Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Tövbə və Bəraət gecəsi

Tövbə və Bəraət gecəsi
Yaddaşda saxla
  • 05 aprel 2020
  • Bölmə: İslam
  • Baxış: 502
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?

Bugün dünyada əzab ilə üz-üzə dayanmışıq. Bu əzablar hardandır və nə üçündür? Həzrəti Əli(ə.s) buyurur: Ağıllı şəxs fürsətləri qənimət bilər və ondan yaxşı istifadə edər. Bugün çəkdiyimiz əzabların bir səbəbi var. Heç bir şey səbəbsiz deyil.Sizinlə biz Həzrəti Yusif(ə) filmində bəzi hadisələrin şahidi oluruq ki,bu hadisələr həyatdan götürülmüşdür.Quranda da əks olunub. Yenə həzrəti Əli (ə.s) buyurur:Təəccüb edirəm o kəsə ki,tövbə etməyə mümkün olduğu halda Allahın rəhmətindən naümiddir. Həzrəti İmam Sadiq(ə.s) buyurur: Bir bəndə xalis tövbə etdiyi zaman Allah onu sevir və günahlarını örtür. Həzrəti Yusifin(ə.s) qardaşları tövbə etmədilər,sərgərdan gəzdilər,əzab çəkdilər.O vaxta qədər ki,tövbə kəlməsi dillərinə gəldi və Allahda onları əzabdan qurtarıb ,hz Yusifə(ə.s)qovuşdurdu.İmam Sadiq (ə.s) buyurur: Gündahdan tövbə edən şəxs günah etməmiş kimidir. Qurani kərimdə Ali İmran 135 ci ayədə deyilir :O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar.
Qurani kərimdə tövbənin qəbulu və Allah bəndələrinə olan rəhməti haqqında 600 ayə var. Allahın rəhmətindən ümidsiz olmaq olmaz. Günah nə qədər böyük olsa insan tövbə ilə özünə nicat verə bilər.İslam Peyğəmbəri (s.ə.a.s) buyurur: İnsanların ən yaxşısı günahdan sonra peşman olub Allahdan bağışlanma diləyən şəxsdir. İblis mələk idi .İblis 5 xüsusiyyətinə görə bədbəxt oldu. 1) Günahını etiraf etmədi. 2) Etdiyindən peşiman olmadı. 3) Özünü məzəmmət etmədi. 4) Tövbə etmək qərarına gəlmədi. 5) Allahın rəhmətindən naümid oldu. Həzrəti Adəm (ə.s) 5 xüsusiyyətinə görə xoşbəxt oldu. 1) Əməllərini etiraf etdi. 2) Etdiyi əməldən peşiman oldu. 3) Özünü məzəmmət etdi. 4) Tövbə etməyə tələsdi. 5) Allahın rəhmətinə ümidvar oldu. İblis Allahın rəhmətindən uzaqlaşanda Allaha dedi: Əzəmətinə and olsun ki,insanı ölənə qədər günahlara sövq edəcəyəm. Allah taala buyurdu:İzzət və cəlalıma and olsun ki,tövbə qapısını canı çıxana qədər bəndəmin üzünə bağlamayacağam. Bir gün həzrət peyğəmbər (s.ə.a.s) əyləşmişdi. İblis(lən) yanına gəldi və həzrət peyğəmbər (s.ə.a.s) ona sual buyurdu: Niyə gəlmisən? O dedi: mən sənin ümmətinə bütün pislikləri öyrəcəyəm və onların bütün əzablara düçar olması üçün iş görürəm. Həzrət peyğəmbər (s.ə.a.s) səbəbini soruşdu: o dedi çünki tövbə qapısı ölən günə qədər onların üzünə açıqdır. İmam Məhəmməd Baqir(ə.s) buyurur: İnsanın qəlbində ağ bir lövhə var , insan günah etdikcə və peşiman olmursa ora qara nöqtə yazılır . Günahlar çoxaldıqca o lövhə dolur və onun bərəkəti insanın üzünə çıxır. Belə insanlar el arasında seçilirlər. Üzlərində nur olmur. Deyilir ki, filankəsin rəngi çönüb. Bir insan günah edirsə və peşiman olursa hz peyğəmbərin hədislərində deyilir ki,payızda ağac əsər yarpaqlar tökülər. İnsan qəlbi titrədikcə ağ lövhədən günahlar belə təmizlənir. Bu qəlbində nuru üzünə çıxır. Belə insanlar nurlu,daima həlim və təqvalı qəlb sahibləri olurlar.
Allah taala Qurani kərimin Furqan surəsinin axırıncı ayələrində buyurur ki, sən mənə etina elə mən sənə gəlim. Əlimizi açaq Allahımızdan istiğfar edək,tövbə edək,haqqa qayıdaq. Allah qabağında bəndəliyimizin acizliyini etiraf edək. Etiraf isə böyük hünər və məktəbdir. Həzrət peyğəmbər(s.ə.a.s) buyurur: ya Əli hər kim səhər və axşam mənə salavat göndərsə mənim şəfaətim ona vacib olar. Hətta böyük günahların sahibi olsada. Şəfaətin şərti tövbə edib günahı tərk etməkdir. Şəriət cəhətdən ən böyük günah Allahın məğfirətindən və bağışlanmağından ümidsiz olmaqdır.15 Şaban əhli beytin sonuncu nümayəndəsi,Allahın höccəti,yer üzündə vəlisi həzrəti Mehdi Sahib əz Zamanın(ə.f) mövlud gecəsidir. Bu gecə Bəraət gecəsi adlanır. Həzrət peyğəmbər(s.ə.a.s)-ın hədislərindən buyrulub ki,bu gecə Allahın rəhmət və bərəkət gecəsidir. Bu gecədə mələklər yerə enər,hər bir evə daxil olarlar.Möminlərin tövbəsi qəbul olar. Bəndələrin arzuları nəzərə alınar. Onlar üçün bərəkət nazil olar. O gecənin hörmətinə təkcə insanlar üçün deyil bütün canlılar üçün bərəkət ayrılar. Bu gecədə “İsra” surəsi oxunur,hədiyyə namazları qılınır.Təkid olunur ki bu günü oruc tutulsun. Hədislərdə buyrulub ki,Allah taala bir il qabaqcadcan bəşəriyyətin bərəkət payını ayırır. Gəlin birlikdə Fərəc duasını oxuyaq, Həzrət peyğəmbər(s.ə.a.s) və əhli beytinə(ə.s) salavat göndərək. Istiğfar edək. Hamımız tövbə edək.

Şəfa seyyidə

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex