Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Günahı əridən vasitələr

Günahı əridən vasitələr
Yaddaşda saxla
  • 09 avqust 2016
  • Bölmə: Hədislər
  • Baxış: 1 638
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?
Günahı əridən vasitələr


Malı olan malından, elmi olan elmindən, qüvvəsi olan qüvvəsindən sədəqə verməlidir, həzrət peyğəmbər (s.ə) buyurub ki, sədəqə sahibinə beş faydanı verir.

1. malını atrırar
2. xəstəliyni aparar
3. bəlanı qaytarır
4. Sirat körpüsündən şimşək kimi keçməsinə təminat verir.
5. həmin şəxs əzab və hesabı çəkilmədən cənnətə girər, bu şərtlə ki, gizli verilə.

İmkansızlara verilən sədəqə 70 cür bəlanı qaytarır.
Qohum-əqrabaya verilən sədəqə 10 qat savaba bəravərdir.
Mömin insanlara (kişi və qadın) və elmi-təhsil yolunda edilən sədəqə 70.000 savaba bərabərdir.
Həyatı təhlükə qarşısında olan şəxslər başqa ölkədən sığınacaq istəyib, o ölkədə sığınıb təhlükədən qorunduğu kimi, insan da bu dünyadan şeytanın fitnə-fəsadından qorunmaq üçün Allahdan o cür sığınacaq istəyib, Allaha sığınıb yaşamalıdır.

HƏDİS:
Həzrət Mühəmməd (s.ə) peyğəmbərin əshabələrindən olan Ənas (rəhmətullah) belə rəvayət edir. Bir şəxs Həzrət peyğəmbər (s.ə) -dən sual edir ki, Qiyamət nə vaxt qopacaq? Peyğəmbər (s.ə) həmin şəxsdən soruşur ki, qiyamət üçün nə hazırlamısan? O şəxs deyir:
- Fərz olunandan başqa nə artıq oruc tutdum, nə də artıq namaz qıldım, amma Allahı və rəsulunu çox sevirəm.
Həzrət peyğəmbər (s.ə) buyurdu ki, insan sevdikləri ilə birlikdədir. Həzrətin bu sözü müsalmanları çox sevindirdi. Ənas (rəhmətullah) deyir ki, müsəlmanların bu sözdən sevindikləri qədər başqa şeydən sevindiklərini görmədim.
İnsan öz həyatında, orqanizmində və əməlində günah qapısı açıb, cin-şeytanları içəri daxil edib, bütün sahmanını pozub alt-üst edir. Həyatda hər sınan-dağılan əşyaların təmirə ehtiyacı olduğu kimi insan həyatının və səhhətinin pozulmuş sahmanının da təmirə ehtiyacı var. İnsan həyatının və səhhətinin təmiri pəhriz, dözüm, zəhmət və vaxt sərf edib, Allahın əzəmətli adları, kəlam və dualarında yapışıb, heç kimlə bəhs etməyib, öz qismətinə qane olub, halal və doğruluğa yönəlməsidir. Bu cür təmirin xərcinə, şəfasına, dərmanına, köməyinə Allah-təala özü zamindir. Amin!

Kitabın adı: Allaha Pənah, Allaha Təvəkkül
Müəllif: Hacı Xavər xanım.
Kitabın buraxılma ili : 2005
Sosial şəbəkədən giriş:
vk fb mail google yandex