Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Təqvanın Məsumlardan (ə) gələn izahı.

Təqvanın Məsumlardan (ə) gələn izahı.
0
Mətndə qrammatik səhv var?
Təqvanın Məsumlardan (ə) gələn izahı.



Xoş əxlaqın, səbirin, təqvanın Məsumlardan (ə) gələn izahı.

Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey vardır ki, hər kimdə olmazsa nə məndəndir, nə də Allah Təaladan”.

Soruşurlar ki, onlar hansılardır?”.

Həzrət (ə) buyurur: “Səbirdir ki, onun vasitəsilə nadanın cəhalətini dəf edər. Xoş əxlaqdır ki, onunla insanların arasında yaşayar. Təqvadır ki, onu Allaha itaətsizlikdən saxlayar”.

Xoş olsun o insanların halına ki, bu 7 sifətə malikdir.

İmam Səccad (ə) Peyğəmbərdən (s) nəql edir ki, sonuncu xütbəsində buyurmuşdur:

“Xoş olsun o kəsin halına ki, xoş əxlaqlı və pak təbiətli olsun. Batinini islah edər, zahirini və rəftarını gözəl edər. Malının artığını başqalarına bağışlayar, sözünün artdığını saxlayar. İnsanlarla rəftarda insafa malik olar”.


Səbirli insanın 3 nişanəsi.

Əmirəl-möminin (ə) buyurur:

“Səbrin imana nisbəti, başın bədənə nisbəti kimidir. Necə ki, bədənin başsız dəyəri olmaz, imanın da səbirsiz dəyəri olmaz”.

Həzrət Peyğəmbər (s) buyurur:

“Səbirli insanın üç nişanəsi vardır: "Əvvəl odur ki, süstlük etməz".

İkincisi budur ki, qəmgin olmaz.

Üçüncüsü budur ki, Allahına şikayət etməz.

Çünki əgər süstlük edərsə, haqqı zay etmiş olar. Əgər qəmgin olarsa, şükür etməz. Əgər Allahına şikayət edərsə, Ona günah etmiş olar”.

Təqvanın 3 növü

İmam Sadiq (ə) buyurur:

“Təqva üç cür olur:

Biri Allaha olan təqvadır, və o da budur ki, münaqişə olan yeri tərk edəsən (barəsində nəzər ayrılığı olan şeyləri), o ki, qaldı şübhələrə. Bu, xasul-xas əhlinin təqvasıdır.

(İkincisi)Allahdan təqvadır, və o da budur ki, şübhələri tərk edəsən, o ki, qaldı haramı tərk etməyə. Bu, xasların təqvasıdır.

(Üçüncüsü)Atəş və cəzadan qorxuya görə olan təqvadır, və o da haramı tərk etməkdən ibarətdir. Bu, ümumi insanların təqvasıdır.

Təqvanın təfsiri ibarətdir – çətin olan şeylərdən amanda qalmaq üçün yerinə yetirilməsi çətin olmayan şeyləri tərk etməkdir”.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.