Həzrət Əli (ə.s) qardaşının təklifini rədd etməsi.
- 06 fevral 2022
- Bölmə: Hz. Imam Əli (ə)
- Baxış: 931
- Şərhlər: 0
- Müəllif: movlan
ƏQILIN QIZMIŞ DƏMIRDƏN NALƏSI
Həzrət Əli (əleyhissalam)-ın anası Fatimə Əsəd qızının Talib, Əqil, Cəfər və Əli (əleyhissalam) adlı dörd oğlu var idi ki, hər birinin digəri ilə aralarındakı fərqdə on il fasilə var idi. Əbu Talibin ikinci oğlu Əqil gözəl fikirli, hazır cavab və şücaətli idi. Siffeyn müharibəsində Əli (əleyhissalam)-ın döyüşçülərindən hesab olunurdu. Əqilin övladları və nəvələri xüsusilə də oğlu Həzrət Müslüm hamılıqla dinin himayətçilərindən idilər. Onlardan bir neçəsi də Kərbəlada İmam Hüseyn (əleyhissalam)-ın hüzurunda şəhadətə yetişdilər. İmam Əli (əleyhissalam) xütbələrin biridə buyurur:
“And olsun Allaha ki, qardaşım Əqilin yoxsulluq və kasıblıq caynağı altında çapaldığını gördüm. Məndən sizin hüququnuzdan olan buğdanın bir miqdarını ona bağışlamağını istədi.”
Elə bir halda ki, onun uşaqlarını yoxsulluğun şiddətindən pərişan və rənglərini solmuş gördüm. Elə bil ki, uşaqların üzləri ilə qaraldılmışdı. Əqil bir neçə dəfə Həzrətin yanına gedib qayıtdı. Hər dəfə də ürək yandırıcı halətlə öz istədiyini təkrar edirdi. Mən də onun sözlərinə qulaq asırdım. O belə güman etdi ki, mən dinimi satıb onun istəyinə itaət edir və öz iş tərzimdən əl götürərəm. Bu halda bir dəmiri qızdırıb Əqilin bədəninə yaxınlaşdırdım. Bu vaxt Əqil nalə çəkdi və az qaldı ki, qızmış dəmirin hərarətindən yansın. Ona dedim:
Anan yasında otursun, ey Əqil! İnsanın oyuncaq üçün qızdırdığı oddan nalə edirsən, amma məni elə bir oda tərəf sürükləyirsən ki, Cəbbar olan Allah onu Öz qəzəbindən alışdırıbdır. “Sən qısa müddətli dünya əziyyətindən nalə etdiyin halda mən cəhənnə-min alışdırılmış əbədi odundan nalə çək-məyim?”
Bura qədər sözü Əli (əleyhissalam)-ın dilindən eşitdik. İndi də Əqilin öz dilindən eşidək. Məşhur sünni alimi ibni Əbil Hədid deyir: Bir gün Müaviyə Əqildən soruşdu: “Qızdırılmış dəmir əhvalatı nədir?!”
Əqil dedi: “Ruzigar mənim üçün çox çətin keçirdi. Yoxsulluq və əli boşluqdan təngə gəlmişdim. Qardaşımın yanına getdim nə qədər təkidlə kömək etməsini xahiş etdimsə də müsbət cavab eşitmədim. Nəhayət bütün uşaqlarımı götürüb Əli (əleyhissalam)-ın evinə getməkdən başqa bir çarə görmədim. Yoxsulluq və pərişanlıq uşaqlarımın üzündən aşkar olurdu. Həzrət bunu görcək buyurdu: “Gecə gəl sənə bir şey verim.”
Gecənin qaranlığında uşaqlarımdan biri mənim əlimdən tutub Əli (əleyhissalam)-ın evinə apardı. Əli (əleyhissalam) oğluma çölə çıxmasını tapşırdı otaq xəlvət olduqdan sonra qardaşım dedi: “İndi götür” Məndə qızıl gümanı ilə sür”ətlə irəli getdim. Qəflətən əlim qızmış bir dəmirə toxundu və onu əlimdən atıb nalə etdim.”
Həzrət buyurdu: “Anan yasında otursun, bu insanın dünya odu ilə qızdırılmş bir dəmirinin istiliyidir. Bəs, sabah qiyamətdə mənim və sənin halın necə olacaqdır?
Sonra bu ayəni (“Mömin” surəsi, 71) tilavət etdi:
“O zaman ki, zəncirlər onların boyunlarına asılar və onları çəkər.”
Sonra buyurdu:
Beytül-malda Allahın sənə təyin etdiyi haqdan başqa məndə sənin haqqın yoxdur, get evinə.”
Müaviyə təəccüb edib dedi: “Əfsus, əfsus, haradadır elə bir ana ki, Əli (əleyhissalam) kimi bir oğul dünyaya gətirsin?”
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.