Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Sədaqətli yoldaş seçib, günahkar (pis) adamlardan uzaqlaşmaq.

Sədaqətli yoldaş seçib, günahkar (pis) adamlardan uzaqlaşmaq.
0
Mətndə qrammatik səhv var?
Sədaqətli yoldaş seçib, günahkar (pis) adamlardan uzaqlaşmaq.



Hər hansı bir səfərdə vəfalı və sədaqətli yoldaşın çətinlikləri həll etməkdə mühüm rolu olduğu kimi, mənəviyyatı saflaşdırmaqda da yaxşı yoldaş böyük əhəmiyyətə malikdir.
Həzrəti-Musa(ə) Bəni-İsrail tayfasını Fironun əlindən qurtarıb haqqa hidayət etmək üçün peyğəmbərliyə seçilərkən dua edib Allah-təaladan belə istədi:
"Mənə öz ailəmdən bir vəzir (köməkçi) ver-qardaşım Harunu! Onunla arxamı möhkəmləndir, (Ona da peyğəmbərlik ver) ki, səni çox təqdis edib şəninə təriflər deyək və səni çox zikr edək.( Daim yada salıb şükr-səna edək)." («Taha»-29-34).

"Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun!" («Tövbə»-119)

Həzrəti-Əli(ə) öz övladlarına belə tövsiyə edir: "Səfərə çıxmamışdan qabaq öz yol yoldaşının əxlaqını öyrən. Evi almamışdan əvvəl qonşunu tanı". («Üsuli-kafi» II c, səh.445)

Allahın nemət və rəhmətinə şamil olub, Tanrı qayğısı, köməyi ilə düzgün yola - haqq yola (siratəl-müstəqimə) yönələrək günahdan qorunmuşlar dostluğa layiq şəxslərdir.

Bu ayədə deyildiyinə görə, onlar dörd qrupa bölünürlər:
"Allaha və peyğəmbərə itaət edənlər, (axirətdə) Allahın nemət verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı düzgün, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləri ilə) bir yerdə olacaqlar. Onlar isə necə də gözəl yoldaşlardır!" («Nisa»-69)

Bütün bu ayə və rəvayətlərdən belə anlaşılır ki, haqq yolunda sədaqətli və vəfalı yol yoldaşı zəruridir. Təklik və tənhalıq yalnız Allaha məxsusdur. Ey müsəlman mömin qardaş! Əlin peyğəmbər və siddiqlər ətəyinə çatmadığından şəhidlər və salehlərlə birgə ol! Heç vaxt onlardan ayrılma ki, yolunu azmış olarsan.

Həzrəti-Əli(ə) öz övladlarına belə tövsiyə edir: "Səfərə çıxmamışdan qabaq öz yol yoldaşının əxlaqını öyrən. Evi almamışdan əvvəl qonşunu tanı".(«Üsuli-kafi» II c, səh.445)
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.