Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Kişinin ciddi cəhdlə çalıçması.

Kişinin ciddi cəhdlə çalıçması.
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Kişinin ciddi cəhdlə çalıçması.


Burada bir məsələni qeyd etmək istəyirik: islami və gözəl ailə əxlaqına malik olmağın mənası təkcə bu rəftara malik olmaq deyil: yaxşı rəftar onun yalnız bir hissəsi hesab olunur. Bəyənilən və əxlaqlı kişi odur ki, gözəl əxlaqa malik olmaqla yanaşı onun öhdəsində olan vəzifələri yerinə yetirməkdə, ailənin maddi və mənəvi ehtiyaclarını təmin etməkdə də özündən son dərəcədə ciddiyyət göstərsin, ailənin idarə olunması məsuliyyətini şəxsən öhdəsinə alsın və tənbəl, arsız şəxslər kimi evdə oturub həyat yoldaşını al-verə, gündəlik tələbat mallarını almağa göndərməsin və onu bu kimi işlərə vadar etməsin. Bəzi kişilər evin idarə olunmasında o qədər səhlənkar və laqeyddirlər ki, öz biçarə arvadlarını həyat vəsaitlərini almağa vadar edir və əksər hallarda dilənçiliyə əl açır. Çünki onların həyatı ərlərinin qeyrətsizliyi və tənbəlliyi əsasında idarə olunur və son dərəcə təəssüflə, qadınların əyri yola düşməsinin əksər hissəsi məhz bu yerdən başlanır.Burada gözəl və mənalı bir hədisi nəzərinizə çatdırırıq.

Həzrət Əli (əleyhissalam) öz övladına göstəriş verir ki:

"Həyat yoldaşına onun şəxsi və taqəti çatmayan işlərdən başqa bir iş təhmil etmə, çünki qadın zərif və incə bir gül kimidir, amma meydanda vuruşan cəngavər deyildir.” "Məkarmül-əxlaq”, səh.216

Bu vəsiyyətin oxşarını Məhəmməd Hənəfiyyəyə də yazmış, ona qadınları yaxşı qorumağı tövsiyə etmişdir.
"Şərhi mən la yəhzür”, 13-cü cild, səh.75

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) qadın və kişinin iş və vəzifələrini belə bölmüşdür:


Qızı Fatiməyə ev daxili işləri həvalə etmiş, Əli (əleyhissalam)-a isə evdən kənardakı işləri tapşırmışdı. Həzrət Əli (əleyhissalam) təkcə evdən xaricdə olan işləri görmür, eyni zamanda mənzil işlərində də həyat yoldaşı Həzrət Zəhraya kömək edirdi. Çünki həyat yoldaşına kömək etmək, ailə ehtiyaclarını təmin etmək ən yaxşı ibadətlərdən hesab olunur və Allah-taala belə kişilərə şəhidlərin, Allah yolunda cihad edən mücahidlərin savabını verir.
"Kənzül-ümmal”, 16-cı cild, səh.341

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex