Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Ruhun paltarı candır

Ruhun paltarı candır
+1
  • 10 avqust 2016
  • Bölmə: İslam
  • Baxış: 1 951
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?
Ruhun paltarı candır


Ruhun paltarı-bədəndir. İnsanın etdiyi günahlar və şər qüvvələr bədənə hopur, həkk olunur, ruhun bədən paltarını çirkləndirir. Bu zaman çirkli bədənin içərisindəki "pak ruh" bərqəran olmur, əziyyət çəkib, iztirablar keçirir. Günahlar və şər qüvvələr artdıqca, bədən çirkabları çoxaldıqca, "pak ruh" zəifləyir, halı pisləşir. Məcbur olub bədən paltarını soyunmalı olur. Bu da ölüm deməkdir, yə'ni "pak ruh" çirkli bədəndən tab gətirə bilməyib, çırpınaraq çıxmaq istəyir, çünki ruhun bədən paltarı çirklənəndə ya təmizlənməli, ya da soyunmalıdır. Yə'ni, ruh bədəni tərk etməlidir, ölməlidir.
Hər paklanmağın öz üsul yolu var, hər çirklənməyin səbəb vasitəsi var. Ruhun bədən paltarı bir çox səbəb vasitəsilə çirklənir.
Bunlar insanın gözə gəlib nəzərlənməsi, xain, pis ruhlu şəxsləri görməsi, nifrin, qarğış, yalan-böhtan-qiybət etməsi və sair.
Ruhun bədən paltarı çirkləndikcə təmizləmək üsulu, Allaha ibadət edib, yalvarıb bağışlanmağı diləmək, dualar oxuyub, nəzir-niyaz verməkdir. Ruhun bədən paltarı çirklənməmək və ruhu özündən vaxtsız qaçırmamaq üçün ruhun bədən paltarı həmişə pak olmalıdır.

Allah-təala dərk edilməz qüvvədir, heç bir mövcudatın Ona yaxınlaşması mümkün deyil. Allah-təala hökm əmirlərini mələklər, peyğəmbərlər vasitəsilə yer üzünə çatdırır. Qur'an Allahın hökm qüvvəsidir. Allahın Qur'an qüvvəsini oxunduqca ətrafa nur yayılır və mələk mə'murları yaranır. Bu mə'mur mələklər şər qüvvələri insanlardan uzaqlaşdırır və nəzarət edir. Qur'anın xeyr, şəfa, bərəkətindən istifadə edib bəhrələnmək üçün "Qur'ani Kərimi" hər gün çox-çox oxumaq lazımdır.

Kitabın adı: Allaha Pənah, Allaha Təvəkkül
Müəllif: Hacı Xavər xanım.
Kitabın buraxılma ili : 2005
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.