Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Dəstəmaz almağın qaydası

Dəstəmaz almağın qaydası
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Dəstəmaz almağın qaydası

Dəstəmaz almağın dəqiq qaydası.oxuyun və əməl edin inşallah.rəqəmlərlə yazmışam ki ard-arda hansı və necə yumaq lazım olduğunu biləsiz.
Niyyət edirəm dəstəmaz alıram qürbətən iləllah
1)Əvvəl əlləri yuyuruq
2)Üzü uzununa alnın yuxarısından, baş tüklərinin çıxdığı yerdən çənənin ucuna qədər, eninə isə orta barmaqla baş barmağın arasında qalan miqdarı yumaq lazımdır. Bu miqdardan azacıq bir hissəsi belə yuyulmasa, dəstəmaz batil olur. Əgər insan bu miqdarın tamamilə yuyulduğuna əmin deyilsə, buna yəqini olması üçün onun ətrafını da bir az (artıq) yumalıdır
Qolları və üzü lazım ehtiyat olaraq yuxarıdan aşağıya doğru yumaq gərəkdir. Aşağıdan yuxarı doğru yusa, dəstəmaz batildir.
3) Üzü yuyandan sonra sağ qolunu, daha sonra isə sol qolunu dirsəklərdən barmaqların ucuna qədər yumalıdır.Dəstəmaz alarkən üzü və qolları bir dəfə yumaq vacib, iki dəfə yumaq müstəhəbb, üç və daha artıq yumaq isə haramdır.: Əgər insan dirsəyi bütünlüklə yuduğuna əmin deyilsə, buna yəqinlik hasil etməsi üçün dirsəyindən bir az yuxarıdan yuması lazımdır.
4) Hər iki əl yuyulduqdan sonra, əldə qalan dəstəmaz suyunun yaşı ilə başın qabağına məsh çəkmək gərəkdir. Ehtiyat müstəhəbb odur ki, sağ əlin içi ilə məsh çəkilsin və məsh yuxarıdan aşağıya doğru olsun.
5) Başa məsh çəkəndən sonra dəstəmaz suyunun əldə qalmış yaşlığı ilə ayağın üstünə – barmaqların birinin başından oynağa kimi məsh edilməlidir. Müstəhəbb ehtiyat odur ki, sağ ayağa sağ əllə, sol ayağa sol əllə məsh edilsin. Ayağın məshində, əlini ayağın barmaqlarının başına qoyandan sonra ayağın üzərinə çəkməsi lazım (vacib) deyil. Əli bütünlüklə ayağın üzərinə qoyub, azacıq məsh çəkə də bilər.
Qeyd: saciniz ve ayaqlariniz ,yeniki mesh cekilen yerler quru olmalidir. yaş olduqda destemaz alsaniz destemaz batil olur.ama uzunuz,qollariniz yas olmasinin eybi yoxdur. ayaqlariniza ve bashiniza mesh cekende ayaqlarinizi ve basinizi terpetmeyin.Əks halda dəstəmaz batildir.
Ayətullah Sistani ağanın risaləsi.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex