Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Halal,haram və Covid19 virusu

Halal,haram və Covid19 virusu
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?

Bismillahir Rəhmanir Rəhim
Yaradılışın ən üstünü insandır.Həzrəti Əli (ə.s)-dan soruşdular ki,"Ya Əli çəkdiyimiz sıxıntılar cəza yoxsa imtahandır? Həzrət buyurdu: Əgər bu sıxıntı səni Allaha yaxınlaşdırırsa imtahandır,uzaqlaşdırırsa cəzadır." Müasir dünyada və dövrdə insan çox çətin bir problemlə qarşılaşıb. “Corona virus” . Gəlin Allahın bizə bəxş etdiyi ağıl və məntiq ilə bu problemə yanaşaq. Allah dünyanı,bəşəriyyəti və ən ali insanı yaratdı.İnsan üçün islamı təyin etdi. İslam-tək Allahlıq və 124min peyğəmbərin fəaliyyət çərçivəsidir ki,insanları Allahın buyurduqları ilə tanış etsin və insanları tək olan Allah itaətə dəvət etsin.İslamın sonuncu səhifəsi və hissəsi hz Məhəmməd (s.ə.a.s) peyğəmbər və onun kitabı Qurani Kərimdir.Qurani Kərim hz Məhəmməd (s.ə.a.s) peyğəmbər və 12 canişinləri vasitəsi ilə bizə bugün belə təqdim olunur ki,biz öz Allah qarşısında bəndəliyimizi ,cəmiyyət qarşısında fərd olmağımızı düzgün təyin edək. Qurani kərim belə öyrədir ,Bəqərə surəsi 172,173 cü ayələr. Ey camaat yerdə olan halal və pakizə şeylərdən yeyin və şeytanın dalınca gedib ona tabe olmayın. O sizə açıq aşkar düşməndir. Həqiqətən o şeytan sizi pisliyə və föhşə(murdar işlərə) əmr edir ki ,Allah haqqında bilmədiyinizi deyəsiniz. Ərəblərin bəzi qəbilələri ,heyvanların ətini və əkin məhsullarını özlərinə haram etmişdilər və yemirdilər. Bu ayə nazil oldu.”Allahın halal etdiyi şeyi haram etməsinlər.Şeytanın əmri ilə olmasınlar,ona tabe olmasınlar.Yerdə hasil olan pak şeylər insan üçün yaranıb.Məsələn; müasir dövrümüzdə vegetarianlar heyvanların ətini özünə haram ediblər.Guya heyvana rəhm edirlər.Allah isə buyurur: Bəqərə 172,173 “Ey iman götürənlər sizə ruzi verdiyimiz pak şeylərdən yeyin.Siz əgər Allaha pərəstiş edərsinizsə ona şükür edin.Allah təala bunları sizə haram etdi.Meyyitəni,qanı,donuz ətini və o heyvanın ətini ki,onu kəsəndə Allahdan başqa şeylərin adı ona oxunmuş ola. Kimsə naçar olsa,zülümkar olmamamaq və həddini ötməmək şərti ilə yesə ona cəza yoxdur.Allah bağışlayan və mehribandır.Büdpərəstlər heyvan kəsəndə bütlərin adını deyib heyvan kəsirdilər.Belə heyvanın əti də meyyitə və donuz əti kimi haramdır. İnsan naçar qalanda acından ölməmək təhlükəsi qarşısında qalanda,haram şeylərdən o qədər yeyə bilər ki,onu ölümdən saxlasın,onu ləzzətdən ötrü yeməsin.Əti halal heyvan islam qanunu ilə kəsilməsə,yaxud heyvan özü ölsə,onu kəsənə qədər canı çıxsa belə heyvanın ətinə meyyitə deyirlər. Bəqərə 172,173-də deyilir ki,meyyitə haramdır. Şəri qanunlara görə, içki,qumar,qadağan olunduğu kimi ölü heyvan əti,donuz əti,üzəri pulcuqla örtülməyən balıqların əti haram hesab olur.Maraqlıdır ki,mikroskop altında baxanda trixin adlanan mikrob var.Bu mikrob insanı ağır xəstələndirir və çox vaxt ölümlə nəticələndirir.Üzərində pulcuğu olmayan balıq əti 2-3 saatdan sonra bədənlərində zəhərləyici mikrob ifraz etməyə başlayır ,2-3 gün müşahidə olunur.Belə balıqları heç kəs yaxın qoymur,yemir.Donuz ətindən və pulcuqsuz balıqlardan nə qədər zəhərlənmə olması hamımıza məlumdur.Allah təala Qaf surəsi 7 və 8ci ayələrdə bildirir ki,yeri çəkdik,dağları qərar verdik.Orada hər sinif nəbatət göyərtdik,taki hər bəndə üçün bəsirət və nəsihət olsun.Bu ayədə Allah buyurur ki,yerdə bitirdikləri otlardan,meyvələrdən bəzisi insan,bəzisi heyvan istifadə edib sonradan insanlar heyvanların ətini yeyir ki,bəzisi insanlar üçün müalicə vasitəsidir.Bəziləri isə insanın həyatını zinətləndirir.Allah təala torpağın tərkibində 80 makroelement qərar verib ki,o elementlər insan orqanizmində də və qidasında da əsas yer tutur.Fizika qanunlarına görə də,təsir əks təsirə bərabərdir.İnsanın qəbul etdiyi qida onun orqanizmində ona lazım olan yaşayış stimulu üçün enerji bəxş edir ki,o enerji rahatlıqla orqanizm daxilində və hərəkət zamanı təbiətlə təmasda rahatlıq gətirir.Əgər yediyi qida zəifdirsə onun hərəkəti olmur.Onda qırmızı qan azlığı,qan təzyiqi narahatçılığı mövcud olur. Və bunun qarşısını almaq üçün immunitetini lazım olan qidalarla bərpa etməyə çalışır.Ancaq bu qidalar halal ruzilərdəndir.Ona rahatlıq gətirir.İnsan orqanizmi elə qurulub ki,onun mədəsi heyvanların mədəsindən,ağız siztemi və çeynəmə qabiliyyəti hamısı fərqlənir.Demək Allah təala hər bir canlını yaratmış,onun üçün yaşayış meyarları təyin etmiş,onun üçün qida rasiyonu həddi ayırmışdır.İnsan orqanizmində 300dən çox mikrob var ki,onu xeyirxah mikroblar adlandırırlar. Ona görə ki,heç bir təhlükə törətmirlər.
Müasir elm,din,quran və onun hökmləri sübut edir ki,Allahın məsləhət bilmədiyi qidalar insan orqanizminə daxil olanda böyük fəsadlar törədir.Onların təbiətə tökülməsinə şərait yaradır.Necə ki, qurd xəstəliklərinin yayılması necə baş verirsə,bu viruslarında baş verməsi o cür hal alır. Əziz oxucularımız bundan əvvəl biz sizinlə Merac və Məbəs mövzusunda görüşmüşdük.Sübut olunmuşdu ki,həyat və yaşayış yer planetindədir.Bunun çoxlu dəlilləri var.Yer kürəsində törətdiyimiz hər hansı bir xoşagəlməz proses bütün yer kürəsi əhalisi üçün doğrudanda faciəyə çevrilə bilər.Çünki atmosfer təbəqəsində olan hava kütlələri mövcud olan virusları,mikrobları,bakteriyaları hər tərəfə yayılmasına səbəb olur.Bugün insanlar Allaha itaət etmirsə it əti,pişik əti,yarasa əti,ilan əti,meduza ilə qidalanırlarsa və onların satışını açıq satışa çıxarırlarsa,Allahın halal buyurduğunu harama,haram buyurduğunu halala çevirirlərsə bu qidaların törədə biləcəyi fəsadları dərk etmədiklərindəndir(Bəqərə 172-173). İnsanın özünün öz əməli ilə rəbbinin hökmünə itaətsizliyinin nəticəsidir .İtaətsizliyi yer kürəsi əhalisi üçün bu fəsadların yaranmasına səbəb oldu. Allah zalım deyil adildir.O rəhman və rəhimdir.Yenədə bizi öz lütfi ilə əhatə edir.Bizə bunu aradan qaldırmaq üçün güc ,qüvvət və ağıl verir.Həmçinin Allah bizi itaətə dəvət edir.Allahın bizə bəxş etdiyi ən gözəl qapı tövbə qapısıdır.Yaradılşın ən əşrəfi olan insandır.Gəlin birgə bu halların aradan qaldırılması üçün çalışaq.Rəbbimizi sevək,üzümüzü onun tövbə və itaət qapısına tutaq.O birdir və böyükdür.


Ey könül ver qərarın gəl qıl səcdəni rəbbinə,
Vermə dünya həvəsinə qıl səcdəni rəbbinə.
O rəbbin ki ,səni sevgi ilə bəxşişi qərar verdi,
O sevgidən pay ayır ,qıl səcdəni sən rəbbinə.

Şəfa seyyidə
Bəqərə 172 173
2:172
Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükür edin!

Ya ayyuha allatheena amanoo kuloo min tayyibati ma razaqnakum washkuroo lillahi in kuntum iyyahu taAAbudoon

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَاشْكُرُوا لِلَّهِ إِنْ كُنْتُمْ إِيَّاهُ تَعْبُدُونَ

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex