Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Bu 2 sifət insanda varsa, mömindir.

Bu 2 sifət insanda varsa, mömindir.
-1
Mətndə qrammatik səhv var?
Bu 2 sifət insanda varsa, mömindir.


Bu 2 sifət insanda varsa, mömindir.

Allah Təala Quranda möminlərin sifətlərini sayan zaman buyurur: “Və o kəslər ki, özlərinin(xalqla və Yaradanla) əmanətlərinə və (Allahın onlarla bağladığı, yaxud özləri öz aralarında bağladıqları və ya camaatla bağladıqları) əhd-peymanlarına riayət edirlər”. (“Muminun” 8).

Əmirəl-möminin (ə) buyurur: “İslamın başı – əmanətdarlıqdır”.

“O zaman ki, Allah bəndəsini sevər – əmanətdar olmağı onun məhbubu edər”. (Tebyan)

Bu ayə və hədislərdən də göründüyü kimi, İslamın ardıcıllarının ən bariz sifəti – əmanətdarlıqdır. Hətta İmam (ə) bu sifəti İslam dininin başı adlandırmışdır. Təbiidir ki, baş olmadan bədən faydasız və təsirsiz olar.

Əmanətdarlığın insanın fərdi və ictimai həyatına təsirləri çoxdur ki, onlarla tanış olaq:

1. İlahi lütfdən bəhrələnmək. Əmanətdarlıq elə bir sifətdir ki, onu yerinə yetirmək Allahı həmişə razı və şad edər. Bu razılıq və şadlıq da insana rəhmət tövfiqini ərməğan edər və onu İlahi lütfdən bəhrələndirər. İmam Sadiq (ə) buyurur: “O zamana qədər ki, insanlar üç əməli yerinə yetirər, davamlı olaraq İlahi rəhmətdə olarlar: 1. Bir-birinə məhəbbət göstərərlər. 2. Əmanətdar olarlar. 3. Əməl və rəftarları haqqa uyğun olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətim davamlı olaraq xeyir və yaxşılıqdadır. Bir-birinə xəyanət etməzlər, əmanəti qaytararlar və zəkatı ödəyərlər. O zaman ki, belə etməzlər – qəhətliyə, illik quraqlığa və ruzi çətinliyinə düçar olarlar”.

2. Dostluğun davamlı olması. Əmanətdarlıq düşmənçilik və kinin qarşısını alar və dostluğu davamlı edər. Hər kim dostunda bu sifəti müşahidə edərsə, ona ümidvar olar. Çünki hər bir halda və şəraitdə verdiyi əhdə vəfadar qalacağına əminliyi olar.

3. Paklıq və sədaqəti yayar. Əmanətdarlıq sədaqət və paklığın yayılmasına səbəb olar. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, qardaşında (bu) üç sifəti gördün, ona ümidvar ol: həya, əmanət və düzlük. Əgər bu sifətlər yoxdursa, ona ümid bəsləmə”.

Həzrət Peyğəmbər (s) buyurur: “Sileyi-rəhm və əmanət Qiyamət günü iki mələk simasında Sirat körpüsünün ətrafında gəzərlər. O şəxs ki, sileyi-rəhm edər və əmanəti əda edər, cəhənnəm atəşinə düşməyə qoymazlar”.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.