Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

İmam Hüseynın (ə) məzarını dağıdanların sonu

İmam Hüseynın (ə) məzarını dağıdanların sonu
+1
Mətndə qrammatik səhv var?

İmam Hüseynın (ə) məzarını tarix boyu dağıdanların sonu !! Tarix boyu bu müqəddəs hərəmə edilən hücumların və onları həyata keçirənlərin tarixi digər tərəfdən imam Hüseynin (ə) ürəklərdə daima yaşanması bunu göstərir ki, Allahın nurunu söndürmək və onunla mübarizə aparmaq mümkün deyil.
İmam Hüseynin (ə) məqbərəsini dağıdanlar nə qədər çox və qüdrətli olsalar da tarixdə yalnız zülmləri və lənətləri ilə qalıblar.
İmam Hüseyn (ə) isə milyardan artıq insanın mübarizə, şücaət və azadlıq rəmzinə çevrilib.
Bu gün

İmam Hüseyn (ə) məzarı dünyada ən çox ziyarət edilən şəxsdir.

Amma Yezidlərin, Mütəvəkkillər və digərlərinin məzarının məkanı heç məlum deyildir.

Tarix boyu İmam Hüseynin (ə) məqbərəsi bu şəxslər tərəfindən dağıdılıb:
DİQQƏT !!
1- Abbasi xəlifəsi Mənsur İmam Hüseynin (ə) məqbərəsini dağıdan ilk şəxsdir.
O 65-ci ildə Muxtar Səqəfi tərəfindən qaldırılan kiçik məqbərəni yerlə yeksan edir.
Məqbərənin ilk dəfə dağıdılması hicri-qəməri tarixinin 146-cı ilinə təsadüf edir. (İmam Hüseynin (ə) qəbri üzərində ilk dəfə Bəni-Əsəd qəbiləsi kiçik bir türbə inşa ediblər.
Hicrətin 61-i)

2- İkinci dağıntı 193-cü ildə Harun ər-Rəşid tərəfindən həyata keçirildi.
O İmam Hüseynin (ə) hz Əbul-Fəzl Abbasın (ə) məqbərəsi və ətrafda olan evləri də dağıdır və yerini şumlayır.
Hətta İmamın qəbri yaxınlığında olan ağacı belə məzarın yeri itsin deyə kəsdirir.

3- Mütəvəkkil Abbasi 233, 236, 237, 247-ci illərdə yəni 4 dəfə İmamın (ə) məzarını dağıdır və imamsevərlərə məzarı ziyarət etməyi qadağan edir.

4- 269-cu ildə Eynut-Tamr şəhərinin valisi Dibbat Əsədi Kərbəlaya hücum edir.
Ziyarətgahı çapıb, talayır və zəvvarları əsir götürüb, satır.

5- Hicrətin 858-ci ilində Əhvazda hökmranlıq edən Muşaşain dövlətinin şahzadəsi Əli bin Fəllah Kərbəlaya hücum zamanı ziyarətgahı çapıb, talayır və imamın məzarı olan yeri öz əsgərlərinə mətbəx edir.

6- Hicrətin 1216-cı ilində (1801 miladi) Səud Əbdüləzizin başçılığı ilə vəhhabilərin kərbəlaya hücumu, ziyarəgahın tamamilə qarət edilməsi, bir hissəsinin dağıdılması və minə yaxın Kərbəla əhalisinin şəhid edilməsi ilə nəticələnir.
Vəhhabilərin Kərbəlaya ara sıra hücumlar düz 12 il davam edir
Bu qədər hücumlara baxmayaraq insan axını ilbə il artır...
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.