Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Məni həmişə sübh namazına oyadan həyat yoldaşım.

Məni həmişə sübh namazına oyadan həyat yoldaşım.
0
Mətndə qrammatik səhv var?
Məni həmişə sübh namazına oyadan həyat yoldaşım.


MƏNİ HƏMİŞƏ SÜBH NAMAZINA OYADAN HƏYAT YOLDAŞIM

Bir ər-arvad yaşayırdı. Çox xoşbəxt idilər. Vaxtı-vaxtında namazlarını qılır, Ramazanda oruc tutardılar, halal qazanıb, halal yeyərdilər. Övladlarını da belə tərbiyələndirmişdilər. Artıq azandan sonra evlərində camaat namazına nəvələrdən də qatılanı var idi.
Kişi ilə həyat yoldaşının bir kiçik sirləri də var idi. O da bundan ibarət idi ki, evləndikləri gündən sübh namazına birinci həmişə kişi durardı, sonra qadını oyadardı. Bundan qəti inciməzdi, əksinə, böyük şövq və məhəbbətlə ömür-gün yoldaşını namaza çağırardı. Hətta bəzən səfərdə olduğu zaman ona zəng vurub zarafatla “sabahın xeyir, ay tənbəl”deyərdi. Hərdən də belə zarafat edərdi:
- Deyirəm, bir gün mən olmasam, sən neynəyəcəksən, sübh namazına səni kim çağıracaq?
Yoldaşı ilə aralarında daha sonra belə dialoq yaranardı:
- Xeyir olsun, niyə, hara gedirsən ki?
- Axı bu dünyaya bir dəfə gələn bir dəfə də gedəcək.
- Bilirsən nə var? Allah heç kimi çəkə bilmədiyi yüklə yükləməz. Heç elə şey yoxdu! Sən mən bu dünyadan köçənə qədər gərək məni namaza oyadasan. Sonra özün bilərsən! Allah da bilir ki, mən onun necə zəif bəndəsiyəm.
Beləcə illər ötdü. Çox qocalmışdılar. Artıq qadın əvvəlki tək şux cavab verə bilmirdi kişinin zarafatlarına, kövrəlirdi, qəhərlənirdi. Tez-tez dodaqaltı gün ərzində elə hey təkrarlayardı: “Allah heç kimi çəkə bilmədiyi yüklə yükləməz!”
Bir dəfə qadın yuxudan oyandı. Saata nəzər saldı. Sübh azanına 5-6 dəqiqə qalmışdı. Çox təəccübləndi.

Ailə qurduqdan sonra ötən 40 il ərzində ilk dəfə idi ki, həyat yoldaşından əvvəl oyanmışdı namaza. Qəribə bir üşüntü keçdi bədənindən. Əlini uzadıb yoldaşının əlinə toxundurdu. Və... Tez qalxıb işığı yandırdı. Kişinin çöhrəsinə qəribə bir təbəssüm çökmüşdü. Bədəni burda idi, ruhu isə artıq Rəbbinə qovuşmuşdu.
Qadının gözündən yaş damlaları ömür-gün yoldaşının soyuq alnına damcıllayırdı. Artıq anlamışdı. Bəli, Allah heç kimi gücü çatmayan yüklə yükləməz. Bu gün ilk dəfə idi ki, o namaza özü qalxdı. Artıq yolun qalan hissəsini tək, özü keçməli idi. Sadiq həyat yoldaşına və Allahına qovuşana qədər.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.