Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Bizim ailədə hamı haqlıdır. Onlarda isə hamı təqsirkardır.

Bizim ailədə hamı haqlıdır. Onlarda isə hamı təqsirkardır.
+6
Mətndə qrammatik səhv var?
Bizim ailədə hamı haqlıdır. Onlarda isə hamı təqsirkardır.



Qonşuluqda iki ailə yaşayırdı. Ailənin birində hər gün dava-qırğın, mübahisə idi. Digər ailədən cınqırtı belə çıxmırdı, sakit şəkildə yaşayırdılar.
Bir dəfə dava-dalaşlı ailədəki qadın həsəd aparan şəkildə ərinə dedi:
- A kişi get bir gör o ailə nə edir, nə iş görür, niyə onların heç səs-səmiri gəlmir?
Ər sakit şəkildə evdən çıxıb, asta addımlarla qonşu evin pəncərəsinə yaxınlaşıb güdməyə başladı. Gördü ki, evin xanımı evləri silir. Birdən nəsə onun yadına düşdü və cəld mətbəxə qaçdı. Bu zaman əri qəfil evə girdi, görünür tələsirdi. Ayağının altında vedrəni görmədiyi üçün vedrəni aşırtdı, çirkli su yerə dağıldı. Arvad qaçaraq otağa girib mənzərəni gördü. Əri ağzını açmadan dilləndi :
- Ay kişi, sən Allah bağışla, yadımdan çıxmışdı.
Kişi dedi:
- Nə danışırsan, sən bağışla, fikirli idim, görmədim. Səni də zəhmətə saldım.
Kədərlənmiş qonşu evə qayıtdı. İçəri girər-girməz arvadı dedi:
- Noldu, ay kişi, bir şey gördün?
- Hə.
- Nə gördün?
- Mən hər şeyi başa düşdüm.
Bizim ailədə HAMI HAQLIDIR.
Onlarda isə HAMI TƏQSİRKARDIR.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.