Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Bədr müharibəsi

Bədr müharibəsi
+2
Mətndə qrammatik səhv var?

İslamda ilk müharibə Bədr müharibəsi olmuşdur...
Döyüşdə 313 nəfər iştirak etmuişdir.Onun dörddə birini mühacirlər, qalanını isə ənsar təşkil edirdi.
Quruz ibn Cabir müşrikləri ətrafına toplayaraq Mədinə yaxınlığına qədər gəlib kəndlərdən birinə hücum edərək mal-qaranı yığıb apardı. Bundan xəbər tutan Hz.Peyğəmbər (s) Zeyd ibn Harisi Mədinədə qoyub mühacirlərin bir hissəsilə yola çıxdı. Bu qəzvədə islam bayrağını Hz.Əli (ə) tutmuşdu. Müsəlmanların Səfvan adlı məntəqəyə çatdığını eşidən Quruz ibn Cabir götürdüyü qənimətləri buraxaraq qaçdı. Səfvan Bədr quyuları yaxınlığında yerləşdiyi üçün bu qəzvəyə islam tarixində birinci Bədr qəzvəsi deyilir.

Böyük Bədr qəzvəsi və ya II Bədr döyüşü:

Böyük Bədr döyüşü hicrətin ikinci ili ramazan ayının 17-də baş vermişdir. İki dəstə hicrətin ikinci ili ramazan ayının on yeddisində Məkkə və Mədinə arasında yerləşən Bədr quyuları kənarında üz-üzə gəldilər. Bu döyüşdə Allah öz mələkləri vasitəsilə möminlərə yardım etdi. Qurani-Kərimin “Ali-İmran”surəsinin 123-cü ayəsində belə buyurulur: “Həqiqətən siz Bədrdə az və zəif olduğunuz halda,
Allah sizə yardım etdi”
. Müşriklər tərəfindən Utbə ibn Rəbiə (Müaviyənin babası),Vəlid ibn Utbə (Müaviyənin dayısı) və Şeybə ibn Rəbiə (Müaviyənin anası Hindənin əmisi) meydana çıxıb qarşı tərəfdən mübariz istədi.Hz.Peyğəmbərin (s) göstərişi ilə Hz.Həmzə, Hz.Əli (ə) və Hz.Ubeydə ibn Haris (Peyğəmbərin əmisi oğlu) meydana çıxaraq müşrik qəhrəmanları öldürdülər. Bədr döyüşü müsəlmanların qələbəsilə başa çatdı. Düşmənin yetmişdən çox döyüşçüsü qətlə yetirildi, yetmişdən çoxu isə əsir alındı. Bədr döyüşündə məhşur müşriklərdən Əbu Cəhl, Umeyyə ibn Xələf, Hənzələ ibn Əbu Süfyan
(Müaviyənin qardaşı, Yezidin əmisi), As ibn Səid və Umeyr ibn Osman və s. cəhənnəmə vasil oldular. Qurani-Kərimin Ənfal surəsində də Bədr döyüşündən bəhs olunur..

Müşriklərin Bədr döyüşündəki məğlubiyyətindən sonra Əbu Süfyan and içmişdi ki, müsəlmanlardan intiqam almayınca hamamlanmayacaq, bədəninə yağ sürtməyəcək və arvadlarına yaxınlaşmayacaq. Bunları nəzərə alan Əbu Süfyan kiçik bir dəstə ilə Mədinə kəndlərindən birinə hücum edib bir-iki nəfəri öldür dükdən sonra mal-qaranı yığıb aparır. Bundan xəbər tutan Hz.Peyğəmbər (s) kiçik bir dəstə Əbu Süfyanın üzərinə hərəkət etdi. Müsəlmanların gəldiyini öyrənən Əbu Süfyan və ordusu özləri ilə götürdükləri qovrulmuş unu ataraq qaçdılar. Ərəb dilində qovrulmuş una suyuq deyildiyi üçün bu qəzvə islam tarixində Suyuq qəzvəsi adlandı.


Şahlar Şərifov "İslam tarixi" səh 31-32-35-36.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.