İradəmizi necə qüvvətləndirək?
- 15 sentyabr 2023
- Bölmə: Digər bilmədiklərniz / Əxlaq
- Baxış: 583
- Şərhlər: 0
- Müəllif: movlan
Ayətullah Cavidan buyurur:
Güclü iradə bir növ məharətdir ki, hər kəs ondan bəhrələnə bilmir. Ancaq xoşbəxtlikdən hamı onu əldə edə bilər. Əgər onu əldə etsək, hər yerə əlimiz çatar.
Hər bir məharəti əldə etməyin yolu təmrindir(təkrar edə-edə alışma). İnsan təmrin(təkrar edə-edə alışma) edərək istədiyi hünəri və məharəti qazana bilər. Ona görə də deyə bilərik ki, iradəni gücləndirmək məharəti də təmrin istəyir. İlk əvvəl kiçik və asan təmrinlərdən başlamaq lazımdır: yemək yemək üzərində təmrinlər edək. Gün ərzində filan qədər çörək və ya filan qədər əti azaldaq və onu təmrin vasitəsilə rejimə çevirək. Çalışaq ki, qoyduğumuz həddi aşmayaq.
Həddi aşan zaman özümüz üçün asan bir cəza təyin edək və onu yerinə yetirək. Misal üçün yüz dəfə zikr demək...
Əgər bu yolda müvəffəq ola bilsək, daha ali mərtəbələrə qalxmağa çalışaq. Namazı əvvəl vaxtda qılmaq, qəlb hüzuru əldə etmək, hər bir işdə İmamZaman əleyhissalama təvəssül etmək, ziyarətini oxumaq, pis əməllərin qarşısını almaq kimi.
Əgər bu yolda mərtəbə-mərtəbə qalxa bilsək, o zaman iradəmizin necə get-gedə gücləndiyinin şahidi olacağıq. Artıq nəfsani istəklərə müqavimət göstərə biləcək və şeytanı vəsvəsələri dəf edə biləcəyik”.
İradəli şəxs o insandır ki, çətinliklə üzləşdikdə, onun öhdəsindən layiqincə gəlsin, onu yerinə yetirmək qərarına gəlir və öz səyi və payidarlığıyla onu icra edir. Aşağıdakı göstərişlər iradənin təqviyət olması üçün sifariş olunmuşdur:
1. Həyatınızda və yaxud hər hansı bir işi ilk mərhələdə yerinə yetirmək üçün onun hədəfini özünüz üçün dəqiq olaraq müəyyən edin.
2. Öz istedad və gücünüzü tanıyın.
3. Bütün yerinə yetirəcək işləriniz üçün ardıcıl olaraq tərtib çərçivəsində praqlamınız olmalıdır.
4. Özünüzə təlqin edin ki, nəzərinizdə olan hər hansı bir işi görüb, məqsədinizə çatmağa qüdrətiniz vardır.
5. Güclü iradəyə malik olmaq üçün, tədriciylə onun ələ gəlməsinə diqqət yetirməli və bir işi təkrar olaraq bir neçə dəfə həll etməlidir.
6. Gündəlik, təyin olunmuş saatda idman etməlidir.
7. Namazlarını ilk vaxtlarında qılmalıdır.
8. Allaha təvəkkül etməlidir.
[/b]9. Günahların son aqibətinə və təsirinə diqqət etməlidir.
[b]10. Əxlaq mövzusunda olan kitabları mütaliə etməli və bu mövzuda olan az məlumatlarla kifayətlənməməlidir.
İmam Cəfər Sadiq əleyhissalam buyurur: “O işdə ki, insanın niyyət və iradəsi güclü olar, bədəni zəifliyə və gücsüzlüyə düçar olmaz”.
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.