Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Ümumdünya Bəqi günü

Ümumdünya Bəqi günü
+2
Mətndə qrammatik səhv var?
Bəqi - Mədinə şəhərinin şərq hissəsində, Həzrət Mühəmməd Peyğəmbərin (s) məzarı yerləşən məscidin yaxınlığındakı qəbristanlığın adıdır. Ərəb dilindən tərcüməsi “bol ağac bitən və ya ağac kökləri ilə dolu olan ərazi” deməkdir. Bəqi ərazisində torpağa Peyğəmbərin Mariyeyi-Qibtiyyədən olan oğlu İbrahim, Peyğəmbərin nəvəsi İmam Həsən (ə), dördüncü, beşinci və altıncı imamlar Həzrət Zeynül-abidin (ə), Mühəmməd Baqir (ə) və Cəfər Sadiq (ə), Peyğəmbərin qızları Rüqəyyə, Ümmi-Külsum və Zeynəb, Peyğəmbərin bibiləri Səfiyyə və Atikə, Peyğəmbərin əmisi Abbas, İmam Əlinin (ə) qardaşı Əqil, anası Fatimə bint Əsəd, oğlu Mühəmməd ibn Hənəfiyyə, qardaşı oğlu Abdullah ibn Cəfər, Peyğəmbərin həyat yoldaşları Aişə, Ümmi-Sələmə, Sövdə, Həfsə, Səfiyyə, Zeynəb bint Xüzeymə, Zeynəb bint Cəhş, Cüveyriyyə, Ümmi-Həbibə, Mariyeyi-qibtiyyə və Meymunə, Peyğəmbərin süd anası Həlimeyi-Sədiyyə, məşhur səhabələrdən Abdullah ibn Məsud, Əbu Səid Xüdri, Səd ibn Məaz, Osman ibn Məzun, Ühüd savaşında yaralanıb Mədinədə vəfat edən səhabələr, üçüncü xəlifə Osman ibn Affan, İmam Cəfər Sadiqin (ə) oğlu İsmail, maliki məzhəbinin banisi Malik ibn Ənəs və b. toprağa basdırılıb. 8 Şəvval, yəni bu gün Səudiyyə Ərəbistanında hakimiyyətə gəlmiş vahabilər Bəqi qəbistanlığında dəfn edilmiş imamların(ə) və başqa İslam tarixinə aid şəxsiyyətlərin qəbirləri üzərində tikilmiş ziyarətgahları dağıdıblar. Bu gün şiə tarixində Yovm əl-Hədm, yəni dağıdılma günü adlanır. 
92 il əvvəl vahabilərin törətdiyi bu vəhşilik onların İslam tarixinə qarşı törətdikləri ilk cinayət deyil. Hələ 1805-ci ildə osmanlıları ilk dəfə Məkkə və Mədlnədən sıxışdırıb çıxardan vahabilər Bəqidə 4 imamın(ə) qəbri üzərində ucaldılmış tikililəri dağıtmışdı. II Mahmudun hakimiyyətə gəlməsi və torpaqların geri alınması üçün başladılmış yürüşlərdə oğlu İbrahim Paşa Məkkə və Mədinəni vahabilərdən təmizləmiş, Abdullah bin Səud isə həbs edilərək İstanbula göndərilərək edam edilmişdi. Məkkə və Mədinə azad edildikdən sonra II Mahmudun əmrilə imamların(ə) dağıdılmış ziyarətgahları yenidən təmir edilmişdi.
8 Şəvval Ümumdünya Bəqi günüdür. Bu gün Əhli Beytin ə.s həqiqət aynası olmasını aşkar edən, muxaliflərin hiylə pərdəsinin açılan günüdür. Bu gün Xanım Zəhranın s.ə batil qarşısında dirəniş günüdür. Bu gün Əbu Talibin ( r.ə ) iman fəryadının günüdür. Bu gün İmam Məhdinin ə.f hüzn günüdür. Bəqi qədimdən müsəlmanların dəfn olunduğu məkan olub. Və orda əzəmətli şəxsləri dəfn ediblər və ya etməyə səy göstəriblər. Bu haqda bir neçə hədisə nəzər salaq: 

في الكافي عن علي بن إبراهيم عن أبيه عن ابن أبي عمير عن حماد عن الحلبي عن أبي عبد الله (عليه السلام) قال: أتى العباس أمير المؤمنين (عليه السلام) فقال: يا علي إن الناس قد اجتمعوا أن يدفنوا رسول الله (صلى الله عليه وآله وسلم) في بقيع المصلى وأن يؤمهم رجل منهم، فخرج أمير المؤمنين (عليه السلام) إلى الناس فقال: يا أيها الناس إن رسول الله (صلى الله عليه وآله) إمام حيا وميتا وقال: إني أدفن في البقعة التي أقبض فيها، ثم قال على الباب فصلى عليه ثم أمر الناس عشرة عشرة يصلون عليه ثم يخرجون

Hələbi İmam Sadiqdən  ( ə.s ) belə nəql edir: Abbas İmam Əlinin ə.s yanına gəlib dedi: Ya Əli. İnsanlar Rasulullahı   s.ə.ə.v Bəqiil Musəllada dəfn etmək və özlərindən bir rəhbər seçmək üçün cəm olublar. Əmirulmuminin ə.s insanların qarşısına çıxıb dedi: Ey insanlar! Rasulullah s.ə.ə.v sağlığında da , dünyasını dəyişəndən sonra da imamdır. O, məni vəfat etdiyim yerdə dəfn edilərəm - buyurmuşdur. Sonra Rasulullaha s.ə.ə.v cənazə namaz qıldı və insanlara da 10 - 10 gəlib cənazə namazı qılaraq getmələrini əmr etdi. 

الكافي: ج1 ص451 باب مولد النبي ص ووفاته ح37

Usuli Kafi - c 1, səh 451 , h 37.

في بحار الأنوار: عن أنس بن مالك قال: خرجت مع رسول الله (صلى الله عليه وآله) نتماشى حتى انتهينا إلى بقيع الغرقد فإذا نحن بسدرة عارية لا نبات عليها، فجلس رسول الله (صلى الله عليه وآله) تحتها فأورقت الشجرة وأثمرت واستظلت على رسول الله (صلى الله عليه وآله).
فتبسم (ص) وقال: يا أنس ادع لي عليا، فعدوت حتى انتهيت إلى منزل فاطمة (عليها السلام) فإذا أنا بعلي يتناول شيئا من الطعام، قلت له: أجب رسول الله (صلى الله عليه وآله).
فقال: لخير أدعى.
فقلت: الله ورسوله أعلم.
قال: فجعل علي (ع) يمشي ويهرول على أطراف أنامله حتى مثل بين يدي رسول الله (صلى الله عليه وآله) فجذبه رسول الله (صلى الله عليه وآله) وأجلسه إلى جنبه، فرأيتهما يتحدثان ويضحكان ورأيت وجه علي (عليه السلام) قد استنار فإذا أنا بجام من ذهب مرصع بالياقوت والجواهر وللجام أربعة أركان على كل ركن منه مكتوب: لا إله إلا الله محمد رسول الله، وعلى الركن الثاني لا إله إلا الله محمد رسول الله علي بن أبي طالب ولي الله وسيفه على الناكثين والقاسطين والمارقين، وعلى الركن الثالث لا إله إلا الله محمد رسول الله أيدته بعلي بن أبي طالب، وعلى الركن الرابع نجا الله المعتقدين لدين الله الموالين لأهل بيت رسول الله، وإذا في الجام رطب وعنب ولم يكن أوان العنب ولا أوان الرطب، فجعل رسول الله (صلى الله عليه وآله) يأكل ويطعم عليا حتى إذا شبعا ارتفع الجام.
فقال لي رسول الله (صلى الله عليه وآله) يا أنس أترى هذه السدرة.
قلت: نعم.
قال: قعد تحتها ثلاثمائة وثلاثة عشر نبيا وثلاثمائة وثلاثة عشر وصيا ما في النبيين نبي أوجه مني ولا في الوصيين وصي أوجه من علي بن أبي طالب، يا أنس من أراد أن ينظر إلى آدم في علمه وإلى إبراهيم في وقاره وإلى سليمان في قضائه وإلى يحيى في زهده وإلى أيوب في صبره وإلى إسماعيل في صدقه فلينظر إلى علي بن أبي طالب، يا أنس ما من نبي إلا وقد خصه الله تبارك وتعالى بوزير وقد خصني الله تبارك وتعالى بأربعة اثنين في السماء واثنين في الأرض فأما اللذان في السماء فجبرئيل وميكائيل وأما اللذان في الأرض فعلي بن أبي طالب وعمي حمزة

Ənəs bin Malik nəql edir ki, Rasulullah s.ə.ə.v ilə birlikdə gəzə gəzə Bəqiyə tərəf gedib qurumuş bir sidr ağacına çatdıq. Rasulullah s.ə.a.s onun altında əyləşdi. Birdən ağac yarpaq açdı, meyvə gətirdi. Rasulullahın s.ə.a.s üzərinə kölgə saldı. Təbəssüm edərək buyurdu: Ya Ənəs. Əlini çağır. Ənəs deyir: mən qaça qaça Fatimənin ə.s evinə tərəf getdim. Əli ə.s nəsə yeyirdi. Ona dedim ki, Rasulullah s.ə.a.s səni çağırır. Soruşdu : xeyir bir iş üçünmü? Dedim: Allah və rəsulu daha yaxşı bilər. Əli ə.s sürətlə Rasulullahın s.ə.a.s yanına gəldi. Rasulullah s.ə.a.s yanında əyləşdirdi. Onlar bir biri ilə danışıb gülürdülər. Gördüm ki, Əlinin üzü nuraniləşib. Bu vaxt mən yaqut və cəvahir ilə bəzədilmiş dördkünc qızıl bir cam  gördüm.  Onun dörd tərəfində də yazı vardı. Birinci tərəfdə - Lə ilahə illəllah, Muhəmmədən Rasulullah yazılmışdı. İkinci tərəfdə - Lə ilahə illəllah, Muhəmmədən Rasulullah, Əli bin Əbi Talib Vəliyullah. Və qılıncı nakisin, qasitin və mariqinlərin üzərinə enəcəkdir. Üçüncü tərəfdə - Lə ilahə illəllah, Muhəmmədən Rasulullah, Əli bin Əbi Talibin vasitəsi ilə Onu dəstəklədim. Dördüncü tərəfdə isə - Allahın dininə etiqadı olanlar, Rasulullahın s.ə.ə.v Əhli Beytinin ə.s vilayətini qəbul edənlər nicat tapmışdır - yazılmışdı. Bu vaxt üzüm və xurma fəsli olmadığı halda camın içində üzüm və təzə xurma gördüm. Rasulullah s.ə.ə.v yeyir və Əliyə ə.s da verirdi. Nəhayət yeyib doydular və camın yoxa çıxdı. Rasulullah s.ə.ə.v mənə buyurdu : Ya Ənəs. Bu sidr ağacını görürsənmi?  Dedim ki , bəli. Buyurdu: Bu ağacın altında 313 nəbi, 313 vəsi oturub. Nəbilər içində məndən şərafətli bir nəbi, vəsilərdən isə Əlidən daha üstün bir vəsi yoxdur. Ya Ənəs. Hər kim elmdə Adəmə,  vüqarda İbrahimə, muhakimədə Süleymana , zöhddə Yəhyaya , səbrdə Əyyuba , sədaqətdə İsmailə, baxmaq istəsə Əli bin Əbi Talibə baxsın. Ya Ənəs. Elə bir nəbi yoxdur ki, Allah ona xüsusi bir vəzir verməmiş olsun. Allah dörd şeyi məxsusi əta edib. Onun ikisi səmada , ikisi də yerdədir. Asimanda olanlar Cəbrayıl və Mikayıl, yerdə olanlar isə Əli bin Əbi Talib və əmim Həmzədir. 

بحار الأنوار: ج39 ص128 ب 78 ح16.

Biharul Ənvar c 39, səh 128, h 16.

في كامل الزيارات عن صفوان الجمال قال: سمعت أبا عبد الله ع يقول: كان رسول الله ص يخرج في ملأ من الناس من أصحابه كل عشية خميس إلى بقيع المدنيين فيقول: السلام عليكم أهل الديار ثلاثا رحمكم الله ثلاثا ثم يلتفت إلى أصحابه فيقول هؤلاء خير منكم فيقولون يا رسول الله ولم آمنوا وآمنا وجاهدوا وجاهدنا فيقول إن هؤلاء آمنوا ولم يلبسوا إيمانهم بظلم ومضوا على ذلك وأنا لهم على ذلك شهيد وأنتم تبقون بعدي ولا أدري ما تحدثون بعدي

Səfvan Cəmmal İmam Sadiqdən ə.s belə eşitdiyini nəql edir: Rasulullah s.ə.ə.v hər cümə axşamları səhabələrindən bir dəstə ilə Bəqiyə gedər və üç dəfə deyərdi: Salam olsun sizə ey diyar əhli. Üç dəfə də : Allah sizə rəhmət etsin deyərdi. Sonra üzünü əshaba tutub deyərdi: bunlar sizin xeyirlilərinizdir. Onlar deyərdi: Ya Rasulullah , niyə? Onlar da iman gətirmişdilər, biz də iman gətirmişik. Onlar da cihad ediblər , biz də etmişik. Rasulullah s.ə.a.s buyurdu: Onlar iman gətirdi və imanlarını zülmə qarışdırmadan dünyadan köçdülər. Mən buna onlar eden şahidəm. Ancaq siz məndən sonra yaşayaqcsınız və məndən sonra nə işlər görəcəyinizi bilmirəm.

 كامل الزيارات: ص138 - 139 ب105 ح89

Kamiluz ziyarat səh 138-139, h 89.


Allah bizləri və sizləri bu müqəddəs vilayətdə sabitqədəm etsin. Bu imanla da qəbzi ruh olaq inşəAllah. Allah Əhli Beytin ə.ə.s düşmənlərinə, qatillərinə , onlara yardım edənlərə, onların əməlinə şad olanlara əbədən lənət etsin.

Bəşir Badkubei. 
Vəlhəmdulilləh.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.