Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Yaxşı həyat yoldaşı olmaq istəyənlər üçün Əhli-Beytin (ə) tövsiyələri.

Yaxşı həyat yoldaşı olmaq istəyənlər üçün Əhli-Beytin (ə) tövsiyələri.
0
Mətndə qrammatik səhv var?
Yaxşı həyat yoldaşı olmaq istəyənlər üçün Əhli-Beytin (ə) tövsiyələri.



Yaxşı həyat yoldaşı olmaq istəyənlər üçün Əhli-Beytin (ə) tövsiyələri.

Xoşbəxt ailə həyatına malik olmaq – hər bir aqil insanın arzusudur.ər qadınla kişi bir-birinə görə olan vəzifələrini yaxşı tanıyıb onu yerinə yetirsələr, xoşbəxt ailəyə malik olarlar. Xoşbəxt olmağın yollarını hədislərimizdən öyrənək.



Beləliklə, yaxşı həyat yoldaşı olmaq üçün bizə bu tövsiyələri vermişdilər:


1. İmam Sadiq (ə) buyurur: “Hər kim bizi daha çox sevər, qadınlarını da daha çox sevərlər”.



Həzrət Peyğəmbər (s) buyurur: “Bəndənin imanı hər nə qədər çox olarsa, qadınlarına məhəbbəti də çox olar”.


2. Əmirəl-möminin (ə) buyurur: “Həyat yoldaşınla həmişə mehriban ol və onunla yaxşı yoldaşlıq et ki, həyatın səfalı olsun”.



3. Həzrət Peyğəmbər (s) buyurur: “Ümmətimin ən yaxşı kişiləri – o kəslərdir ki, ailəsinə qarşı kobud və təkəbbürlü olmasın. Onlara rəhm etsin və nəvaziş etsin. Onlara əziyyət verməsin”.



4. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim qadınının üzünə sillə vurarsa, Allah cəhənnəmin atəş məmuruna əmr edər ki, cəhənnəm atəşində onun üzünə 70 sillə vursun”. (Tebyan)



5. Həzrət Peyğəmbər (s) buyurur: “Kişinin həyat yoldaşına dediyi: “Mən səni sevirəm” sözü qadının qəlbindən heç vaxt çıxmaz”.



6. Həzrət Peyğəmbər (s) buyurur: “Qadının əri üzərindəki haqqı budur ki, (əri) onu doyuzdursun, paltar geyindirsin, namazı, orucu, zəkatı ona öyrətsin. Qadın da bu işlərdə onunla müxalifətlik etməsin”.



7. İmam Rza (ə) buyurur: “Hər kim ailəsinin rifahını təmin etmək üçün halal yoldan səy edər, Allah yolunda cihad edən mücahid kimi olar”.



8. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bazara gedər və ailəsi üçün hədiyyə alıb aparar – o kəs kimi olar ki, yoxsullara sədəqə aparar”.



9. Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərin ən yaxşı qadını o kəsdir ki, əri üçün bəzənər və zinətlənər. Ancaq başqalarından özünü örtər”.



10. İmam Sadiq (ə) buyurur: “Qadınlarınıza töhmət vurmayın, çünki bu işdə (sizin üçün) uzun peşmançılıq və ağır cəza olacaqdır”.



11. İmam Rza (ə) buyurur: “Yaxşı olar ki, mömin qış fəslində ailəsinin yeməyini azaldıb, istilik vasitələrini çoxaltsın”.



İmam Sadiq (ə) buyurur: “Sizlərin ən yaxşı qadını o kəsdir ki, ona bir şey verilən zaman təşəkkür edər. Əgər ona bir şey verilməzsə, razı olar”.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.