Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

İnsandan əvvəl yer üzündə canlı olubmu?

İnsandan əvvəl yer üzündə canlı olubmu?
+3
Mətndə qrammatik səhv var?

İmam Əlidən (ə) nəql olunan bir hədisdə yer üzərində insandan əvvəl canlılann olduğuna işarə edilir. İmam (ə) buyurur: "Allah-Təala yer üzərində cin və nəsnas tayfalarının yaşayışından yeddi min il keçəndən sonra Adəmi yaratmaq istədi. AIlah-Təala göy təbəqələrini yararaq mələklərə dedi: "Mənim yer üzərində yaratdığım cin və nəsnaslara bir baxın". Mələklər yer üzünə baxan zaman onların yer üzündə günah, fəsad etdiklərini və qan tökdüklərini gördülər".

("İləluş şəraye", cild-1, səh-105.)

Hədisdən də göründüyü kimi Adəmdən (ə) əvvəl yer üzündə cin və nəsnas kimi canlılar yaşamışdır. Nəsnas tayfaları insana oxşar, cinlərdən də fərqli bir quruluşda olmuşlar. Onların da yaşayış tərzi insanlann yaşayış tərzinə bənzər olub. Müəyyən vaxtdan sonra onlar məhv olaraq aradan getmişlər. Başqa bir hədisdə İmam Sadiq (ə) səhabələrindən birinə buyurur:

"Ola bilsin elə güman edirsiniz ki, Allah-Təala sizdən başqa bir bəşər yaratmamışdır? Xeyr bu belə deyil. Allah-Təala sizdən başqa min-min adəmlər yaratmışdır. Siz o adəmlərin ən sonunda qərar tapmısınız. Allah-Təala yerdə onu yaratmamışdan əvvəl yeddi başqa aləm yaratmışdır. Bu aləmlərin əhalisinin heç biri Adəmin (ə) nəslindən deyildi. Allah onları yer qabığından xəlq etdi. Allah onları öz aləmləri ilə növbə ilə yer üzündə sakin etdi. Sonda növbə insanların atası Adəmə (ə) yetişdi. AIIah-Təala onu və onun nəslini yaratdı".

("Səduqun tövhidi" kitabı, səh-277).
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.