir şeytanı vardır. O şeytan hər gecə məğrib və məşriqi doldurar. İnsanların yuxusuna gələr. Ona görə də insanlar dolaşıq yuxular görərlər”.

Hədislərdə doğru yuxuların, şeytani və qarışıq yuxuların görülməsinin müəyyən vaxtları, xüsusiyyətləri, səbəbləri haqda bir çox məsələlər açıqlanmışdır. Hədislərdən anlaşılan digər mətləb də yuxunu hər kəsin yoza bilməməsidir. Yuxular qeybi rabitəyə malik olduğu üçün onu yoza bilən insan qeybi həqiqətlərlə rabitəsi olan biri olmalıdır.
 
“Əmalius Səduq”, səh.145.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.