Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Qərbdə ailə quruluşu.

Qərbdə ailə quruluşu.
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Qərbdə ailə quruluşu.

QƏRBDƏ AİLƏ QURULUŞU.

Avropa və Amerikada ailə quruluşu yanlış sütunlar üzərində həyata keçirilir. Qərbin ailə quruluşunu yamsılamaq olduqca yersiz və özünü bədbəxtlik quyusuna atmaq deməkdir. Onların izdivacdan məqsədi pak və müqəddəs deyil. Orada qadın və kişinin izdivacının səbəbi, yalnız və yalnız şəhvətin doydurulmasıdır. Orada ləyaqətli qadın və kişi çox azdır. Elə buna görə də, günah və fəsad Avropa və Amerikanın üzündən bahar yağışı kimi axır.
Qərbdə çox vaxt qadın və kişi fəsad dövrünü, qanunsuz əlaqələri keçirdikdən sonra bir-birləri ilə ailə qururlar. Öz südəmər övladlarını doğurduqdan sonra uşaq evinə tapşırır, sonra isə ana məhəbbəti, ata səmimiyyəti dadmadan geri alırlar. Onu hər bir fəsad süfrəsi başında əyləşdirirlər. Zahirən tərbiyə alsın, bir neçə terminlə tanış olsun deyə, məktəbə göndərirlər. 18 yaşında isə onu azad buraxır, cəmiyyətin, mühitin ümidinə qoyurlar.
Onlar övladlarına tərbiyə verdikdə də yalnız centlmenlik, maddiyyat toplamaq əxlaqı öyrədirlər. Övladın daxili aləmi ilə heç bir işləri yoxdur. Onlar dəyərli, cəmiyyətə lazım olan bir insan tərbiyə etməkdə acizdirlər.
Məgər görmürsünüz ki, onlar dövlət qurduqda cəmiyyət fəsad və zəifləri istismar etmə mənbəyinə çevrilir.

Qərbin ev, məktəb və universitetlərinin məzunlarının törətdikləri cinayətlərin əvəzi qiyamət gününə qədər ödəniləsi deyil. Onların bəzən özlərini ədəbli, əxlaqlı, insani keyfiyyətlərə malik insanlar kimi davranmaları hələ yağlı tikə əldə etmədikləri üçündür. Onların bu növ davranışları aşağıdakı hekayəni xatırladır:

Bir kişi dostuna deyir: «Mən pişikləri tərbiyə edib ədəbləndirmişəm. Belə ki, süfrə başında müxtəlif yeməklər olduğu bir halda, onlar qonaqlar işıqda əyləşib rahat yemək yesinlər deyə, əllərində şam tuturlar». Dostu ona deyir: «Pişiyin bu tərbiyəsinə güvənib, ona bel bağlamaq olmaz. Sən məni evinə dəvət et, bunu sübuta yetirim». Dostu onu evinə dəvət edir. Qonaq pişiyin süfrə başında dayanıb yeməklərə gözünün ucu ilə belə baxmayaraq, evin işıqlanması və qonaqların rahat yeməsi üçün şam tutduğunu müşahidə edir. İşin qızğın yerində özü ilə gətirdiyi siçanı çıxarıb, süfrəyə qoyur. Siçanın qaçmaq istədiyini görən pişik şamı bir tərəfə atıb, onu tutmaq üçün yırtıcı bir şir kimi süfrəyə atılır. Süfrənin gözəl düzümünü, eləcə də qonaqların kefini pozur.

Bəli, Avropanın, qərbin verdiyi tərbiyə bu tip tərbiyədir. Özlərinə lazım olan yağlı tikəni tapmayınca, çox aram və ədəblidirlər. Lakin gözləri zəif millətlərin neftinə, qızılına və digər mədənlərinə düşdükdə, onların haqqına təcavüz etmək üçün tərbiyə çırağını kənara atıb, yırtıcı heyvan kimi zəif millətlərin bütün mənəvi və maddi heysiyyətlərinə hücum edir və maddi məqsədlər üçün günahsızların qanı üzərindən keçirlər.Qərb millətlərində mövcud olan fəsad, haram istəklərin qələbəsi, qətl, qarət və sair bu kimi qeyri-insani keyfiyyətlər yanlış ailə quruluşunun məhsuludur.

Avropa və Amerika evləri Allah-təalanın ibadət məkanı olsaydı, bu zaman həmin evlər cəmiyyətə ilahi əxlaqla zinətlənmiş, yüksək məramlı, şərəfli insanlar bəxş edərdi. Lakin onların evləri belə xüsusiyyətlərə malik olmadıqları üçün məhsulları da acı və dadsız olur. Belə bir uyğunsuz quruluş heç bir şəxsə örnək ola bilməz. Şübhəsiz ki, onları özünə örnək edən şəxslər onlardan da pis günə düşəcəklər!

Kiitab: İslamda ailə 1.ÜÇÜNCÜ FƏSİL.
Müəllif: Hüseyn Ənsarian
Sosial şəbəkədən giriş:
vk fb mail google yandex