Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Yuxudan oyanmaq

Yuxudan oyanmaq
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Yuxudan oyanmaq


Şeyx Bəhai (r.a.) Şeyx Məhəmməd ibni Yəqub Kuleyninin (r.a.) "Kafi" kitabından nəql etmişdir ki, İmam Cəfəri Sadiq (ə.) buyurmuşdur: "Hər kəs yatan vaxtı "Kəhf" surəsinin sonuncu ayəsini oxuyarsa, niyyət etdiyi hər hansı bir saatda yuxudan oyanar." Şeyx Bəhai (r.a.) buyurmuşdur: "Bu təcrübə olunmuş və haqqında heç bir şübhə olmayan qəribə sirlərdən sayılır."

Ayə belədir: "Qul innəmə ənə bəşərum-mislukum yuha iləyyə ənnəmə iləhukum ilahuvvahidun fəmən kənə yərcu liqa-ə Rabbihi fəlyəaməl amələn salihəvva lə yuşrik biibadəti Rabbihi əhədə."

Gecə namazına oyanmaq üçün dua
İmam Cəfəri Sadiq əleyhissalamdan nəql olunmuşdur ki, gecə namazı üçün oyanmaq istəyən şəxs, yatarkən belə desin:
"Əllahummə la tu'mini məkrəkə və la tunsini zikrəkə və la təc'əlni mə'əl-ğafilin. Əquvu saətə kəza və kəza."
"Kəza və kəza" sözlərinin əvəzinə oyanmaq istədiyi saatı desin.
Bunu dedikdə, Allah Təala onu yuxudan ayıltmaq üçün bir mələk məmur edər.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex