Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Əli (ə.s) və övladlarının sevgi və məhəbbəti olmadan cənnətə girə bilməyəcəksiniz!

Əli (ə.s) və övladlarının sevgi və məhəbbəti olmadan cənnətə girə bilməyəcəksiniz!
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Əli (ə.s) və övladlarının sevgi və məhəbbəti olmadan cənnətə girə bilməyəcəksiniz!


Bir gün Əmirəl-Muminin İmam Əli (ə.s) məsciddə oturmuş olan bir dəstə Qureyşlinin önündən keçdi, bu zaman onlar (bir-birlərinə) göz-qaş işarələriylə O Həzrətin qeybətini etdilər. Həzrəti Əli (ə.s), Allah Rəsulunun (s) yanına gələrək onları şikayət etdi. Allah Rəsulu (s) qəzəbli bir halda insanlara belə xitab etdi:
“Ey insanlar! Sizə nə olur? Hər vaxt ki, sizə İbrahim və Ali-İbrahimdən (İbrahim və onun ailəsindən) rəvayət edildikdə üzünüz işıq saçır, qəlbləriniz rahatlığa qovuşur, amma Muhəmməd və Ali-Muhəmmədin fəzilətləri zikr edildikdə üzünüz qırışıb büzüşür (yəni üzünüzü turşudursunuz) və qəlbləriniz bərkiyir! Canım əlində olan Allaha and olsun! Əgər sizlər qiyamət günü, yetmiş peyğəmbərin əməlləri ilə gəlmiş olsanız belə, Əli (ə.s) və övladlarının sevgi və məhəbbəti olmadan cənnətə girə bilməyəcəksiniz! Həqiqətən də Allahın bir haqqı vardır ki onu, Allah, Əli və məndən başqa heç bir kəs bilməməkdədir... Mənim bir haqqım vardır ki onu, Allah və Əlidən başqa kimsə bilməməkdədir... Əlinin bir haqqı vardır ki onu, Allah və məndən başqa kimsə bilməməkdədir.”

“Biharul-Ənvar”, c.27 s.196; “Əl-Rovzə Fil-Fəzail”, s.147
Sosial şəbəkədən giriş:
vk fb mail google yandex