Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Nəhcül-Bəlağə hekayətləri.

Nəhcül-Bəlağə hekayətləri.
0
Mətndə qrammatik səhv var?
Nəhcül-Bəlağə hekayətləri.


BEŞİNCİ HEKAYƏT

36-cı hicri ilinin cəmadiul əvvəl ayında Bəsrədəki Cəməl müharibəsi Həzrət Əli (əleyhissalam)-ın xilafəti zamanında baş verən ilk müharibə idi. Bu müharibə «nakisinlər» adlanırdı (yə`ni bey`ət pozanlar, Təlhə, Zübeyr və Ayişə onlara başçılıq edirdi). Bu müharibədə Əli (əleyhissalam)-ın qoşunundan 5 min, düşmən qoşunundan isə 13 min nəfər qətlə yetirildi.
(«Tətimmətül-müntəha», 9 və 12-ci səhifələr.)

Həzrət Əli (əleyhissalam)-ın başçılıq etdiyi qoşun döyüşdə qalib gələrək müharibəni sona yetirdi. Bu vaxt Əli (əleyhissalam)-ın döyüşdə iştirak etmiş yaxın əshabından biri Həzrətin hüzuruna gəlib dedi:«Əgər qardaşım da bizimlə birgə bu döyüşdə iştirak edib qələbəmizi görsəydi və öz iştirakına görə mükafat və iftixara nail olsaydı nə yaxşı olardı?!»

Həzrət Əli (əleyhissalam) buyurdu: «Sənin qardaşın da bizim fikrimizlə şərik olub tərəfdarlarımızdandırmı?» O, dedi: Bəli İmam buyurdu: Məhz elə buna görə onun da bizimlə bu döyüşdə vurulub iştirak etdiyini zənn et. Sonra əlavə etdi:
Hətta dünyaya gəlməmiş hələ atalarının sülb və analarının bətnində olan bu müharibədə bizimlə olmayıb lakin bizimlə eyni əqidə də olan uşaqlar elə bizimlədirlər. Onlar tezliklə doğularaq din və iman vasitəsilə tərbiyə alacaqlar.
(«Nəhcül-bəlağə», 12-ci xütbə)


Ən maraqlısı budur ki, tarixdə yuxarıdakı mövzuya oxşar başqa bir dastan aşağıdakı şəkildə gəlibdir: Əbül Əsvəd və Hübabə Örninin söylədiklərinə əsasən Cəməl müharibəsi qurtardıqdan sonra Həzrət Əli (əleyhissalam) Bəsrənin beytül-malı qızıl və gümüş ilə dolu bir evə daxil olub, bir neçə dəfə belə buyurdu: «Özgələrini aldat»

Daha sonra həmin qənimətin əshab və döyüşçülər arasında bölünərək hər birinə 500 dirhəm verilməsini əmr etdi. O Həzrətin özü də həmin o qənimətdən 500 dirhəm götürmüşdü ki,bu zaman döyüşdə iştirak etməyənlərdən biri yoldan təngənəfəs çataraq Həzrətə dedi: Ey mö`minlər ağası! Müharibədə sizinlə iştirak etməsəm də qəlbim sizinlə idi, mümkünsə mənə də qənimətlərdən bir şey ver.

İmam Əli (əleyhissalam) özünə çatacaq payı ona bağışlayaraq özünə bir şey götürmədi.

Bütünlüklə 12 min dirhəmdən ibarət olan beytül-malın altı min arasında bölünəcək pulun miqdarını və adamların sayını qabaqcadan bilirdi.
(Nəhcül-bəlağənin şərhi, 1-ci cild, səh.249 və 250)

Beləliklə, Həzrət Əli (əleyhissalam) -ın haqq tərəfdarı eləcə də bu niyyətdə olanlara ehtiram bəsləməsinin şahidi oluruq. O Həzrət döyüşdə iştirak etməyənləri nəinki rədd etmir, əksinə mehribanlıqla qəbul edib buyurur:Siz döyüşçülərin payında şərik olmaqla yanaşı, həm də onların sırasında durursunuz.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.