Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Hicrət gecəsi (Leylətul-məbit)

Hicrət gecəsi (Leylətul-məbit)
+3
Mətndə qrammatik səhv var?

Hz.Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrət etməsi üçün şərait yaradan amillərdən biri də həmin şəhərdə İslamın yayılması idi. Mədinədə İslam dininin yayılmasından, eləcə də bir qrup müsəlmanın həmin şəhərə hicrət etməsindən xəbər tutan Məkkə müşrikəri qorxdu ki, İslam dini həmin şəhərdə qüvvətlənib, sonradan onlar üçün təhlükə mənbəyinə çevrilə. Ona görə də bu təhlükələri aradan qaldırmaq üçün Hz.Peyğəmbəri (s) öldürmək qərarına gəldilər. Amma onların çirkin planından Allah Hz.Peyğəmbəri (s) “Ənfal” surəsinin otuzuncu ayəsi ilə xəbərdar etdi. Ayədə deyilir: “(Ya Rəsulum!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün (Darun-Nədvədə) sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökürdü. Allah (gizli hiylə quranlara, məkr edənlərə qarşı) tədbir tökənlərin (onlara gözləmədikləri yerdən qəfil bəla göndərib cəzalandıranların, məkri pozanların, məkrə tədbirlə cavab verənlərin) ən yaxşısıdır!” Bu ayənin nazil olmasından sonra Hz.Peyğəmbər (s) Hz.Əlini çağırıb buyurdu: “Ya Əli, Allahın əmri budur ki, Məkkəni tərk edərək Mədinəyə üz tutaq. Amma bu gizli olmalıdır ki, müşriklər bundan xəbər tutmasın. Onları qəflətdə qoymaq üçün mənim yatağım boş olmamalıdır. Allahın əmri budur ki, mənim yatağımda yatasan və mən gizli şəkildə hicrət edim.” Hz.Əli buyurdu: “Dediklərini səmimi qəlbdən yerinə yetirməyə hazıram, ya Rəsulallah.” Hz.Əlinin haqq və həqiqət yolundakı canfəşanlığını görən Hz.Peyğəmbərin (s) mübarək gözləri yaşardı. Elə bu halda Hz.Əlini qucaqlayıb öpdü, sonra onunla vidalaşıb ayrıldı. Hz.Peyğəmbər (s) besətin on ikinci ilinin rəbiül-əvvəl ayında, miladi tarixi ilə 622-ci ildə Məkkədən Mədinəyə hicrət etmişdir. Hz.Əlinin bu fədakarlığı müqabilində Hz.Peyğəmbərə (s) Qurani-Kərimin “Bəqərə” surəsinin 207-ci ayəsi nazil oldu. Ayədə deyilir: “İnsanların eləsi vardır ki, Allahın razılığını qazanmaq üçün öz canından keçər. Allah öz bəndələrinə çox mehribandır!” Təfsirçi və tarixçilərinin rəyinə əsasən bu ayədə Hz.Əli nəzərdə tutulmuşdur. Bu mənbələrdən bəziləri bunlardır:

1) İmam Qəzzali “Ehyaul-ulum”, III cild, səh-237
2) Məhəmməd ibn Yusif Gənci Şafii “Kifayətut-Talib”, səh-114
3) İbn Səbbağ Maliki “Fisulul-muhimmə”, səh-33
4) Cövzi Hənəfi “Təzkirətul-xəvass”, səh-21
5) Şəblənci “Nurul-əbsar”, səh-82
6) Hakim Həsqani “Şəvahidut-tənzil”, I cild, səh-96
7) Əhməd ibn Hənbəl “Müsnəd”, I cild, səh-347
8) “Təfsiri-Burhan”, I cild, səh-206-207
9) Əllamə Məclisi, Biharul-ənvar.
10) Əllamə Əmini, Əl-Qədir, II cild, səh-48.
11) Seyid Şərəfuddin Amuli, Əl-Müraciət.


Həmin gecə İslam tarixində “Leylətul-məbid” gecəsi adlanır. Tarixi mənbələrə görə Hz.Əli Məkkədə üç gün qaldıqdan sonra Hz.Fatiməni (s.ə), öz anası Fatimə binti Əsədi və Fatimə binti Zübeyri götütüb onlarla birlikdə Məkkədən Mədinəyə doğru hərəkət etdi. Hz.Əlinin Qubaya çatdığını öyrənən Hz.Peyğəmbər (s) özü onun qabağına getmiş və Hz.Əlinin ayaqlarının şişdiyini, yaralarından qan axdığını gördükdə ağlamağa başlamışdır.

Mənbə: Şahlar Şərifov -İslam tarixi səhifə 92-93
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.