Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Gözəllik və təqva

Gözəllik və təqva
0
Mətndə qrammatik səhv var?

Əvvəllər Nəcəfdə yaşayıb sonralar Quma köçmüş, əhli-məna alimlərindən olan mərhum Seyid Əbdülkǝrim Kəşmirinin iffətli bir xanım haqqında nəql etdiyi hekayəni burada qeyd edirik. Bu böyük alim belə buyurur:
"Eşitmişdim ki, Kərbəladan Nəcəfə gəlmiş bədəvi bir qadın, İmam Əlinin (ə) hərəmində, qızıl navalçanın altında oturub öz təsbehi ilə istixarə edərək qadınların niyyətini və işlərinin xeyirli və ya məsləhətli olub ol- madığını onlara söyləyir. Çoxlu qadınlar da istixarǝ üçün ona müraciət edirlər.Mən o qadını görməyə getdim və eşitdiklərimin doğruluğuna çox heyrətləndim. Hərəmin xidmətçilərinin birindən həmin qadını sorğu-sual etməyim üçün mənim yanıma çağırmasını xahiş etdim. Bir neçə gün- dən sonra xidmətçi həmin qadını hərəmin həyətindəki hücrələrdən birinə gətirdi. Qadına dedim: Neçə gündür qızıl navalçanın altında qadınlar üçün nə dua oxuyursan?
Dedi:
Mən onlar üçün istixarə edirəm.
Dedim:
Necə istixarə edirsən və istixarə edərkən hansı duanı oxuyursan?
Dedi:
Ağa, bu istixarə Həzrət Əbulfəzl Abbasın (ə) mənə olan inayətidir.
Sonra əlavə etdi:
Həyat yoldaşım bir qəza nəticəsində dünyadan getdi. Mən də uşaqlarımla tək qaldım. Onların bütün xərc və dolanışığı mənim öhdəmə düşmüşdü. Yoldaşımin ailəsi övladlarının ölümünü mənim ayağımın düşərli olmaması ilə əlaqələndirərək, məndən imtina etdilər. Ata və anam da maddi cəhətdən sıxıntıda olduqlarından, mənə əhəmiyyət vermədilər. Buna görə də çox əziyyətlə yaşayırdıq.Digər tərəfdən isə gənc olduğumdan, mənə yardım edə biləcək insanlar dəyərsiz yardımın qarşılığında məni əxlaqsızlığa dəvət edir, haqqımda xam xəyallara düşürdülər. Amma hər dəfə Allahın inayəti və yardımı ilə bu işdən nicat tapırdım. Bir gün pulsuzluq və aclığın şiddətindən mən də, övladlarım da həddən çox sıxıldıq, taqətimiz əlimizdən getdi. Mən, mənə edilən əxlaqsız təklifləri qəbul etmək qərarına gəldim.Həmin qərarla da evdən çıxdım. Lakin ürəyimdə bu haram əməldən narahat idim. Yol getdiyim halda uzaqdan gözüm Həzrət Abbasın (ə) nurlu günbəzinə sataşdı. Sınıq qəlblə öz-özümə dedim: "Məgər o Həzrət hacətlər qapısı deyil?! Niyə bu halda onun hərəminə getmirəm?" Əvvəlki qərarımdan döndüm.Həzrət Abbasın (ə) hərəminə getdim və o Həzrətə dedim: "Aga, siz qeyrətlisiniz, siz hacətlər qapısısınız. Əgər siz mənim dadıma çatmasanız, bəs kim mənə cavab verər? Ya cənazəm sizin hərəminizdən çıxana qǝdər burada qalacağam, ya da ki mənə bu çətin vəziyyətdən nicat verin". O qədər ağladım ki, zəifləyib yuxuladım. Yuxuda gördüm ki, Həzrət Əbulfəzl Abbas (ə) gəlib buyurdu: "Camaat üçün istixarə et, mən sənə kömək edərəm". Dedim: "Ağa, mən istixarə edə bilmirəm". Həzrət buyurdu: "Sən təsbehdən bir qədər tut, mən sənə deyərəm".
Yuxudan oyandım. Məni qəribə sevinc hissi bürümüşdü. Sanki Babul-hǝvaic hacətimi vermişdi. Yolda, hərəmin həyətində bir qadın mənimlə toqquşdu və heç bir müqəddimə etmədən dedi: "Xanım, mənim üçün istixarə edərsən?" Xeyli təəccübləndim, çünki, savadsız bir qadının istixarə etməsi mümkün deyildi.Yuxumu xatırlayıb dedim: "Bəli edərəm, amma təsbehim yoxdur". Əlini çantasına salaraq - "bu da təsbeh" deyib mənə verdi. Təsbehi aldım və bir neçə salavat göndərərək həyətdən zərihə nəzər saldım və "Ya Əbulfəzl" deyib təsbehdən bir qədər ayırdım. Birdən məndə elə bir hal baş verdi ki, onu bəyan etməkdə acizəm. Sanki biri mənə söz deyir, mən də həmin sözü qadın üçün təkrarlayırdım.O qadın mənim dediklərimdən heyrətə gəldi, dediyimi təsdiqləyərək mənə bir neçə dirhəm verdi. Şad və sevincək halda evə getdim. Ev üçün bir az ərzaq tədarük elədim.O gündən sonra hərəmin bir guşəsində oturub istixarə edirəm. Bir çox qadın mənə yaxınlaşır və mən onlar üçün istixarə edirəm. Onlar da əvəzində mənə pul verirlər. Zöhr olanda namazımı qılıb, yığılmış pula dolanışıq üçün lazım olan şeyləri alıram. Allaha həmd olsun ki, Əbulfəzl ağanın (ə) inayəti ilə güzəranımız yaxşıdır".Bu, günahdan çəkindiyinə və təqvasına görə, Həzrət Abbasın (ə) lütfünün şamil olduğu qadının hekayəsidir.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.