Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

İmam Zamanın (Ə) xüsusi mərhəməti.

İmam Zamanın (Ə) xüsusi mərhəməti.
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
İmam Zamanın (Ə) xüsusi mərhəməti.

«İmam Zamanın (Ə) xüsusi mərhəməti»
Məgər bizim İmamımız yoxdur.
Bismillahir rəhmanir rəhim.
Şeyx Müctəba Qəzvini deyir:
Rza şah zamanı üləmalara gün-güzaran vermirdilər − axund libasları, əmmamə qoymaq qadağan edilmiş, rövzəxanlara rövzə oxumağa,
dərs deməyə icazə vermirdilər. Biz − Mirzə Mehdi İsfəhaninin bir qrup şagirdləri gizlincə, küçələrin arası ilə dərsə gedirdik. Mirzə Mehdi İsfəhani arada bizə bir az pul da verirdi.Bir gün yenə hərəmizə bir az pul verib dedi: Bu mənim axırıncı köməkliyimdir, sizin İmam Zamanınız var, gedin ondan kömək istəyin, o sizin nemətinizin vəlisi və ağanızdır.
Şeyx Müctəba Qəzvini deyir:
Mənim maddi vəziyyətim olduqca ağırlaşdı, çörəkçidən, baqqaldan, əttardan götürdüyüm nisyə mallar yığışıb 30 tümən oldu. Ağır borcun altında artıq dükandan nisyə alış-veriş etməyə üzüm gəlmirdi.
Bir gün əliboş evə qayıdıb bir kənarda əyləşdim. Anam vəziyyətimi başa düşüb dedi:
Müctəba niyə narahatsan? Dedim:
Narahat deyiləm. Dedi:
Mən görürəm ki, narahatsan, məgər bizim İmam Zamanımız yoxdur? Məgər bizim sahibimiz bizi yaddan çıxara bilər? Anam o qədər belə sözlər dedi ki, axır mənim halım xarab oldu.Bütün vücudumla anam deyən sözləri fikirləşirdim ki, − biz yiyəsiz deyilik, İmam Zaman bizi görür, bizim hacətimiz onun əlindədir − elə bu vaxt qapının döyüldüyünü eşitdim. Gedib qapını açdım, gördüm qoca bir kişidir. Soruşdu Müctəba sənsən? Dedim bəli, mənəm. Mənə içində pul olan balaca bir kisə verdi və dedi:
Bu sənə çatacaq. Bunu deyib çıxıb getdi.
Evə gəlib kisənin ağzını açdım, gördüm mənim borcumun miqdarından da bir az artıq pul var kisənin içində. Tez bazara gedib borclarımı qaytardım, bir az da bazarlıq edib evə gəldim və anamla birlikdə oturub çörək yedik.
O gündən sonra nə almaq istəsəm, həmin kisədən bir az pul götürüb ehtiyacım qədər xərcləyirdim, amma kisənin pulu öz yerində dururdu, qurtarmaq bilmirdi.
Bir müddət güzəranım bu cür keçdi. Bir gün necə oldusa dura bilmədim, əhvalatı dostlarımdan bəzisinə danışdım. Bundan sonra pullar tamam oldu, o cür böyük nemət əlimdən çıxdı!!

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex