İmam Məhdinin (ə.f) qeybinin möminlər üçün müsbət təsirləri
- 02 may 2018
- Bölmə: Əhli - beyt
- Baxış: 1 395
- Şərhlər: 0
- Müəllif: imameli.az
İmam Zamanın (ə) qeybdə olması nə qədər üzüntülü və dərdverən olsa da, Uca Allah bunda da səmərələr qoymuşdur. Bu müsbət təsirlərin bəziləri ilə tanış olaq:
1. İman və təqvanın güclənməsi.
Müsəlmanların təqvalı olması və əməllərinə diqqət etməsi – İmam Zaman ağanın (ə.f) qeybinin təsirlərindən biridir. Belə ki, insan o zaman bilir və etiqad bəsləyir ki, dahi bir şəxsiyyətin intizarındadır və həmin şəxsiyyət onun rəftar və əməllərinə diqqət edir – özünü kamil şəkildə kontrol etməyə çalışacaqdır. Öz əməllərinə nəzarət edəcəkdir. O zaman insan bilir ki, İmam (ə.f) görünməz şəkildə ona nəzarət edir – iman və təvqasını möhkəmləndirməyə çalışacaqdır.
2. Haqla batil bir-birindən ayrılacaqdır.
İmamın (ə.f) qeybi göstərir ki, kim həqiqi Əhli-Beyt (ə) davamçısıdır, kim isə yalandan özünü belə adlandırır. Haqq batildən açıq şəkildə ayrılmağa başlayır.
3. Ədalətə susuzlamaq.
İnsanlar İmamın (ə.f) qeybi zamanında artıq zalımların zülmündən o qədər əziyyət çəkirlər ki, ədalətə susuzlayıblar. Zülm bəşərə o qədər təzyiq göstərir ki, hamı xilasedicinin tez gəlməsini arzu edir.
4. Möminlərin savabı artar.
Belə ki, hədislərdə oxuyuruq ki, İmamın (ə.f) qeybi zamanında yaşayan möminlərin savabı sağlığında yaşayan möminlərin savabından qat-qat çoxdur. Peyğəmbər (s) buyurur: “Tezliklə sizdən sonra elə bir dəstə gələcəkdir ki, onların bir nəfərində sizin 50 nəfərin əcr və savabı olacaqdır”.
Səbəbini soruşan zaman Həzrət (s) buyurur: “Əgər onların dözdükləri giriftarlıqlar sizin üzərinizə düşərsə, onların səbir və mətanətinə malik ola bilməyəcəksiniz”. (Həvzəh)
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.