Həzrət Əlinin sözünə görə nazil olan ayələr
- 25 iyun 2023
- Bölmə: Hz. Imam Əli (ə)
- Baxış: 300
- Şərhlər: 0
- Müəllif: movlan
İmam Muhəmməd Təqi (ə) ata-babalarından (ə), onlar da İmam Səccaddan (ə), o həzrət atasından, o həzrət də atası İmam Əlidən (ə) nəql edir:
"Mən dörd söz söylədim və Allah təala da ayə nazil etməklə mənim sözümü təsdiq etdi. Dedim ki, "İnsan öz dilinin altında gizlənmişdir, danışarkən tanınar", Allah (təala) da bu ayəni nazil etdi:
Sən mütləq onları danışıq tərzlərindən tanıyacaqsan. (Muhəmməd/ 30)
Dedim ki, "İnsan bilmədiyi şeyin düşmənidir", Allah da bu ayəni nazil etdi:
(Onlar Qur’anı onun mənasını bilərək təkzib etmədilər,) əksinə, elmini bilmədikləri və yozumu (həqiqətlərinin aşkar olacağı gün – cahanşümul ədalət hökümətinin zahir olacağı və Qiyamət günü) hələ onlara gəlməmiş şeyi təkzib etdilər.
(Yunus/ 39)
Dedim ki, "Hər kəsin qədir-qiyməti onun bildiyi və gözəl yerinə yetirdiyi şey qədərdir.", Allah da Talutun hekayəsində bu ayəni nazil etdi:
«Şübhəsiz, Allah onu (Talutu) sizin üzəriniz(d)ə (hökmranlıq etmək üçün) seçib və ona artıq elm və cismani güc verib.
(Bəqərə/ 247)
Dedim ki, "Qətl qətli azaldar", Allah da bu ayəni nazil etdi:
Ey ağıl sahibləri, qisasda sizin üçün həyat vardır (cəmiyyətin həyatı qisas hökmünün həyata keirilməsindədir)
(Bəqərə/ 179)
Şeyx Tusinin əl-Əmali Kitabı səhifə 494.
paylaşaq
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.