Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Haqq əhlini batil əhlindən necə ayırmaq?

Haqq əhlini batil əhlindən necə ayırmaq?
0
Mətndə qrammatik səhv var?
Haqq əhlini batil əhlindən necə ayırmaq?


Haqq əhlini batil əhlindən necə ayırmaq?

Cəməl döyüşündə Əmirəl-möminin (ə) səhabələrindən biri şəkk və şübhə içində idi. O, hər iki tərəfə baxırdı. Və Əmirəl-möminindən (ə) soruşur ki, heç mümkündür ki, qarşı tərəf batil niyyət üçün cəm olsun?

İmam Əli (ə) cavabında buyurur: “Haqq ilə batil insanların qədr və məqamı ilə tanınmaz. Bəlkə haqqı tanı ki, əhlini də tanıyasan. Batili tanı ki, əhlini də tanıyasan”.

İnsan həyatda bəzən bu cür səhvlərə çox yol verir və bir insanın mənəvi məqamına baxaraq, onun batil iş görəcəyinə şübhə ilə yanaşır. Ancaq hər bir insan məsum deyildir. Şeytan (lən) hər kəsi yolundan azdırmağa qadirdir, hətta din alimlərini və məqam sahiblərini belə. İnsanı batildən qoruyan əsil sifət – bəsirətdir. Bəzən bəsirət o qədər bağlanır ki, insan batili haqq kimi görür. (Həvzəh)

Ali dini Rəhbər Aşura hadisəsi barəsində buyurur: “Əgər o bölgədə bəsirət əhli olsaydı və vaxtında haqqı müdafiə etsəydi, biz Aşura kimi acı hadisə ilə rastlaşmazdıq”

Ona görə də möminin bu dünyadakı əsil səyi – ayıq olmağa cəhd edib, bəsirətini genişləndirmək olmalıdır. Bəsirəti əldə etməyin yolu isə Allah bəndəliyində, təqva və ixlasdadır. “Ey (Allaha və keçmiş peyğəmbərlərə) iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə (Muhəmmədə (s) ) iman gətirin ki, sizə Öz mərhəmətindən iki pay (bir pay ona iman gətirməyə görə, bir pay isə keçmiş peyğəmbərlərə iman gətirdiyiniz üçün) əta etsin, vasitəsi ilə yol (dünyada ictimai həyat yolunu, məhşərdə isə Cənnət yolunu) getməyiniz üçün bir nur versin və sizi bağışlasın”. (“Hədid” 28).
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.