Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Uşaqları həzrət Mehdi əleyhissalam ilə necə tanış edək?

Uşaqları həzrət Mehdi əleyhissalam ilə necə tanış edək?
0
Mətndə qrammatik səhv var?

1. Uşaqlara tapşıraq ki, həzrət Mehdi əleyhissalamın salamatlığı və zühuru üçün dua etsin, təki o həzrət (ə) də çətin işlərində ona kömək olsun.

2. İmamZamanı (ə) dərk edilməsi çətin olan, yaxud "gəlib insanları məhv edəcək" kimi qorxulu xüsusiyyətlərlə vəsf etməyin.

3. Heç olmazsa, həftədə ya on gündə bir dəfə, məsələn, uşağa şərait yaradın ki, İmamzaman (ə) ilə söhbət etsin.

4. İmamzaman əleyhissalam barədə olan qısa hədislərdən -hər dəfə birini- uşağa verin ki, gözəl hərflərlə həmin hədisin üzünü köçürsün.

5. İmamzaman əleyhissalamın həyatı barədə maraqlı və tərbiyəvi əhvalatlardan uşağa danışın.

6. Uşağa örəyrədin ki, böyüklərə ehtiram etmək, dərsləri yaxşı oxumaq, öz həmyaşıdlarına kömək etmək kimi yaxşı əməllər İmamzaman əleyhissalamın xoşuna gəlir və o həzrətin zühurunu tezləşdirir.

7. İmamzaman əleyhissalam ilə görüşmüş şəxslərin hansı xüsusiyyət və xasiyyətlərə malik olduqlarına görə həzrət Mehdi (ə) ilə görüşmələrini uşağa danışın.

8. Həzrət Mehdi əleyhissalam barədə çox kitab oxuyun ki, övladınıza da bu barədə daha çox danışa biləsiniz.

9. İmamzaman əleyhissalam ilə bağlı günlərdə uşaqlarınıza hədiyyə alın ki, bu, onun üçün xatirələrə çevrilsin.

10. Gözəl əxlaqlı, xoşxasiyyət, mehriban, səbirli olun və uşaqlarınıza deyin ki, Həzrət Mehdi əleyhissalamın dostlarından olduğunuz üçün belə gözəl əxlaq və xasiyyətlərə maliksiniz.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.