Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Ramazan ayı və Oruc haqqında hədislər.

Ramazan ayı və Oruc haqqında hədislər.
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Ramazan ayı və Oruc haqqında hədislər.


Ramazan ayı və Oruc haqqında hədislər.

«Ey iman gətirənlər! Sizdən qabaqkılara təyin olunduğu kimi, sizlərə də oruc təyin olundu. Bəlkə təqvalı olasınız.»

Allahın Peyğəmbəri (s): «Ramazan günahları yandırdığına görə Ramazan adlandırılmışdır.»

Allahın Peyğəmbəri (s): «Ramazan ayının ilk gecəsi səmanın qapıları açılar və son gecəsinədək bağlanmaz.»

Allahın Peyğəmbəri (s): «Əgər bəndə Ramazan ayının qiymətini bilərsə, ilin başdan-başa Ramazan olmasını istər.»

Allahın Peyğəmbəri (s): «Ramazan ayının hilalı görünəndə Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar və şeytanlar zəncirlənərlər.»

İmam Əli (ə): «Bir gün Allahın Rəsulu (s) bizə xütbə söyləyən zaman buyurdu:«Ey insanlar! Həqiqətən bərəkət, rəhmət və bağışlanmaq ayı sizə doğru gəlməkdədir. Bu ay Allahın yanında ən üstün ay, günləri ən yaxşı günlər, saatları isə ən yaxşı saatlardır. Bu ayda siz, Allahın qonaqlığına dəvət olunmusunuz və Allahın kəramətindən bəhrələnənlərin cərgəsində dayanmısınız. Bu ayda sizin nəfəsləriniz Allaha təsbih, yuxunuz ibadətdir, əməlləriniz qəbul, dualarınız müstəcəbdır…» Mən qalxıb ərz etdim:«Bu ayda ən yaxşı əməl nədir?» Allahın Peyğəmbəri (s) buyurdu:«Ey Əbəl-Həsən! Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir.»

İmam Baqir (ə): «Allahın Rəsulu (s) Şəban ayından üç gün qalmış Bilala göstəriş verərdi ki, camaatı toplaşmağa səsləsin. Camaat toplananda Allahın Peyğəmbəri (s) minbərə qalxar, Allaha həmd, tərif söyləyəndən sonra buyurardı:«Ey insanlar! Həqiqətən bu ay sizə tərəf üz tutub və bu bütün ayların ağasıdır. Onda bir gecə var ki, min aydan yaxşıdır. Bu ayda Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar. Kim bu ayı yaşasa və bağışlanmasa, Allah-taala onu Öz rəhmətindən uzaqlaşdırar.»

İmam Sadiq (ə) (Ramazan ayının hilalını görən zaman öz övladlarına söylədiyi tövsiyələrdən): «Bü ayda öz canlarınızı zəhmətə və səyə vadar edin. Çünki bu ayda ruzilər bölünər, əcəllər yazılar və Allah dərgahına daxil olan qonaqların adları qeydə alınar. Bu ayda bir gecə var ki, o gecənin əməli min ayın xeyir əməlindən yaxşıdır.»

Allahın Peyğəmbəri (s): «Kim Ramazan ayını yaşasa və bağışlanmasa, Allah-taala onu Öz rəhmətindən uzaqlaşdırar.»

Allahın Peyğəmbəri (s) (Ramazan ayının gəlişi ilə bağlı xütbəsindən): «Bu böyük ayda Allahın bağışlanmasından məhrum olan kimsə bədbəxtdir.»

Allahın Peyğəmbəri (s): «Ramazan ayında bağışlanmayan kimsə, bəs hansı ayda bağışlanacaq?!»

İmam Sadiq (ə): «Ramazan ayında bağışlanmayan kimsə Ərəfatda qalması istisna olmaqla, gələn Ramazanadək bağışlanmaz.»

Allahın Peyğəmbəri (s): «Oruc tutmağı sənə tövsiyə edirəm ki, oruc şəhvət damarlarını kəsər və lovğalığı aradan götürər.

Allahın Peyğəmbəri (s): «Hər şeyin zəkatı var, bədənin zəkatı da orucdur.»

Allahın Peyğəmbəri (s): «Oruc tutun ki, sağlam olasınız.»

Allahın Peyğəmbəri (s): «Oruc tutan öz yatağında yatsa belə, müsəlmanının qeybətini etməyincə, Allaha ibadət halındadır.»

Allahın Peyğəmbəri (s): «Hər bir oruc tutan, yemək yeyən şəxslərin arasına daxil olanda, onun bədən əzaları Allaha təsbih söylər, mələklər ona salam göndərər və dua edərlər. Belə ki, duaları onun günahlarının bağışlanması istəyi ilə olar.»

Allahın Peyğəmbəri (s): «Oruc od qarşısında bir sipərdir.»

Xanım Fatimeyi Zəhra (s.ə): «Allah-taala orucu ixlasın möhkəmliyi üçün vacib etmişdir.»

İmam Baqir (ə): «Oruc və həcc qəlblərə rahatlıq bəxş edər.»

İmam Sadiq(ə): «Allah-taala buyurur: Oruc Mənim üçündür və onun mükafatını Özüm verəcəyəm.»

İmam Sadiq (ə): «Oruc tutanın yuxusu ibadət, sükutu təsbih, əməli qəbul olunmuş və duası müstəcabdır.»

İmam Sadiq(ə): «Oruc tutanın iki sevinci var: bir sevinci iftar vaxtı və digəri öz Rəbbi ilə görüşəndədir»

İmam Sadiq(ə): «Oruc tutana iftar verənin savabı, oruc tutanın savabı qədərdir.»

İmam Əskəri (ə) (orucun vacib olmasının səbəbini bəyan edərkən): «Varlı aclıq dərdini dadsın və yoxsula kömək etsin.»

Allahın Peyğəmbəri (s): «Kim könüllü olaraq bir gün oruc tutsa, əgər ona yer üzü qədər qızıl da verilsə öz mükafatını tam şəkildə almamış olar və yalnız hesab günü mükafatını bütünlüklə alar.»

Allahın Peyğəmbəri (s): «Kim İlahi savab qazanmaq üçün bir gün könüllü oruc tutarsa, mütləq bağışlanar.»

Allahın Peyğəmbəri (s): «Kim hər ay üç gün oruc tutsa, ömrü boyu oruc tutmuş şəxs kimidir. Çünki Allah-taala buyurur: Kim bir xeyir əməl görərsə, ona on dəfə artıq savabı yazılar.»

İmam Sadiq (ə): «İnsan İlahi mükafatı qazanmaq üçün bir gün könüllü oruc tutar və Allah-taala buna görə onu cənnətə aparar.»

Allahın Peyğəmbəri (s): «Allah-taala buyurur: «Kimin bədən üzvləri Mənim haramlarımdan oruc tutmursa, Mənə görə yeməkdən, içməkdən çəkinməyə heç bir ehtiyacım yoxdur.»

İmam Əli(ə): «Oruc insanın yeməkdən, içməkdən çəkindiyi kimi, haramlardan da uzaqlaşmasıdır.»

Xanım Fatimeyi Zəhra (s.ə): «Əgər oruc tutan öz dilini, qulağını, gözünü, əl-ayağını, bədən üzvlərini haramlardan saxlamırsa, orucunun nə faydası var?»

Məhəmməd ibn Muslim: «İmam Sadiq (ə) buyurdu: Oruc tutanda gərək qulağın, gözün, saçın, bədəninin dərisi də oruc tutsun. O Həzrət (ə) digər əzaları da sadaladı və buyurdu: Oruc tutduğun gün, oruc tutmadığın gün ilə eyni olmasın.»

Allahın Peyğəmbəri (s): «Qışın orucu fərəh bəxş edən bir qənimətdir.»

İmam Sadiq(ə): «Ən üstün cihad, isti havada oruc tutmaqdır.»

İmam Sadiq(ə): «Qış fəsli möminin baharıdır. Gecəyarı ibadəti üçün onun uzun gecələrindən kömək alar və oruc tutmaqdan ötrü qısa gündüzlərində imdad axtarar.»

[Mizanul-Hikmət 2,3-cü cild]

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex