Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Mərifət haqqında

Mərifət haqqında
+1
Mətndə qrammatik səhv var?

Yəqin əhli arasında bəzilərinin mərifəti “müayinə” babından olar ki, onlara “hüzur əhli” deyərlər.

Allah-Taala mərifət haqqında buyurur: “Allah şahidlik etdi ki, Özündən başqa heç bir tanrı yoxdur. Mələklər və haqq-ədalətdən ayrılmayan elm sahibləri də O mütləq qüvvət, hikmət sahibindən başqa heç bir tanrı olmadığına şahidlik etdilər.” (“Ali-İmran”, 18.)

Məhəbbət sevənlə-sevilən arasında bir haldır. Bu hiss insan qəlbinin dərinliklərindən coşsa da özünü əməllərdə aşkar göstərir. Yalnız mərifət əsasında olan sevgi davamlı və həqiqidir. Qarşı tərəfi tanımadan sevmək ötəri bir hiss ola bilər. Mərifət və sevgi odur ki, məhbubu tanıyıb sevəsən. İmam Mehdiyə (əc) sevgi yolu onu tanımaqdan ötüb keçir. Məsumların qəbul etdiyi mərifət əksəriyyətin malik olduğu səthi mərifət deyil. Məsumlar yetərli mərifət haqqında bilgi veriblər. İslam Peyğəmbərindən (s) sonra ümmətin problemi bu oldu ki, dövrünün imamını lazımınca tanımadı. Kufəlilər İmam Hüseyni (ə) tanıyırdılar. Amma bu tanışlıq ad səviyyəsində məhdudlaşmışdı, onun arxasında bəsirət yox idi. Kufəlilər imamət məqamını yetərincə tanımamışdılar.

İmamın ardıcıllarının döyüş zamanı oxuduğu şeirlər onların dərin mərifətindən danışır.
İmam Səccad (ə) buyurur: “Bu dərin mərifət imama məhəbbətin qaynağıdır.”
İmam Sadiq (ə) buyurur ki, Mehdinin (əc) köməkçiləri döyüş meydanında sinələrini irəli verib Qaimi (əc) qoruyarlar.
Məsum imamların ardıcıllarının əsas xüsusiyyətlərindən biri onların zöhd və təqvasıdır. Mərifət insanı o zaman imamın arxasınca aparır ki, onda dünya sevgisi olmasın. Həqiqi intizar əhli mərifət sayəsində nəfsini dünya məhəbbətindən təmizləyənlərdir.

“Mərifət” fars dilində idrak mənasındadır. Burada mərifət dedikdə, Allahı dərkin ən yüksək mərtəbəsi nəzərdə tutulur. Çünki Allahıdərkin çoxlu mərtəbələri vardır. Mərifətin mərtəbələri atəşin şöləsi kimidir ki, bəziləri ancaq onun adını eşitmişlər ki, yandırıb-yaxan bir mövcuddur; ona çatan hər bir şey yanır, onun nişanəsi düşdüyü hər bir şeydə zahir olur, ondan nə qədər götürsən, azalmaz, ondan ayrılan hər bir şey, onun təbiətinin ziddinə olacaqdır. Bu mövcud atəş adlanır.

Allahın dərkində də bəziləri bu həddədirlər ki, onlara “müqəllidlər” deyərlər, necə ki, bəzi adamlar böyük adamların mərifət haqqında söylədikləri sözləri qəbul edərlər, amma qəbul etdiklərinə dəlilləri olmaz. Mərifətin (bundan) bir pillə yuxarı mərtəbəsinə qalxmış bəziləri o kəslərə bənzəyərlər ki, atəşin tüstüsü onlara çatmışdır və bilirlər ki, bu tüstü [hökmən] bir yerdən qalxır. Buna görə də nişanəsi tüstü olan mövcudun (atəşin) varlığına hökm edərlər.

İlahi mərifətdə də bu mərtəbəyə yüksəlmiş kəslərə “nəzər əhli” deyərlər. Nəzər əhli qəti dəlillərlə bilərlər ki, Yaradan, Quran vardır, çünki Onun qüdrət nişanələrini Onun varlığına dəlil bilərlər.

Bu mərətbədən yüksəkdə o kəslər olarlar ki, atəşə yaxın oturmaqla onun hərarətini hiss edərlər və ondan bəhrələnərlər. İlahi mərifətdə də bəziləri bu mərtəbəyə çatarlar ki, “qeybə inananlar” adlandırılarlar. Bu dəstə Allahı pərdə arxasından tanıyarlar.
Bu mərtəbədən yuxarıda o kəslər durarlar ki, atəşdən çörək bişirmək, qazan asmaq və s. kimi çoxlu faydalar əldə edərlər. İlahi mərifətdə də bəziləri mərifətin ləzzətini dadarlar və bununla şad, xürrəm olarlar.

Bura qədər elm əhlinin [ilahi mərifətdəki] mərtəbələrini söylədik, amma bunlardan da yüksəkdə elə kəslər vardır ki, atəşin özünü müşahidə edərlər və həmin atəşin nurunun vasitəsilə digər varlıqları da müşahidə edərlər.

İlahi mərifətdə də belələrinə “baxış əhli” və həmçinin “ariflər” deyərlər və həqiqi mərifət sahibləri də bunlar olar. Bu mərtəbədən də yüksəkdə duranlara “yəqin əhli” deyərlər. Bunların məqamı ariflərdən yuxarı olar. Yəqin və yəqin əhli haqqında sonrakı fəsildə söhbət açacağıq, inşəallah.

Yəqin əhli arasında bəzilərinin mərifəti “müayinə” babından olar ki, onlara “hüzur əhli” deyərlər. Üns və şadlıq bu dəstəyə xas olar, amma mərifətin son pilləsi orada qurtarar ki, artıq arif [özü də] aradan qalxar, eynən atəşdə yanıb heçə çıxmış adam kimi.

Mərhum Ayətullah Mirzə Əli Şirazi İsfəhanı görkəmli alimlərdən idi. O zaman ki, İsfahandan Quma gedir, bir gecə alimlərin bir çoxu onu görmək üçün gəlirlər.Söhbətləri çox uzanır. Ona görə də alim hər gecə olduğundan daha gec istirahət üçün çəkilə bilir. O gecə namazını tərk etməli olur. Alim sübh azanı ayağa qalxır və övladını əldən vermiş bir insan kimi ağlamağa və nalə çəkməyə başlayır.
Deyir: "Mən 16 yaşımdan bəri gecə namazını tərk etməmişəm. Bəlkə də o gecə bu namazı ona görə qılmamışam ki, yersiz sözlər eşitmişdim".

Hədislərdə də oxuyuruq ki, bu cür işlər insanı gecə namazından məhrum edə bilər.

Bəli, mərifət əhli öz ibadətlərinə belə diqqət edərlər. Əgər onu yerinə yetirmək tofiqini əldən versələr, Allah Təalaya tövbə edərlər.
Bir sözlə, “Allah barəsində mərifət kəsb etmək fitridir”, dedikdə mənası budur ki, insanın qəlbi (ruhu) Allahla tanışdır və ruhunun dərinliklərində agahlıq üzündən Allahı tanımaq üçün bir vasitə vardır ki, bu da inkişaf edib çiçəklənmək qabiliyyətinə malikdir. Amma bu fitri sərmayə adi insanlarda elə bir səviyyədə deyildir ki, onları əqli istidlal və təfəkkürdən tamamilə ehtiyacsız edə bilsin.
Mütəal Allah barəsində iki növ mərifət mövcuddur: hüzuri və hüsuli mərifət.

Allah barəsində “hüzuri mərifət” dedikdə insanın Allahı zehni məfhumların və heç bir yardımçı vasitənin köməyi olmadan batini idrak və qəlbi müşahidə ilə tanınması nəzərdə tutulur.

Hüsuli mərifət dedikdə isə məqsəd budur ki, insan müəyyən məfhumlar vasitəsilə, məsələn, yaradan, ehtiyacsız, hər şeyi bilən, hər şeyə qadir olan və s. kimi ümumi məfhumların vasitəsilə Mütəal Allah haqqında qaibanə mənada olan zehni bir mərifət tapır və belə bir varlığın olması “O kəs ki, dünyanı yaradıb və...” etiqadına malik olur. Daha sonra hasil olan digər mərifətləri ona əlavə edir ki, mütənasib etiqadi bir sistemə (dünyagörüşə) nail olsun.

Bir sözlə, “Allah barəsində mərifət kəsb etmək fitridir”, dedikdə mənası budur ki, insanın qəlbi (ruhu) Allahla tanışdır və ruhunun dərinliklərində agahlıq üzündən Allahı tanımaq üçün bir vasitə vardır ki, bu da inkişaf edib çiçəklənmək qabiliyyətinə malikdir. Amma bu fitri sərmayə adi insanlarda elə bir səviyyədə deyildir ki, onları əqli istidlal və təfəkkürdən tamamilə ehtiyacsız edə bilsin.

paylaşaq inşallah
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.