Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

İxlasın 6 mərtəbəsi: şükür edənlərdən ariflərədək.

İxlasın 6 mərtəbəsi: şükür edənlərdən ariflərədək.
Yaddaşda saxla
  • 08 iyun 2018
  • Bölmə: Allah
  • Baxış: 1 274
  • Şərhlər: 0
  • Müəllif: imameli.az
Mətndə qrammatik səhv var?
İxlasın 6 mərtəbəsi: şükür edənlərdən ariflərədək.


İxlasın 6 mərtəbəsi: şükür edənlərdən ariflərədək.

İxlasın bir neçə mərtəbəsi və dərəcəsi vardır ki, onlarla tanış olaq:


1. Şükür edənlərin mərtəbəsi. Şükür edənlər o kəslərdir ki, Allaha ibadət edərlər ki, verdiyi nemətlərin şükrünü yerinə yetirə bilsinlər. İmam Əlinin (ə) də buyurduğu kimi, bu ibadət – azadilərin ibadətidir.



2. Müqərriblərin mərtəbəsi. Müqərriblər o kəslərdir ki, Allaha yaxın olmaq üçün Ona pərəstiş edərlər. Bu insan öz nöqsanlarını aradan qaldırmağa çalışar ki, Allaha yaxın ola bilsin. Hədislərin də buyurduğu kimi, İlahi əxlaqa bürünməyə çalışar.



3. Həya əhlinin mərtəbəsi. Bu, o kəslərdir ki, ibadət və pərəstişdəki niyyətləri Allahdan həya etməkdir. Çünki yaxşı bilirlər ki, Allahın onların batinindən xəbərləri vardır. O şey ki, zehnlərindən keçirdirlər – Allah ondan agahdır.



4. Mutələzzizinlərin mərtəbəsi. Onlar o kəslərdir ki, dünya nemətlərindən çox, Allah ibadətindən ləzzət alarlar. İmam Sadiq (ə) buyurur: “Ən yaxşı insanlar o kəslərdir ki, ibadətə qarşı eşqləri olar. Qəlbində onu sevər. Bədəni ilə onu yerinə yetirər. Özünü onun üçün hər bir fikirdən azad edər. Bu insanın qorxusu olmaz ki, hansı şəraitdə yaşayır, çətinlikdədir, yoxsa narahatlıqda”. (Həvzəh)



5. Muhibbinlərin mərtəbəsi. Onlar o kəslərdir ki, Allah ibadətində ən üstün dostluq məqamına çatıblar. Necə ki, İmam Əli (ə) buyurur: “Ey mənim Məbudum! Fərz edək ki, əzabına səbir etdim, bəs Sənin ayrılığına necə səbir edəcəyəm?!”.



6. Ariflərin mərtəbəsi. Ariflər o kəslərdir ki, ibadətdə hədəfləri pərəstişə layiq olan Kamali Mütləqdir. İmam Əli (ə) buyurur: “Ey mənim Məbudum! Səni atəşinin qorxusundan və behişt tamahından ibadət etmirəm. Əslində Səni ibadətə yeganə layiq hesab etmişəm”.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex