Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Allah COVİD-19 virusu ilə nəyi demək istəyir? 19 nədir?

Allah COVİD-19 virusu ilə  nəyi demək istəyir? 19 nədir?
Yaddaşda saxla
  • 05 aprel 2020
  • Bölmə: Quran
  • Baxış: 635
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
Allah COVİD-19 virusu ilə  nəyi demək istəyir? 19 nədir?

Əziz oxucularımız! Gəlin 19 rəqəminə Qurandan nəzər salaq.Qurani Kərimdə 19 rəqəmi haqqında deyilir. Əl-Müddəssir surəsi 30-cu ayəsi ilə nəzərlərimizi cəlb edən bu rəqəmin Quranda şifrələndiyini görürük. Qurani Kərimdə elə surələr var ki,onların əvvəlində kəlimə deyil xüsusi hərfi birləşmələr var.Bunlar şifrələnmiş hərflər hesab olunur ki,alimlərin dediyinə görə elmi ədəbiyyatda bu həriflər Allah ilə Həzrəti Peyğəmbər (s.ə.a.s) arasında bir şifrənin olduğunu söyləyir.“Bismillahir rəhmanir rəhim” kəliməsidə ümumiyyətlə belə bir şifrələnmiş kimi təqdim olunur. “Bismillahir rəhmanir rəhim” sözü (ərəbcədə) 19 hərfdən ibarətdir. İlk vəhy olunan surə Ələq surəsində nazil olan beş ayədən ibarətdir. Bu ayələrdə kəlimələrin sayı 19dur. Surə özüdə axırdan 19-cudur. Axırıncı vəhy edilən surə Ən-Nəsr surəsidir ki,19 kəlimədən ibarətdir.Quranda 114 surə və 114 “Bismillahir rəhmanir rəhim” sözü var. Bu 19-dan 6 dəfə çoxdur. Tövbə surəsində “Bismillahir rəhmanir rəhim” sözü yoxdur. Ancaq Nəml surəsində iki “Bismillahir rəhmanir rəhim” var. Yenə Tövbə(9) surəsindən saymağa başlayanda Nəml(27) surəsini 19cu sırada yerləşdiyini görürük.
Quranda bir mənasını verən vahid kəlməsini “Əbcəd” dəyəri 19dur.Tək “Allah” olaraq işlədilməsi 19 dəfədir. Quranın 19 ayəyə sahib olan surəsi“İnfitar”(82) surəsidir. Bu surənin axırıncı kəlməsi Allahdır. Həmçinin Quranın axırından(Nas surəsindən) sayanda 19cu Allah kəlməsi ilə üst-üstə düşür. Yəni 114cü (Nas) surədən 82ci (İnfitar) surəyə qədər 19 dəfə Allah kəlməsi yazılıb.
Quranda “itaət edin” kəlməsi 19 dəfə,abid,qul,bəndə və ibadət kəlmələri cəmi 152 dəfədir . Yəni Qurani Kərimin şifrəsi “Bismillahir rəhmanir rəhim” kəlməsi üzərindədir.Demək,bütün bəşəriyyətdə həyat Allahın nəzəri altında “Bismillahir rəhmanir rəhim” kəlməsinin nurundadır. “Bismillahir rəhmanir rəhim” nurunu əməldə bizə təqdim edən Əhli beytdir. Hədisi səqəleyndə peyğəmbərin buyurduğu Əhli-beyt və Quran bəşər üçün nicat yoludur. Bugün bəşərin çəkdiyi əzablar Əhli-beyt və Qurandan uzaq durmaqdadır.Yəni “Bismillahir rəhmanir rəhim” –siz həhat yaşayırıq.
Həzrət Əli(ə.s) buyurur: Bütün Qurani Kərim Həmd surəsində cəm olub. Həmd surəsi “Bismillahir rəhmanir rəhim” kəlməsində cəm olub. “Bismillahir rəhmanir rəhim” kəlməsi” “B“ “ب “ hərfində cəm olub. “B” “ ب “ hərfinin nöqtəsi mənəm.
Əziz oxucularımız sizin diqqətinizi “Bismillahir rəhmanir rəhim” kəlməsinə diqqət yetirməyə dəvət edirik.
“Bismillahir rəhmanir rəhim” cümləsinin mənası “Mərhəmətlilərin ən mərhəmətlisi,Rəhimlilərin ən rəhimlisi”deməkdir. Qurani Kərim bu kəlamla başlayır. Quran bunu bu cür izah edir. Allah buyurur: Mərhəmətim və rəhmətim kainatda nə varsa öz əhatəsinə almışdır. Əraf surəsi 156. Quran Allah kəlamı olduğu kimi,kitabın tərtibidə Allah tərtibidir.Bugün biz insanlar hər bir işimizi görəndə ,ardında duranda,məhəbbətlə Allahın adı ilə durub o işin ardınca getməli,rəbbimizə sığınmalı və ona bel bağlamalıyıq. İmam Məhəmməd Təqi(ə.s) buyurur. Hər kim Allaha bel bağlasa Allah onu sevindirər. Allaha təvəkkül etsə Allah ona yardım edər.Allaha bel bağlamaq yalnız möminin qalasıdır. Əziz oxucularımız unutmayaq ki,peyğəmbərimiz(ə.s) buyurur: Quranın bir kəliməsində 7 məna onun içində 7 məna və onun içində 7 məna var.Demək 343 məna var.Həzrət peyğəmbərimiz(s.ə.a.s) buyurur: Bir şəxs yola çıxanda 38 dəfə “Bismillahir rəhmanir rəhim” sözü işlədərsə ayrıca bir mələk Allah tərəfindən ona müvəkkil olar ki,onu yerin-göyün bütün bəlalarından qorusun.Həzrət peyğəmbərimiz(s.ə.a.s) buyurur:Bir müsəlman Allahı çağırsa 3 nemət ona əta olar. İstəyi tezliklə həyata keçər,əməl dəftərinə savab yazılar,xoşa gəlməz hadisədən uzaq olar.
Bir gün peyğəmbərimiz(s.ə.a.s) oturmuşdu. İblis(l) onun yanına gəldi. Həzrət onun çox qəzəbli olduğunu gördü və soruşdu:Niyə qəzəblisən? İblis dedi: 19 hərfli adı (“Bismillahir rəhmanir rəhim” ) öz ümmətinə öyrədirsən mənim qoşunumu acından qırdırırsan.
Yenədə rəsulallah(s.ə.a.s) öz səhabələri ilə oturmuşdu. Bir az kənarda bir şəxsin yemək yediyini gördü. O insan bir az yemək yeyəndən sonar başını qaldırdı, peyğəmbərimizi(s.ə.a.s) gördü və utandı. O buyurdu: “Bismillahir rəhmanir rəhim əvvəlinən axirinən” deyib,öz səhvini başa düşdü. Həzrət peyğəmbər(s.ə.a.s) gülümsədi və dedi: Artıq gecdir. Çünki şeytan içindəkilərini “Bismillahir rəhmanir rəhim” demədiyi üçün çıxartdı və yedi. Belə insan həm bir az keçəndən sonra ac olar həmdə əməl dəftərində yediyi qidanın halal olmadığı qeyd olunar.
Mötəbər mənbələrdən,hədislərdən və Qurani kərimdən aldığımız elmə əsasən,hər bir bəndə öz işini Allahın adı ilə görməlidir. O adla işinə başlamalıdır ki,Allahın nəzərində olsun və onu nurlandırsın.Hər bir bəndə əməllərini Allahın adı ilə görməli,yediyimiz,içdiyimiz qida zamanı “Bismillahir rəhmanir rəhim” kəlməsini işlətməyimiz bizi Allaha yaxınlaşdırar və bərəkət verər. Evlərimizə ruzi-bərəkət,rahatlıq və nur bəxş edər. Hədislərdən bizə çatıb ki,bir dərman belə qəbul edəndə də Allahın adı olmalıdır . Özümüzü ruhən və cismən rahat hiss edəcəyik .
Yaşadığımız cəmiyyətdə insanların rastlaşdığı çox narahat hallar var. Cinlərin insan həyatına daxil olma halları mövcuddur.Allah Quranda buyurur ki,insanları və cinləri mən yaratmışam. Onları təkzib edəni bil ki,Quranı təkzib etmiş olur.Bu hallardan uzaqlaşmaq üçün nə etməliyik? Hədisdə buyurulur: Həzrəti peyğəmbər(s.ə.a.s) hətta təharətxanaya daxil olanda məxsusi dualar oxuyardı. Cinlərin insanlara və məişətimizə daxil olmaları haqqında fikirlər hədislərdə öz yerini tapıb. Insanlarda narahat hallar baş verir. Bunun qarşısını almaq müasir tibb ilə mümkün deyil. Ancaq Qurani kərimdə məxsusi ayələr yazmaqla,səliqə səhmana riayət etməklə,paklıq qaydalarına əməl etməklə özümüzə,ətrafdakılarımıza rahatlıq və sakitlik bəxş etmiş olarıq. Bunların hamısının başında “Bismillahir rəhmanir rəhim” durur. COVİD19 bizim fikrimizcə o deməkdir ki, “Bismillahir rəhmanir rəhim” kəlməsinin məişətimizdə,dilimizdə olmaması çox narahat halların ruhumuzda və cismimizdə baş verməsinə səbəbdir. Gəlin hər zaman hər işimizi Allahın adı, “Bismillahir rəhmanir rəhim” ilə görək və ona təvəkkül edək.
Şəfa seyyidə

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex