Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Əllamə Cəfərinin xatirələrindən.

Əllamə Cəfərinin xatirələrindən.
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Əllamə Cəfərinin xatirələrindən.


Əllamə Cəfərinin xatirələrindən: “Danimarkada dünyanın cəmiyyətşünasları toplamışdılar və mühüm mövzular barədə bəhs edirdilər. Əsas mövzu bu idi: “İnsanın həqiqi dəyəri nədədir?”.Bu dünyada olan hər bir şeyin dəyəri vardır: qızılın öz dəyəri vardır, gümüşün öz dəyəri. Benzinin və bu kiminin dəyəri onun keyfiyyətindən asılıdır.

Bəs insanın dəyəri nədədir?

Hər bir mütəxəssis öz nəzərini söylədi və onu misallarla isbat etməyə çalışdı.O zaman ki, növbə mənə gəlib çatdı, mən dedim: “Əgər bir insanın dəyərinin nə qədər olduğunu bilmək istəyirsinizsə, baxın görün nə ilə əlaqəsi vardır. Hansı şeyə sevgisi vardır.

Hər kimin sevgisi ikimərtəbəli ev olar – əslində dəyəri də elə o qədərdir.

Hər kim maşını sevər – dəyəri də o qədər olar.

Ancaq o kəs ki, Allah Təalaya aşiq olar – dəyəri Allah qədərindədir”.


Mən bu sözləri dedim və minbərdən düşdüm. Bütün məclis əhli ayağa qalxdı və mənə əl çalmağa başladılar. Onların bu təşviqi sona çatan zaman, mən dedim: “Əzizlərim, bu, mənim sözlərim deyildir. Əslində İmam Əlinin (ə) sözləridir. O Həzrət (ə) “Nəhcul-bəlağə”də buyurur: “Hər bir insanın dəyəri – sevdiyi şeylərin ölçüsü qədərdir”.


Bu sözləri deyən zaman İmam Əliyə (ə) ehtiram üçün hamı yenə ayağa qalxdı və əl çalmağa başladılar”. (Tebyan)



Allah Təala bizləri Özü bəyənən dəyərdə qərar versin, inşəallah!

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex