Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Həzrət Zəhranı (s.ə) hədislərdən tanıyaq..

Həzrət Zəhranı (s.ə) hədislərdən tanıyaq..
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Həzrət Zəhranı (s.ə) hədislərdən tanıyaq..


“Hər kim qızım Fatiməni (s.ə) sevər, behiştdə mənimlə olar. Hər kim ona düşmənçilik edər, atəşdə olar” – Həzrət Zəhranı (s.ə) hədislərdən tanıyaq

İmam Baqir (ə) buyurur: “Fatiməyə (s.ə) itaət etmək – Allahın bütün xəlqi olan: cin, adəm, quşlar, vəhşi heyvanlar, peyğəmbərlər (ə) və mələklərə vacibdir”.



İmam Sadiq (ə) buyurur: “Hər kim Fatimənin (s.ə) həqiqi tanımasını əldə edə bilərsə, şübhəsiz ki, Qədr gecəsini də dərk etmiş olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim qızım Fatiməni (s.ə) sevər, behiştdə mənimlə olar. Hər kim ona düşmənçilik edər, atəşdə olar”.



Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Fatimənin (s.ə) əmr etdiyi şeyə əməl et. Çünki mən ona elə şeyləri əmr etmişəm ki, Cəbrayil (ə) onlara əmr etmişdir”.



Həzrət Peyğəmbər (s) buyurur: “Şübhəsiz ki, Fatimə (s.ə) insan cilində xəlq olmuş huridir”.



İmam Kazım (ə) buyurur: “O evdə ki, Muhəmməd, ya Əhməd, ya Əli, ya Həsən, ya Hüseyn, ya Cəfər, ya Talib, ya Abdullah, qızlar içərindən Fatimə (adını daşıyan) olarsa, yoxsulluq (ora) daxil olmaz”.



İmam Sadiq (ə) qızının adını Fatimə qoyan bir nəfərə buyurur: “İndi ki, onun adını Fatimə qoymusan, onu təhqir etmə, nifrin etmə, vurma”.


Həzrət Peyğəmbər (s) buyur “Fatimə (s.ə) – bədənimin bir parçası, gözümün nuru, qəlbimin meyvəsidir”. (Həvzəh)



Həzrət Peyğəmbər (s) buyurur: “Şübhəsiz ki, Allah Fatimənin (s.ə) qəzəbi ilə qəzəblənir, razılığı ilə razı olur”.



İmam Sadiq (ə) buyurur: “Fatimə (s.ə) əvvəldən axırıncıya qədər olan dünya qadınlarının sərvəridir”.



Həzrət Peyğəmbər (s) buyurur: “Qızım ona görə Fatimə (s.ə) adlandırılmışdır ki, Allah Təala onu sevənləri oddan qorumuşdur”.



İmam Baqir (ə) buyurur: “Allah Təala, Fatimənin (s.ə) təsbihi kimi üstün bir ibadətlə həmd və sitayiş olmamışdır”.



İmam Rza (ə) buyurur: “İlk kəs ki, ölümündən sonra onun üçün tabut düzəldilmişdir, Peyğəmbərin (s) qızı Fatimə (s.ə) olmuşdur. Allahın salamı və salavatı olsun ona, atasına, ərinə və övladlarına”.



Həzrət Peğəmbər (s) buyurur: “Nifrin olsun, nifrin olsun o kəsə ki, məndən sonra qızım Fatiməyə (s.ə) zülm edər, haqqını qəsb edər və onu öldürər”.



Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Fatiməni (s.ə) ziyarət edər, ona bənzəyir ki, məni ziyarət etmişdir”.



Həzrət Əli (ə) buyurur: “O ikisi (Həsən (ə) və Hüseyn (ə)) Muhəmməd (s) üçün başda olan iki göz kimidirlər. Mən (Muhəmməd (s) üçün) bədən üçün olan əl kimiyəm. Fatimə (s.ə) bədən üçün olan qəlb kimidir”.



Əmirəl-möminin (ə) buyurur: “Mən – Bətulun (s.ə) həyat yoldaşıyam, həmən o kəsin ki, iki dünya qadınlarının sərvəridir”.



Həzrət Peyğəmbər (s) buyurur: “Mən – günəşəm, Əli (ə) – Aydır, Fatimə (s.ə) – Zöhrə ulduzudur, Həsən (ə) və Hüseyn (ə) isə iki nur saçan ulduzdur”.



Həzrət Peyğəmbər (s) buyurur: “Ey Səlman! Həqiqətən Allah Fatimənin (s.ə) qəlb və əzasını sümüklərinə qədər tam iman və yəqinliklə xəlq etmişdir”.



İmam Kazım (ə) buyurur: “Fatimə (s.ə) çox düz danışan xanım idi ki, onu şəhid etdilər”.
Oxşar mövzular
Son Məqalələr

Son Oxunanlar

İnformasiya
« Qonaq » qrupunda olanlar bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər (0)
Şərh yazmaq üçün sosial şəbəkədən giriş:

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex