Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Meracda baş verənlər

Meracda baş verənlər
Yaddaşda saxla
  • 24 mart 2020
  • Bölmə: İslam
  • Baxış: 412
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?


Həzrəti peyğəmbər(s.ə.a.s) merac vaxtı göylərə qalxıb ,asimanların hikməti və sirrlərlə tanış oldu. Cəhənnəmi və behişti gördü. Göylərdəki mələklər onu müşayiət edirdi və Allah təalanın divanxanası olan yerlərə çatdı. Allahı mənəvi gözlə gördü. Onunla mükalimə(söhbət) etdi. Bu məqamdan istifadə edərək,öz ümmətinin günahları barədə bəxşiş istədi,onların günahından keçməyi xahiş etdi. Bu əhvalat o qədər az vaxtda baş verdiki,bir gecənin içində alındı. Həzrəti peyğəmbərə(s.ə.a.s) Allah nəyi bəxş etdi?12 hökm ,asimanlar,yer,göy,cəhənnəm,behişt aləmində olan hadisələr və elmləri. Həzrəti peyğəmbər(s.ə.a.s) göyün 7ci qatında olan mələklərlə tanış oldu,adlarını öyrəndi,orda baş verən hadisələrə nəzər saldı və cəhənnəmin 7 qatında olan hadisələri və cəza həddlərini öyrəndi.
Həzrəti Peyğəmbərə(s.ə.a.s) bir bəxşişdə verildi. Ona yeddinci göydə mavi tülləri olan bir otağa dəvət edildi . Orada yemək süfrəsi açılmışdı,süfrədə aş,aşın qaraqsı və şərbət var idi. Həzrət süfrəyə dəvət edildi. Mübarək əllərini göyə qaldırdı və Allaha dedi “ya Rəbbim mən heç süfrəyə tək oturmadım. Elə bu an pərdənin arxasından qəhvəyi rəngdə tökmə bədən bir pəhləvanın qolu içəri daxil oldu və süfrədən əli ilə aş götürərək onunla bərabər yeməyə başladı,axırda bir aş giləsi (düyü) sıçradı o həmin mübarək zatın qolu üstünə düşdü. O qol geri çəkildi.(o qol Həzrəti Əli(ə.s) qolu idi.) Həzrəti peyğəmbər(s.ə.a.s) yenidən mələklərin müşayiəti ilə altıncı göyə endi və Hz Cəbrayıl ilə birgə yer kürəsinə endi Həzrəti peyğəmbər(s.ə.a.s) yol boyu gördüki ,Məkkəyə karvan gəlir ,17 dəvədən ibarətdir,qabaqda qəhvəyi axırda boz dəvədir. Ona agah olduki, o dəvə karvanı cümə günü Məkkəyə çatacaq Həzrəti peyğəmbər(s.ə.a.s) Əbu Talibin evinə ,yatdığı otağa qayıtdı ,gördüki qapıda hələdə həlqə əsir,dəstənamaz qabından su damlanır, yorğanı hələdə istidir. Bu o demədkir ki, Həzrəti peyğəmbər(s.ə.a.s) meraca gedəndə qapıdan tələsik çıxmışdı,əbası qapıdakı halqaya ilişmişdi,halqa əsməyə başlamışdı və su qabı yerə dəyərək damcılanmışdı,eyni ilə qayıdanda bu mənzərəni gördü.
Səhər oldu, Həzrəti peyğəmbər(s.ə.a.s) məscidə getdi və orada olan hadisələri danışmağa başladı.Orada Əbu Vəqqas adlı bir yəhudi buna etiraz etdi,dedi ki, bir gecədə necə Əl Əqsaya getdin? Bunlar bir yuxudur . Durub məclisi tərk etdi. Gəldi evinə və gördüki,yoldaşı xəmir hazırlayır Bir atlı gəldi onu apardı və onu özü üçün qadın etdi.14 il yaşadılar və 4 oğlu dünyaya gəldi. Böyük oğlu 14 yaşında olanda yenədə çönüb oldu kişi. Gördüki su qabı kəhrizin yanında qoyulub və o suyu doldurdu və yoldaşına verdi. Yoldaşı hələdə xəmir yoğururdu. Bu insan çaş-baş vəziyyətdə qalaraq məscidə qayıtdı.Gördü ki, Həzrəti peyğəmbər(s.ə.a.s) söhbət edir .Onu gördü və Həzrəti peyğəmbər(s.ə.a.s) gülümsədi və buyurdu: Ey Əbu Vəqqas sənin başına gələnləri mən danışım ya sən danışassan? Yəhudi dedi atam anam sənə qurban sən deməli başıma gələni bilirsən? Və başına gələnləri camaat üçün danışıb Həzrəti peyğəmbər(s.ə.a.s) -a ehtiram göstərdi və buyurdu :Kəlmeyi şəhadəti mənə öyrət.Mən sənin dininə ,elminə,peyğəmbərliyinə beyət etdim.Məni islama qəbul et.

Elmsiz bu dünyada bir yaradılış görmədim
Hər gördüyümdə elm gördüm elmsizlik görmədim
Hüsnünə nəzər etdim ətrafda olanın
Hər birində aləm gördüm aləmsiz görmədim.
Qəlbim bugündə dilə gəldi söylədiki ey könül,
Qəlbimidə elmlə gördüm elmsiz görmədim.
Qəlbimdən könlümə açılan çeşmədəm
Bu çeşməni bəxş edəni elmlə gördüm elmsiz görmədim.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Elmin sahibidir nurun saçan dünyaya
İki dünya yaradıb elmlə ,elmsiz görmədim.
Uca rəbbim “Ər-Rəhmanda “ söylədi öz elmini,
Hər yaratdığına elm verdi elmsiz görmədim.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Qonaq gəldim məktəbinə ey Mövlam,
Məktəbində elm gördüm emsizlik görmədim.
Seyyidə Şəfa fəxr edər cahanda öz rəbbi ilə
Rəbbinə səcdələrində elmdə gördü,elmsizlik görmədi.
Elmin nuru ilə yanaş hər bir zaman rəbbinə
Bu nur ki,Əhli-beytdədir .
Ondan kənar görmədim.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex