Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Bir il günahlardan pak olmaq üçün salavat

Bir il günahlardan pak olmaq üçün salavat
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Bir il günahlardan pak olmaq üçün salavat


Bir il müddətində günahlardan pak olmaq üçün salavat

"Misbahul-mutəhəccid" kitabında imam Cəfər Sadiq əleyhissalamdan nəql olunmuşdur ki, hər kəs zöhr namazından sonra bu (salavatı) deyərsə, bir ilədək onun üçün heç bir günah yazılmaz:
"Əllahumməc'əl səlavatikə və sələvati məlaikətikə və rusulikə əla Muhəmmədin və ali Muhəmməd."

Mələklərin insana bir həftəyədək salavat göndərməsinə səbəb olan salavat

"Cəmalul-usubu" kitabında həzrət Cəfər Sadiq (ə)-dan nəql olunmuşdur ki, hər kəs cümə günü Əsr namazından sonra bu (salavatı) on dəfə deyərsə, mələklər o cümə günündən gələn cümə gününədək bu saatda onun üçün salavat göndərərlər:
"Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Əl-əvsiyail-mərziyyinə bi əfzəli səlavatik. Və barik ələyhim bi əfzəli bərə katikə və ələyhi və ələyhimus-səlam. Və əla ərvahihim və əcsadihim və rəhmətullahi və bərəkatuh."

İnsanı bir həftəyədək amanda saxlayan salavat

"Biharul-ənvar" kitabınn 90-cı cildinin 56-cı səhifəsində İmam Cəfər Sadiq (ə)-dan nəql olunmuşdur ki, hər kəs cümə günü zöhr namazından sonra bu duanı üç dəfə deyərsə, gələn cümə gününədək amanda qalar:
"Əllahumməcəl səlavatikə və səlavətə məlaikətikə və rusulikə əla Muhəmmədin və ali Muhəmməd."

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex