Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Məbəs və Merac

Məbəs və Merac
Yaddaşda saxla
  • 22 mart 2020
  • Bölmə: İslam
  • Baxış: 340
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
Məbəs və Merac

Məbəs nədir? 610cu il Rəcəb ayının 27-sində Allahın Məhəmməd peyğəmbərə (s.ə.a.s) peyğəmbərlik verdiyi gündür. Üç il sonra isə 613-cü il Rəcəb ayının 27-sində Merac hadisəsi baş verdi.Merac nədir?getmək yəni göylərə uçmaq deməkdir. 613 cü ildə Rəcəb ayının 27 ci gecəsində Həzrəti Məhəmməd (s.ə.a.s) Meracda olmuşdur. Həzrəti Məhəmməd peyğəmbər 3 il idi ki Peyğəmbər idi.Əmisi həzrəti Əbu Talibin evində qonaq idi.Gecə namazını qılıb istirahət edirdi ki ,gecə yarısı qapı döyüldü.Gələn Allah Təalanın vəhy mələyi həzrəti Cəbrayıl(ə) idi.Həzrəti peyğəmbəri meraca (göylərə) aparacağını bildirdi.
Həzrəti Cəbrayıl Buraq adlı at ilə əvvəl Peyğəmbər (ə)-ı Əl Əqsa məscidinə apardı. Hansıki Məkkədən 2 aylıq yol idi.Amma onlar bir göz qırpımında ora çatdılar.(Hal hazırda da orda atın ayaq izləri qalır) Əl Əqsa Bağlı idi. O dövrdə Heredot oranin hakimi idi ve Peyğəmbər(ə)-ın peygemberliyini qəbul etmirdi.Həzrəti Peyğəmber məscidin pilləkənlərinə ayaq qoyanda səs geldi. Allah təala mübarək peyğəmberinə vəhy etdi. "Her kəs adın gələndə salavat deməsə və Əs salamun aleykum ve rəhmətullahi və bərəkatuhu deməzsə Allah və ərşin mələkləri ona lənət etsin".
Sonra ikinci pilləsinə qədəm qoyanda vəhy gəldi ki,hər kəs ata ana üzünə ağ olsa mən və ərşin mələkləri ona lənət etsin. Beləliklə hz Peyğəmbər məscidə daxil olanda qapının qıfılları qırılıb töküldü yerə.Orada iki rukət namaz qıldı və oradanda mələyin tərkində göylərə merac etdi. Mübarək pəyğəmbər(s) buyurur ki,yeddi göy aşdıq ki,hər göyün arası 400 illik yoldur .Yeddi cəhənnəmə nəzər etdik ki,hər cəhənnəmin arası üçyüz illik yoldur.
Həzrəti Peyğəmbər 6 göy keçdi. Həzrəti Cəbrayil mələk ancaq orada dayandı və buyurdu ki, bundan sonra peyğəmbərlər məkanıdır. Mənim qanadlarım nurdan əriyə bilər. Beləliklə digər mələklər Peyğəmbər (ə)-ı müşayiət edib yeddinci göyə gəldilər,oradan sevimli peyğəmbərimiz Allah təala ilə üz üzə dayandı və onlar arasında 20 min nur pərdəsi var idi ki, Peyğəmbər (s.ə.a.s) onu öz gözü ilə görmədi.
Allah təala Peyğəmbər (s.ə.a.s) ilə danışdı və ona gündəlik namazların 50 rukət və insanlar üçün isə 12 hökm buyurdu:
1)Lə ilahə illəllah,Muhəmmədən Rəsulullah kəlməsini hər kəsə öyrətmək.
2)Valideyinlərinizi sevin və itaət edin.
3)Qəribləri incitməyin, onlara hörmətlə yanaşın.
4)Yetimin malını yeməyin ve onları incitməyin.
5)Uşaqlarınızı qıyıb öldürməyin.
6)Səliqəli olun.
7)İbadəti ardıcıl və səliqəli edin.
8)Ticarətdə insaflı olun.
9)Ətrafınızdakılarla münasibətinizə fikir verin.
10)Hər şeydə diqqətli olun,boynunuza düşən işi vaxtında yerinə yetirin.
11)Şöhrətpərəst olmayın
12)Dik baş və lovğa olmayın

Peyğəmbər (s.ə.a.s) Meracdan qayıdanda 6cı göydə Həzrəti Musa(ə.a) ilə qarşılaşdı və Həzrət Musa(ə.s) buyurdu ki,sənin ümmətinin işi cox olar ,gündə 50 rükət namaz qıla bilməzlər. Peyğəmbər yenidən qayıtdı və Allaha dua etdi ki, namazı yüngülləşdirsin. Allahda peyğəmbərin(s) duasını qəbul etdi və 17 rükətli namaz halına saldı.

Mətni hazırladı:Şəfa seyyidə

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex