Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Ailə səadətinə necə nail olaq?

Ailə səadətinə necə nail olaq?
0
Mətndə qrammatik səhv var?
Ailə səadətinə necə nail olaq?


Ailə səadəti.

Ailə qurmaq vəzifəsi çətin olub onları yerinə yetirmək daha ağırdır. Belə ki, ilk növbədə gözəl əxlaq, mənzil tədarükü, əxlaq uyğunluğunu və s. tələb edir. Eləcə də süstlük, zəiflik və müxtəlif çatışmazlıqlar yaradır ki, bu da bəzən ədəb qaydalarının pozulmasına gətirib çıxarır. Ailə işlərinin idarə olunması bərabərliyə riayət edərək ictimai ağıla sahib olmaq, mehr-məhəbbət, mehribanlıq, elm və siyasət tələb edir.

Kişi müxtəlif mənzil problemlərini düzgün üslubla, xoş əxlaqla elə həll etməlidir ki, qəlblər onun böyüklüyünü duysunlar. O özünü özbaşınaçılıqdan qoruyaraq həmişə öz gözəl rəftarı ilə ailə mühitinin isti və yüksək ruha malik olan mənəviyyatını saxlamalıdır. Bu mühüm vəzifəni yerinə yetirmək ailə üzvlərinin mənəvi bağlılığını daha da möhkəmlədərək onları bir-birinə arxa və köməkçi edər. Qurani- Kərim bu məsuliyyəti aşağıdakı ayədə xatırladaraq insanı bu vəzifəyə əməl etməyə səsləmişdir:

"Ey iman gətirənlər, özünüzü və əhli-əyalınızı yanacağı insanlar və daşlar olan oddan (Cəhənnəm odundan) qoruyun!” ("Təhrim” surəsi, ayə:6)
Belə ki, bu ayə nazil olanda camaat dedi: "Ey Allahın Peyğəmbəri! Özümüzü və ailəmizi necə qoruyaq?" Buyurdu: Özünüz xeyir iş görün, onu öz ailənizin də yadına salın və onları Allaha itaət əsasında tərbiyə edin.
Ailə məsuliyyəti ictimai bir vəzifədir ki, ailəni qurmaqla bərabər insanın özünü də düzəltməsi, saflaşdırması, özünə nəzarət etməsi də lazımdır ki, ziyankarlardan olmasın.

Kişi qadının təbiət fərqi rəhmət nişanəsidir.

Sözümüzün əvvəlində kişinin güclü fikir və düşüncə qabiliyyətinə malik olub nəticədə qadından daha artıq ayıq və huşlu olduğunu, eləcə də qadının güclü atifə, məhəbbət və mehribanlıq hislərinə malik olduğunu və bunun da nəticəsində kişidən daha artıq atifəli, mehr-məhəbbətli olduğunu qeyd etdik.
Kişi və qadın arasındakı bu fərqi onlardan birinin digəri üzərində üstünlüyü kimi düşünmək düzgün deyildir. Bu fərq yalnız kişi və qadınlar arasında asayiş, məhəbbət və mehribanlıq mənşəyidir.

"Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!("Rum” surəsi, ayə:21)

Bu mühüm məsələ (ər-arvad arasında mehribanlıq həmdəmlik və ünsiyyətin olmasıdır ki, həqiqətdə həyatın möhkəm dirəyi sayılıb asayiş və rahatlıq mənşəyidir) təfəkkür və düşüncə əhli üçün Allah hikmətindən bir nişanədir.

Özünə məhrəm olan qadınlardan birini razı salan elə kişi yoxdur ki, Allah-Təala qiyamət günündə onu şad etməsin” (Biharul-Ənvar, c.74, səh.84, hədis 94)

Allahın qadınlara verdiyi dəyəri isə Qurani-Kərimdə qadınlara aid bir surəni – Nisa surəsini (nisa ərəb dilindən tərcümədə qadınlar deməkdir) nazil etməsində aydın görə bilərik.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.