Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Fərəc duası haqqında

Fərəc duası haqqında
+1
  • 17 may 2021
  • Bölmə: Dualar
  • Baxış: 1 834
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?

Fərəc duasının yaranması.
Nəql olunanlara görə öldürüləcəyi xəbərindən qorxan və Məqabirul-Qureyşə (Kazimeynə) sığınan Muhəmməd ibn Əhməd ibn Ləysə yuxusunda imamın (ə.f.) ona öyrətdiyi bir duadır. O, bu duanı oxumaqla ölümdən amanda qaldı. Bu dua imam Zamanın (ə.f.) namazının təqibatına daxildir və qeyb dövrünün ən başlıca əməllərindəndir. Əminul-İslam Təbərsi "Kənzun-Nəcah” kitabında da bu duanı imam Zamanın (ə.f.) öldürülmək qorxusundan Kazimeynə sığınan və bu duanın bərəkətiylə qurtulan Muhəmməd ibn Əhməd ibn Ləysiyə yuxusunda öyrətdiyi dua olaraq göstərilmişdir.

Fərəc duası 3 bölümdən ibarətdir:

1) Duanın birinci qismində insanların qeybət dövründə mübtəla olduqları böyük imtahanlara işarə olunur.

2)İkinci qismində Rəsuli-Əkrəmə (s.) və onun pak Əhli-beytinə (ə.) salam və salavat göndərildikdən sonra möminlərin sahib olduqları yüksək və uca məqamları, əmrlərə itaət etmənin lazım olması haqqındadır.

3) Duanın son bölümündə isə Allahu-Təaladan məsumların (ə) üzərimizdə olan haqları hörmətinə bizlərə yardım etməyi istənilir.

Fərəc nə deməkdir?
Fərəc sözü ərəbcədə "qəm və hüzündən qurtulmaq və rahatlamaq” anlamına gəlir. Hədis kitablarında fərəc ve rahatlamanın hasıl olması için zikr olunan dua ve aməllər bu sözün anlamını daşıyır.

Bismillahir–rəhmanir-rəhim!
İlahi, əzuməl-bəla,və bərihəl xəfa, vənkəşəfəl-ğita, vənqətəər-rəca, və zaqətil-ərzu və muniətis-səma, və əntəl-mustəanu və iləykəl-muştəka, və ələykəl-muəvvəlu fiş-şiddəti vər-rəxa. Əllahummə salli əla Muhammədin və Ali-Muhamməd, ulil-əmril-ləzinə fərəztə əleynə taətəhum və ərrəft bizalikə mənzilətəhum, fəfərric ənna bihəqqihim fərəcən acilə, qəribən kələmhil-bəsəri əv huvə əqrəb, ya Muhammədu ya Əliyy, ya Əliyyu ya Muhəmməd, ikfiyəni fəinnəkumə kəfiyən, vənsurani fəinnəkumə nəsiran, ya Məulənə ya Sahibəz-zaman, əl-ğaus, əl-ğaus, əl-ğaus, ədrikni, ədrikni ədrikni, əs-saət, əs-saət, əs-saəh, əl-əcəl, əl-əcəl, əl-əcəl, ya ərhəmər-rahimin, bihəqqi Muhammədin və alihit-tahirin.


Bismillahir–rəhmanir-rəhim!
İlahi, zülm çoxalıb, gizli işlərimiz aşkara çıxıb. Pərdələr aradan götürülüb. Ümidlər yox olub. Bizim üçün yer daralıb, göyün rəhmətinin qarşısı alınıb. Sən hər kəsə kömək edənsən. Bütün şikayyətlər yalnız Sənə olunur. Çətinliklərdə və asanlıqlarda hamının dayağı Sənsən. İlahi, Muhəmməd və Ali-Muhəmmədə öz salamlarını göndər. O şəxslər və rəhbərlərə ki, onlara tabe olmağı bizlərə vacib etdin. Beləliklə onların məqamını bizlərə tanıtdırdın. Onların haqqı və hörməti xatirinə bizi çətinliklərdən qurtar. Tezliklə bir göz qırpımı müddətində və hətta bundan daha az bir müddət ərzində müşküllərimizi həll et. Ey Muhəmməd və ey Əli! Ey Əli və ey Muhəmməd! Məni özünüzlə kifayyətləndirin. Sadəcə sizinlə olmaq mənə kifayyət edər. Mənə kömək edə biləcək şəxslər yalnız sizlərsiniz. Ey Mövlam, ey Sahibəz-Zaman! Fəryad, fəryad, fəryad. Səsimi eşit, səsimi eşit, səsimi eşit. Elə bu saat, elə bu saat, elə bu saat. Təcili, təcili, təcili, ey rəhm edənlərin ən rəhimlisi Muhəmməd və onun pak Əhli-Beytinə xatir.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمٰنِ ٱلرَّحِيمَِ


اِلهى عَظُمَ الْبَلاءُ وَ بَرِحَ الْـخَـفـآءُ وَ انْـکَـشَـفَ الْـغِـطآءُ

وَ انْـقَـطَـعَ الـرَّجـآءُ وَ ضـاقَـتِ الاْ رْضُ وَ مُـنِـعَـتِ السَّـمـآءُ

وَ اَنْتَ الْـمُـسْـتَـعـانُ وَ اِلَیْکَ الْـمُـشْـتَـکـى وَ عَـلَـیْـکَ الْـمُـعَـوَّلُ

فِـى الـشِّــدَّةِ وَ الـرَّخــآءِ اَلـلّـهُمَّ صَـلِّ عَـلى مُـحَـمَّـد وَ الِ مُـحَـمَّـد

اُولِــى الاْمْرِ الَّــذینَ فَـرَضْـتَ عَـلَـیْـنا طـاعَـتَـهُـمْ وَ عَـرَّفْـتَـنـا بِـذلِکَ

مَـنْـزِلَـتَـهُـمْ فَـفَـرِّجْ عَـنّـا بِـحَــقِّــهِــمْ فَــرَجـاً عـاجِــلا قَــریـبـاً کَـلَـمْـحِ الْـبَـصَرِ

اَوْ هُـوَ اَقْـرَبُ یا مُـحَـمَّـدُ یـا عَـلِىُّ یـا عَـلِـىُّ یـا مُـحَـمَّـدُ اِکْـفِـیـانـى

فَـاِنَّـکُـما کـافِـیانِ وَ انْـصُـرانـى فَـاِنَّــکُما نـاصِـرانِ یــا مَــوْلانـا یـا صاحِب الزَّمانِ

الْـغَـوْثَ الْـغَــوْثَ الْـغَــوْثَ اَدْرِکْـنـى اَدْرِکْـنـى اَدْرِکْـنـى

الـسّــاعَـةَ الـسّــاعَــةَ الـسّــاعَــةَ الْـعَـجَـلَ الْـعَـجَـلَ الْـعَـجَـلَ

یـا اَرْحَــمَ الــرّاحِـمـیـنَ بِــحَـقِّ مُـحَـمَّـد وَ الِـهِ الـطّـــاهِـــریـنَ

İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.