Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Şiə nə deməkdir ?

Şiə nə deməkdir ?
+5
  • 01 yanvar 2020
  • Bölmə: İslam
  • Baxış: 2 805
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?

Burada ümumi şəkildə də olsa, bilməyimiz yerinə düşərdi ki, şiə nə deməkdir? Nə zamandan yaranmışdır? Səfəvilər zamanından, ya Ali Buyə zamanından? İmam Rzanın(ə) İrana gəlişindən sonramı? Aşura hadisəsindən sonramı? Cəməl müharibəsində ya Osman öldürüldükdən sonramı? Səqifə günümü ya və s... ? Çünki bəzilərinin əsasən bu hadisələrdən hər birində «Şiə» adlı bir qrupun yaranmasının tərəfdarları vardır.

«Şiə» –lüğətdə dostlar, ardıcıllar və köməkçilər mənasındadır. Dalınca gedən –müşaiət və təşyi- yəni bir nəfərin və bir şeyin dalınca getmək və ya izləmək. Termin baxımından müşaiət dirilərə təşyi isə ölülər cənazəsinin dalınca getməkdə işlədilir. Formasının dəyşməsinə ehtiyac olmadan tək, cəm, kişi və qadın cinslərində işlədilir.

Amma termin kimi şiə o şəxsə və ya o şəxslərə deyilir ki, sonuncu peyğəmbər Mуhəmməd ibn Abdullahdan(с) sonra Əli ibn Əbi Talib(ə) o Həzrətin fasiləsiz canişin və xilafətin haqlısı bilənlərə deyilir. İstər onalr 12 imamçı olsunlar, istərsə də Zeydi və ya İsmaili.

Həqiqətdə isə Şiənin yaranması, onun ilk dəfə «Əli əleyhissalamın şiəsi» kimi məşhur olması, Rəsulullahın(с) həyatı dövrünə təsadüf edir. Bu da qeyd olunmalıdır ki, bu kəlmə ilk dəfə Rəsulullahın(с) öz mübarək dilindən, Əli əleyhissalamın davamçıları barəsində işlədilmişdir.

Besətin 23 il müddətində islama dəvətinin inkişafı hadisəsi təbii olaraq bir çox səbəblər yaratdı ki, Rəsulullahın(с) dostlarının arasından belə bir cəmiyyət yaransın. Aşağıda işarə etdiklərimiz, bu ensiklopediyadan və xarvardan bir nümunədir:

Görkəmli Əllamə Mуhəmməd Hüseyn Müzəffər öz «Şiə tarixi» kitabında Zəməxşərinin «Rəbiəl-ənvar» kitabından nəql edərək yazır ki, Rəsulullah(с) buyurdu:


یا علی اذا کان یوم القیمه اخذت بحجزة الله، وانتاخذت بحجزتی واخذ ولدک بحجزتک،

واخذ شیعة ولدک بحجزهم فنری این یؤمر بنا

Ya Əli, qiyamətin vaxtı çatanda mən Allahın ətəyindən yapışaram. Sən mənim, sənin övladların sənin, övladlarının şiələri onları ətəyindən yapışarlar. Sonra da gözləyərik ki, nə göstəriş verəcək və bizi hara aparacaqdırlar.

Yenə də o ibn Həcərin «Əl-səvaiq Əl-muhərrəqə» kitabında nəql edir ki, ibn Abbasdan rəvayət olunur: Bəyyinə surəsinin 7-ci ayəsi,


إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُوْلَئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ

İman gətirib, yaxşı əməl edənlər ən yaxşı yaradılanlardır, nazil olduqda Rəsulullah(с) Əliyə(ə) buyurdu:

هوانت وشیعتک، تأتی انت وشیعتک یوم القیمه راضیین مرضیین،

و یأتی عدوک غضابی مقمحین

خَيْرُ الْبَرِيَّةِ

«Yaxşı yaradılanlar» dedikdə sən və sənin şiələrin nəzərdə tutulur. Sən və sənin şiələrin qiyamət günü Allahdan razı və Allah da sizdən razı olduğu halda gələrsiniz. Sənin düşmənin Allah qarşısına qəzəbli və ağızlarında yüyən olan halda gələr, başlarını zəncirlərin darısqallığına görə yuxarı tutmuş formada daxil olarlar.

«Şiə tarixi» kitabının müəllifi, ibn Həcərdən, o isə Təbəranidən nəql edirlər ki, Rəsulullah(с) Əliyə(ə) buyurdu:


ان اول اربعه یدخلون الجنه انا وانت والحسن والحسین وشیعتنا عن ایماننا وشمائلنا

Həqiqətən, cənnətə daxil olanilk dörd nəfər mən, sən Həsən və Hüseyn olacaq. Bizim şiələrimiz bizim sağ-solumuzdan oraya daxil olarlar.

O yenə də ibn Əsir Cövzidən nəql etmişdir ki, «Əl-nihayə fi ğəribil hədis» kitabında Peyğəmbərdən(с) bir rəvayət nəql etmişdir. Rəvayətdə deyilir ki, Peyğəmbər(с) Əliyə(ə) buyurdu:

ستقدم علی الله انت وشیعتک راضیین مرضیین،

و یقدم علیک عدوک غضابی مقمحین

ثم جمع یده الی عنقه یریهم کیف الاقماح

Çox yaxın bir zamanda sən və şiələrin Allahın yanına ondan razı və o da sizdən razı halda daxil olacaqsınız. Sənin düşmənlərin isə qəzəbli və əlləri boyunlarına bağlanmış halda sənin yanına gələrlər. Bu zaman Rəsulullah(с) əllərini boynuna tərəf qaldırıb onların necə zəncirlənəcəyini göstərdi.

Habelə yazır: Siyuti «Əl-dürr əl-mənsur fi əl-təfsir bil-məsur» təfsirində yuxarıda qeyd etdiyimiz,

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُوْلَئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ

Bəyyinə surəsi ayə 7-nin təfsiri əsnasında yazır: İbn Əsakir öz kitabında Cabir ibn Abdullahdan bir hədis nəql etmişdir. Orada Cabir demişdir: Biz Peyğəmbərin(с) yanındaydıq. Bu əsnada Əli (ə) daxil oldu. Peyğəmbər (с) onu görcək buyurdu:

و الذی نفسی بیده ان هذا وشیعه لهم الفائزون یوم القیمه ونزلت:

ان الذین امنوا...

And olsun o varlığa ki, mənim canım onun qüdrət əlindədir, bu şəxs (yəni Əli(ə)) və onun şiələri qiyamət günü feyziyyab, doğruçu və müvəffəqdirlər və bu ayə onların barəsində nazil olmuşdur.


Şiəlik əhli sünnə mənbəsində

İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.

Bəyyinə surəsi 7-ci ayənin təfsiri sünni mənbələrində.

Əhli sünnə alimləri Beyinnə surəsinin 7-ci ayəsinin təfsirində bir dəstə rəvayətlər edirlər:


تفسير الطبري الجزء24 الصفحة 542
( أُولَئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ ) يقول: من فعل ذلك من الناس فهم خير البرية. وقد: حدثنا ابن حميد، قال: ثنا عيسى بن فرقد، عن أبي الجارود، عن محمد بن عليّ( أُولَئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ ) فقال النبي صلى الله عليه وسلم: "أنْتَ يا عَلي وَشِيعَتُكَ".

İbni Həmid rəvayət etdi, dedi ki: İsa bin Fərqad Əbul Caruddan, o da Məhəmməd bin Əlidən, o da Əli bin Əbu Talibin (r.a.) Bəyinnə surəsinin 7-ci ayəsi haqqında belə buyurduğunu rəvayət etdi: Rəsulullah (s.ə.ə.v) dedi : Onlar sən və sənin şiələrindir ya Əli!

Cərir Təbəri -Təfsir, Bəyinnə surəsi 7-ci ayənin təfsiri. C 24, səh 542.

4- تفسير الدر المنثور الجزء10 الصفحة 320

كان أصحاب النبي صلى الله عليه وسلم إذا أقبل عليّ قالوا : جاء خير البرية .
وأخرج ابن عدي وابن عساكر عن أبي سعيد مرفوعاً : عليّ خير البرية . وأخرج ابن عدي عن ابن عباس قال : « لما نزلت { إن الذين آمنوا وعملوا الصالحات أولئك هم خير البرية } قال رسول الله صلى الله عليه وسلم لعلي : » هو أنت
وشيعتك يوم القيامة راضين مرضيين .

Rasulullahın ( s.ə.ə.v ) səhabələri Əlini gördükləri zaman deyərdilər: Yaradəlmışların xeyirlisi gəldi. Udey ibn Abbasdan (r.ə.) rəvayət etdi ki: Beyinnə surəsinin 7-ci ayəsi nazil olduqda Rəsulullah (s.ə.ə.v) Əliyə dedi: Bunlar sən və sənin şiələrindir ki, qiyamət günü Allahın razı olduğu və onların da Allahdan razı olduğu halda olarlar.

Cəlaləddin Suyuti - Durrul-Mənsur təfsiri, Bəyyinə surəsi 7-ci ayənin təfsiri, c 10 , səh 320.


2- تفسير الألوسي الجزء23 الصفحة 79
أخرج ابن مردويه عن علي كرم الله تعالى وجهه قال قال لي رسول الله صلى الله عليه وسلم ألم تسمع قول الله تعالى إن الذين آمنوا وعملوا الصالحات أولئك هم خير البرية هم أنت وشيعتك وموعدي وموعدكم الحوض إذا جثت الأمم للحساب يدعون غراً محجلين

İbni Mərdəvəyh Əlidən (kərrəməllahu vəchəh) belə rəvayət edir: Rəsulullah (s.ə.ə.v) mənə belə dedi: Məgər Allahın İman gətirib yaxşı işlər görənlər isə məhz onlar da, yaradılmışların ən xeyirlisidir - buyurduğunu bilmirsənmi? Onlar sən və sənin Şiələrindir. Sən və sənin şiələrin Kövsər Hovuzunun yanında mənimlə olacaqsınız. Ümmətlər hesaba çəkildiyi halda siz üzü nurlu halda çağırılacaqsınız.

Təfsiri Alusi - Bəyyinə surəsi 7-ci ayənin təfsiri, c 23 , səh 79.

تفسير المحرر الوجيز الجزء7 الصفحة 51

روي حديث عن النبي صلى الله عليه وسلم أنه قرأ هذه الآية : « أولئك هم خير البريئة » .
ثم قال لعلي بن أبي طالب رضي الله عنه « أنت يا علي وشيعتك من خير البرية »

Rasulullah ( s.ə.ə.v ) bu ayəni oxuduqdan sonra Əliyə ( ə.s ) dedi: Yaradəlmışların xeyirlisi ayəsində məqsəd Sən və şiələrindir.

Əbu Mahmud Əbdul Həqq Əndəlusi - Məhərrarul Vəciz - c 7 , səh 51.


paylaşaq
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.