Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

İsmi-əzəm bu surənin son 6 ayəsindədir.

İsmi-əzəm bu surənin son 6 ayəsindədir.
+3
Mətndə qrammatik səhv var?
İsmi-əzəm bu surənin son 6 ayəsindədir.


İsmi-əzəm bu surənin son 6 ayəsindədir – “Həşr” surəsinin fəzilətləri.

“Həşr” surəsi Quranın 59-cu surəsi olub, Mədinədə nazil olmuşdur və 24 ayəsi vardır.

Həzrət Peyğəmbər (s) bu surə haqqında buyurur: “Hər kim “Həşr” surəsini qiraət edər, behişt və cəhənnəm, ərş və kürsü, onun hicabları, yeddiqatlı səma, yeddiqatlı yer, hava və küləklər, quşlar, ağaclar, dağlar, günəş, ay, mələklər – hamı ona salavat və salam göndərər. Onun üçün bağışlanma istəyərlər və əgər “Həşr” surəsini qiraət etdiyi gündüz və gecədə vəfat edərsə, şəhid hesab olunar”.

İmam Sadiq (ə) buyurur: “Hər kim əsrdə “Həşr” və “Rəhman” surəsini oxuyar, Allah sıyrılmış qılıncı olan mələyi vəzifələndirər ki, sübhə qədər ondan müğayat olsun”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Allahın böyük adları “Həşr” surəsinin son altı ayəsindədir”. (Beytutə saytı)

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Həşr” surəsini oxuyar, Allah hizbinin üzvündən olar ki, xilas olanlardırlar”.

Həzrət Peyğəmbər (s) bir kişiyə buyurur: “Nə zaman yatağına getmək istəsən, “Həşr” surəsini qiraət et, əgər ölsən – şəhid hesab olarsan”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Həşr” surəsinin son ayələrini gecə və ya gündüzdə oxuyarsa, həmin gün və ya gecədə ölərsə - behişt ona vacib olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Həşr” surəsini cümə gecəsində oxuyarsa, səhərə qədər müxtəlif bəlalardan amanda olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Həşr” surəsinin son üç ayəsini oxuyarsa, keçmiş və gələcək günahları bağışlanar”.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.