Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Bizim sizin halınızdan xəbərimiz var.

Bizim sizin halınızdan xəbərimiz var.
0
Mətndə qrammatik səhv var?

Mərhum Şeyx Mürtəza Zahidi Tehranın zahid və təqvalı alimlərindən biri idi.
Şeyx Mürtəza Zahidi özü belə nəql edir:
Fəqirliyimin şiddətləndiyi bir vaxtda kirayə pulunu verə bilmədiyim üçün evin sahibi məni evdən çölə atdı və əşyalarımızı küçəyə boşaltdı. Xoşbəxtlikdən ailəm kənddə idi. Mən sakitcə küçədə əşyalarımızın yanında əyləşdim. Küçədən gəlib-keçənlər məni görüb tə'nə vurmağa başladılar:"Sən ki, İmam Zaman ağanın yavərlərindənsən, nə oldu bəs? Niyə, Ağa sənə kömək etmir? Hərə bu cür acı sözlər deyib yanımdan ötüb keçirdi.İmam Zaman(ə. c) barəsində bu cür deyilən sözlərə dözməyib, üzümü qibləyə tutub dedim:
-Ya İmam Zaman! Məni Sənə görə tanıyırlar. Mən öz halımdan razıyam. Görürsən, küçədə sakit əyləşmişəm, şikayətimdə yoxdur. Sənə tənə vurmaqlarına dözə bilmirəm.
Bu sözləri deyib qurtarmışdım ki, bir nəfər yük maşınından düşdü mənə tərəf yaxınlaşdı.
-Şeyx Murtəza sənsən? Buyurdum:"Bəli"
Həmin şəxs bütün əşyalarımızı yük maşınına toplayıb məndən maşına minməyimi xahiş etdi.
Biz küçənin sonunda geniş, səliqəli bir evin qarşısında dayandıq. Əşyaları evə boşaldıb açarı mənə verəndə narahat halda ondan soruşdum:
"Səni bura kim göndərib? Mənə bu evi kim verdi?
Həmin şəxs dedi:
-Məni bura bir seyyid göndərib. Mənə tapşırdığı işi mən yerinə yetirdim.Mənə dedi ki, əgər Şeyx Mürtəza soruşsa ki, səni bura kim göndərib deyərsən:
Ağa Seyyid Məhdi göndərib.
Mən ondan soruşdum ki, Ağa Seyyid Məhdi başqa bir söz demədi?
Kişi cavabında buyurdu:
-Niyə? O seyyid buyurdu ki, Şeyx Mürtəzaya deyərsən :
"Siz sahibsiz deyilsiniz. Bizim nəzərimiz sizin üzərinizdədir. Biz sizi özbaşına buraxmamışıq, halınızdan xəbərdarıq.Dünyada çəkdiyiniz çətinliklər ona görədir ki, Allah bununla sizi imtahana
çəkmək istəyir ki, görsün bu çətinliklərin
muqabilində bəndəsi nə dərəcədə səbr edəcək və
vəzifəsinə necə əməl edəcəkdir. Biz sizin daha ali mərtəbələrə çatmağınızı istəyirik. "

Ayətullah Təraşiyun
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.