Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Zifaf gecəsi - Toy gecəsi

Zifaf gecəsi - Toy gecəsi
Yaddaşda saxla
  • 23 fevral 2020
  • Bölmə: Ailə
  • Baxış: 295
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?

1.Namaz

İmam Məhəmməd Baqir (ə) buyurur: bəy və gəlin toy gecəsi dəstəmaz alıb iki rukət namaz qılsın( niyyət edirəm zifaf gecəsi üçün namaz qılıram qurbətən iləllah )_ , Allaha şükür edib, Peyğəmbər və Əhli - Beytinə (a.s.) (13 məsuma ) salavat göndərsin, Allaha dua etsinlər və gələcək həyatları üçün Ondan xeyir - bərəkət diləsinlər. Sonra yatağa girməzdən əvvəl bu duanı oxuyun: (kişiyə aiddir)

2) Dua


Kişi bu duanı oxuduqca qadın AMİN desin. (Allahummərzuqni ulfəha və vuddaha və rizaha və ərzini vəcmə bəynəna bi əhsəni ictimain və ənəsə itilaf fə innikə tuhibbul-həlal və tukrihul-həram)

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Yaxınlıq etməzdən əvvəl əlini gəlinin alnına qoy və bu duanı oxu.”

(Allahummə bi əmanətikə əxəztuha və bikəlimatikə istəhləltuha fə in qəzəytə li minha vələdən fəcəlhu mubarəkən təqiyyən min şiəti ali Muhəmməd və la təcəl-lişşəytani fiyhi şəriykən və la nəsiybən).

Bu duanı öyrətdikdən sonra İmam Sadiq (ə)-dan soruşurlar. "Şeytan dünyaya gələcək övladın nütfəsində necə şərik ola bilər? Buyurur: Yaxınlıq edilən zaman Allahın adı çəkilməzsə şeytan da bu yaxınlıqda iştirak edər və dünyaya gələcək körpənin nütfəsində şərik olar. Biz Əhli-beyti sevən şəxslərə nüfus edə bilməyir. Bizimlə düşmənçilik edənlər ana bətninə düşdüyü andan Şeytan ilə şərik olarlar.

Əziz İslam Peyğəmbəri (s) buyurub: Elə ki, gəlin sənin evinə daxil oldu, ayaqqabılarını çıxart, ayaqlarını yu və suyunu evin ətrafina səp. Əgər bu cür etsən., Allah-Təala (c.c.) yetmiş min yoxsulu sənin evindən xaric edib yetmiş min bərəkəti sənin evinə daxil edər.

Zifaf gecəsi oxunan dualar:


1)(Allahummə əla kitabikə təzəvvəctuha və fi əmanətikə əxəztuha və bikəlimatikə istəhləltu fərcəha fə in qəzəytə li fi rəhmiha şəyən fəcəlhu səviyyən və la təcəlhu şəriykə şəytan).

2)(Allahummərzuqni vələdən vəcələhu təqiyyən zəkiyyən ləysə fi xəlqihi ziyadətun vəla nuqsanun vəcəl aqibətuhu ila xəyr).

3) (Bismillahir-rəhmanir-rəhim. Əlləzi La ilahə illa huvə. Bədiyussəmavati vəl-ərz. Allahummə in qəzəytə minni fihazihil ləyləti xəliyfətən fəla təcəl lişşəytani fiyhi şəriykən və la nəsiybən və la həzzən vəcələhu muminən muxlisən musəffa minəşşəytan və riczihi cəllə sənauk).

Məsumlarımız (a.s.) bu gecədə kişilərə tələsməməyi, qadını da nəzərə almağı tövsiyyə etmişdir
Yaxınlıq münasibətinə girməzdən əvvəl gərək hər iki tərəf Allahın adını tutsunlar. BismillahirRəhmanirRəhim desinlər.Belə olmadıqda kişi cinlər qadın ilə,qadın cinlər isə kişi ilə əlaqəyə girmiş olurlar.Həmin otaq cinlərlə əhatə olunur.Cinlər daim insanın paxıllığını saxlayırlar.Qadın və kişi evdə hər şeyi Bismillah ilə etməlidir.Yemək bişirəndə,evi təmizləyəndə,ayaqyoluna və hamama sol ayaqla girəndə və s. Bismillah ailənin bərəkətidir. Quran və Əhlibeytdən möhkəm yapışın ki,övladlarınız əməlsaleh olsunlar.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex