Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

İmam Əsrin(əc.f) üç tapşırığı.

İmam Əsrin(əc.f) üç tapşırığı.
+2
Mətndə qrammatik səhv var?
İmam Əsrin(əc.f) üç tapşırığı.


İmam Əsrin(əc.f) üç tapşırığı.

Burada kiçik qeyb dövründə İmam Zamandan (əc.f) gəlmiş üç fərman və əmri qeyd edirik.

1-Təqlid:
-"Baş verən (yeni) hadisələrdə (və ya qarşıya çıxan yeni məsələlərdə)bizim hədisləri rəvayət edənlərə (müctəhidlərə) müraciət edin,onlar mənim tərəfimdən sizə höccəti (İlahi hökmləri) tamamlayanlardır,mən də onlara Allahın höccətiyəm"
⚡️Əlbəttə,fəqət şəriət hökmlərində müraciət olunmalıdır,çünki dinin əsaslarında təqlid etmək caiz(icazəli) deyildir.

2-Zuhurun tezləşməsi üçün dua etmək:
-"Mənim zühurumun tezləşməsi üçün çoxlu dua edin"
Yəni hər gün,hər gecə,hər namazdan sonra,hər namazdan əvvəl,əzadarlıq məclislərində,Həccdə,Ümrədə və s.Bu bir uğurdur ki,bəzi şəxslərə nəsib olub.Camaatın çoxu qafildir(xəbərsizdir),dünyanın ardıncadırlar.

3-O Həzrəti ziyarət etmək:
-O Həzrətin əmrlərindən biri "Ali-Yasin" ziyarətini oxumaqdır.Həzrət əvvəldə buyurur:" Nə Onun(Allahın) əmrini dərk edirsiniz və nə Onun vəlilərindən qəbul edirsiniz".Bizim vasitəmizlə Allaha və bizə üz tutmaq istədikdə Allahın buyurduğu kimi deyin:"Səlamun əla Ali-Yasin..."
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.