Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Salavat zikrinin əhəmiyyəti.

Salavat zikrinin əhəmiyyəti.
0
Mətndə qrammatik səhv var?
Salavat zikrinin əhəmiyyəti.


"Şəbaniyyə” minacatının şərhi
Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd "Allahım, Məhəmməd və onun ailəsinə rəhmət göndər.”

Salavat zikrinin əhəmiyyəti.

Bu minacat şəban ayında hər gün günəş batarkən oxunan dua kimi salavatla başlanır.
Dua mətnində bir neçə dəfə salavat təkrarlanır. "Səhifeyi-Səccadiyyə”
dəki duaların bir çoxunda (həzrət Səccadın Məhəmməd (s) ailəsindən olmasına baxmayaraq) girami Peyğəmbər (s) və onun Əhli-beytinə salavat təkrarlanır.
Namazda təşəhhüdün bir hissəsinin salavatdan ibarət olması onun əhəmiyyətini bildirir. Salavat deməmək namazın batil olmasına səbəb olur.
Sünnə əhlinin dörd imamından biri sayılan Şafei Əhli-beytə ithaf etdiyi şerdə belə deyir:
Batilsə sizlərə salamsız namaz,
Məqamınız üçün yetər bu əsas.
("Yənabiul-Məvəddət”, c. 3, s. 103.)


Namaz Allahla fərdi rabitədir. Lakin namazda salavat deyilməlidir və bu hökm yalnız şiələrə yox, bütün firqələrə aiddir.


Salavat zikri barəsində bir neçə nöqtə:

1-ci nöqtə: Dua qaydalarından biri də budur ki, duanın qəti qəbul olması üçün ondan əvvəl və sonra salavat zikr olunsun. Bu işin səbəbi belə izah olunur: Duadan öncə və sonra salavat zikr olunarsa, bu əslində üç dua hesab olunacaq. Çünki salavatın mənası peyğəmbər və onun əhli-beyti üçün xüsusi rəhmət istəməkdir. Heç bir şübhəsiz, duadan öncə və sonrakı salavat Allah tərəfindən qəbul olunur. Çünki Allahın ən gözəl bəndələr üçün edilən ən xalis duaları qəbul etməməsi mümkün deyil. Eyni zamanda iki qəbul olunmuş dua arasında bir yığcam duanı qəbul etməmək Allahın fəzl və kəramətindən uzaqdır. (Əlbəttə, bu o hala aiddir ki, duanın qəbul olma şərtləri yerində olsun; özgələr üçün ziyan və ya günah istəyi olmasın!)
Demək, belə bir dua heç şübhəsiz qəbul olunur. Allah bu istəyi və ya ondan daha gözəlini əta edir.

Bir sual və onun cavabı.
Belə bir sual ortaya çıxır ki, əvvəlində və sonunda heç bir dua olmayan (əvvəlində şəhadətlər, sonunda üç salam olan) şəhadətdə salavat deməyin fəlsəfəsi nədir? Eyni zamanda Allahın "Allah və Onun mələkləri Peyğəmbərə (s) salavat göndərir; ey iman gətirənlər, siz də peyğəmbərə salavat göndərin və onun qarşısında tamamilə təslim olun” göstərişindən sonra nə üçün salavat çəkilir?
Bu suala cavab vermək üçün üç müqəddiməyə ehtiyac var:
1. İnsan ixtiyari olaraq gördüyü hər bir işdə məqsəd və nəticə nəzərdə tutur. Bütün dualarımızda məqsəd duanın qəbul olmasıdır.
2. Şəxsi dualarımızın xeyirimizə olub-olmayacağını bilmirik. Lakin salavatın heç bir şübhəsiz qəbul olacağını bilirik. Buna görə ağıllı insan vaxtını qəbuluna əmin olduğu dualara sərf edir.

3. Peyğəmbər və onun Əhli-beytinə rəhmət istədikdə əslində, onlara bir hədiyyə təqdim edirik. Bilirik ki, bu səxavətli və kəramətli şəxslər bizim hədiyyəmizi cavabsız qoymayacaqlar. Onların cavabı bizlərə etdikləri dualardır. Onların duası qəti şəkildə qəbul olunur. (Burada lazım bilirik ki, İslam respublikasının televiziya yayım məsullarına təşəkkür edək. Bu şəxslər xəbərlər proqramından öncə salavat zikrini gözəl bir adət şəklinə salmışlar. Hər kəs salavat göndərsə bu şəxslər onun savabına şərik olacaqlar.) Özümüz özümüzə dua etdikdə qəbul olub-olmayacağı məlum deyil. Lakin onlar bizim üçün dua etsə, şübhəsiz ki, onların duası qəbul olacaq. Fəlsəfi dillə desək, həm dua edənin istedad və qabiliyyəti, həm əta edənin səxavəti nöqsansızdır. Yəni Allahın feyz verənliyi və məsumların qabiliyyəti mərhəmətin nazil olmasını labüdləşdirir. Uyğun halda dualarımızın qəbul olunmaması üçün heç bir maneə yoxdur. Bu səbəbdən də ağıl hökm edir ki, mənfəət istəyiriksə sadə şəkildə də olsa, o böyük şəxsiyyətlərə salavat göndərək.

2-ci nöqtə: Bu salavatların faydası insanın özünə qayıdır. Çünki peyğəmbər və onun ailəsinin vücudu başdan-başa ilahi rəhmətlə dolmuşdur. Beləliklə, bizim göndərdiyimiz rəhmətlər onların vilayətində olanlara çatır. Dolmuş stəkana dayanmadan su töksək onun altındakı qab və ətrafında olan mövcudlar bu sudan bəhrələnəcəkdir. Peyğəmbər və Əhli-beytin vücudu ilahi rəhmətdə qərq olduğundan göndərilən salavatların bərəkəti insanın özünə və digər şəxslərə çatır. Dualarda oxuyuruq: "İlahi, Məhəmməd və onun ailəsinə rəhmət göndər. Elə bir rəhmət ki, onun vasitəsi ilə günahlarımızı bağışlayasan və eyblərimizi örtəsən.("Seyyid ibn Tavus,"Əl-müraqibat”, c. 1, s. 76.)

Göndərdiyimiz hədiyyələr (salavatlar) müqabilində peyğəmbər və Əhli-beyt bizim üçün dua edir və bizi öz hədiyyələri ilə faydalandırır. Bütün bunlardan əlavə göndərdiyimiz salavatların nəticəsi özümüzə qayıdır.

3-cü nöqtə:Psixoloji prinsiplərə əsasən ləyaqətsiz insan böyük bir şəxsdən nə isə istədikdə əvvəlcə onun diqqətini cəlb etməlidir. Məsələn, öncə onun övladı və ya yaxın bir dostu ilə əlaqə yaradaraq öz istəkləri üçün zəmin hazırlamalıdır.
Heç şübhəsiz, biz insanlar günahlar və çirkin işlərimizə görə Allahın əzəmətli dərgahından nə isə istəməyə layiq deyilik. Başqa bir tərəfdən, ehtiyaclarımızın ödənməsini Onun dərgahından istəməkdən başqa çarəmiz yoxdur. Demək, istəmək üçün icazə almalı və ləyaqət əldə etməliyik. Bu iş üçün ilahi övliyalara rəhmət diləməkdən yaxşı heç bir şey yoxdur. Beləliklə, Allahın ən əziz dostlarına salavat göndərib, ədəb nümayiş etdirməklə Allahın diqqətini cəlb etməyə layiq olur və ehtiyaclarımızı istəyirik.
Əslində salavat vasitəsi ilə Allahın əzəmətli dərgahında söz demək üçün cürət əldə edirik. Özümüzə nə isə istəməzdən öncə Allahın dostlarına rəhmət istəyirik. Başqa sözlə, bir növ israr edirik. Xüsusi bir tərzdə Əhli-beytə ərz edirik: "Başdan-başa ehtiyac içində olmağımıza baxmayaraq, sizi sevdiyimiz üçün özümüzdən əvvəl sizə rəhmət istəyirik.”
Əhli-beytin bizim dualarımıza ehtiyacı yoxdur. Lakin bizim bu işimiz fəqirin imkanlı bir şəxsin qapısını döyüb "Allah sənə ömür, sağlamlıq və bərəkət əta etsin” deməsinə bənzəyir. Fəqir bu şəxsin malik olduğu şeyləri Allahdan onun üçün istəyir. Bu sözlər məhəbbət göstəricisi və diqqəti cəlb etmək üçündür. İmkanlı şəxs heç zaman fəqirə "mən sağlamam” cavabını verməz. Çünki fəqirin bu duadan savay əlindən heç bir iş gəlmədiyini bilir. Fəqir bu sözlərlə demək istəyir ki, əgər sən sağlam olmasaydın mən Allahdan sənin üçün sağlamlıq istəyərdim. Demək, bu növ duaların əqli izahı yoxdur. Bu dualar yalnız eşq və məhəbbət göstəricisidir.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.