Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Novruz günü alınan qüslün hökmü.

Novruz günü alınan qüslün hökmü.
0
Mətndə qrammatik səhv var?
`
Novruz günü alınan qüsl müstəhəbdirmi?
ــــــــــــــــــــــــ
Rəca qəsdi deyiləndə yəni savab ümidi ilə

Seyyid Xoi q.s - bu qüslün müstəhəb olması sübut olmayıb. Lakin rəca niyyəti ilə almaq olar.

Minhac c 1; m 341

ــــــــــــــــــــــــ
Seyyid Həkim - müstəhəb olması sabit deyil
Lakin rəca qəsdi ilə almaq yaxşı olar.

Minhac c 1; m 341.
ــــــــــــــــــــــــ

Seyyid Sadiq Ruhani - mustəhəbliyi Təsamuh (Üsuli fiqhdə qaydadır ictihad edərkən fəqih istifadə edir) qaydasına əsasən sabitdir.

Minhac c 1; m 379.

ــــــــــــــــــــــــ
Seyyid Sadiq Şirazi - novruz qüslü müstəhəbdir.

Məsail - m 684.

ــــــــــــــــــــــــ
Seyyid Sistani - bu qüslün müstəhəb olması sübut olmayıb. Lakin rəca niyyəti ilə almaq olar.

Minhac - c 1; m 341.
ــــــــــــــــــــــــ


Seyyid Mudərrisi - novruz qüslü müstəhəb qusullardan biridir.

Fiqhul İslami - c 2.
ــــــــــــــــــــــــ

Şeyx Vəhid - əgər bu qüsl alınarsa ehtiyat vacib budur ki rəca qəsdi ilə alınsın .
ــــــــــــــــــــــــ

Seyyid Muhəmməd Şirazi - Novruz qüslü müstəhəbdir.- Nizafətu fil islam.
ــــــــــــــــــــــــ

Şeyx Fəyyaz - bu qüslün müstəhəb olması sübut olmayıb. Lakin rəca niyyəti ilə almaq olar.

Minhac c 1; m 337.
ــــــــــــــــــــــــ

Şeyx Əhqaqi - Novruz qüslü müstəhəb qusllardan biridir.

Şəriət - c 1; m 1223.
ـــــــــــــــــــــــــــــــــــــــــــــــ
Şeyx Adil Cəvhər

Vəlhəmdulillah
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.