Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

İmamın (Ə) çətinliklərlə üzləşdiyi vaxt qüssələndikdə oxuduğu dua.

İmamın (Ə) çətinliklərlə üzləşdiyi vaxt qüssələndikdə oxuduğu dua.
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
İmamın (Ə) çətinliklərlə üzləşdiyi vaxt qüssələndikdə oxuduğu dua.



7-ci DUA: İMAMIN(Ə) ÇƏTİNLİKLƏRLƏ ÜZLƏŞDİYİ VAXT QÜSSƏLƏNDİKDƏ OXUDUĞU DUA.

Ey çətinliklər düyününü açan❗️
Ey çıxılmaz hallarda yol açan❗️
Ey sıxıntıdan asayişə çıxmaq üçün çağırılan (ALLAH)❗️
Çətin işlər Sənin qüdrətinlə asanlaşır, (həyatın davam etməsi üçün lazım olan) səbəblər və vasitələr Sənin lütfünlə yaranır, qəza-qədər (hadisələr) Sənin qüdrətinlə dövran edir və hər bir şey Sənin iradən əsasında meydana gəlir. Bəs, yalnız Sənsən ki, (sözlə) bir hökm vermədən, hər bir şey Sənə itaət edir. Yalnız Sənsən ki, bir işi (sözlə) qadağan etmədən və təkcə iradə etməyinlə hər bir şey işdən düşür.

Bütün çətinliklərdə Səni (köməyə) çağırırlar və bütün giriftarçılıqlarda Sənə pənah gətirirlər. Sən, bəlanı uzaqlaşdırmasan, heç bir bəla (bizdən) uzaqlaşmaz və Sən, çətinlikləri həll etməsən, heç bir çətinlik aradan qalxmaz.

Ey Rəbbim olan Allah, mənə bir bəla üz verib ki, onun ağırlığı məni kədərləndirib. Elə çətinliklərlə üzləşmişəm ki, onlara dözmək mənim üçün ağırdır. Düçar olduğum bu bəla Sənin qüdrətin, qarşılaşdığın bu çətinlik Sənin təqdirin sayəsindədir

İlahi, Sənin düçar etdiyin giriftarçılığı heç kim aradan qaldıra və Sənin nazil etdiyini (bəlanı) heç kim geri qaytara bilməz❗️ Düyünə saldığın (bir işi) heç kim aça bilməz və açdığın (düyünü) heç kim bağlaya bilməz❗️ Çətinləşdirdiyin (bir işi) heç kim asanlaşdıra bilməz və zəlil etdiyin kəsə heç kim köməklik göstərə bilməz❗️

Məhəmməd və onun Əhli-beytinə salavat göndər və ey Rəbbim, rəhmətinlə asayiş qapısını üzümə aç, qüdrətinlə həyatımdakı qəm-kədər sultanını (təcəssüm) sındır (məhv et), lütfünlə məni gileyləndiklərimə nail et və dilədiklərimə icabət (qəbul olunma) şirinliyini dadızdır. Öz tərəfindən məsləhət bildiyin rəhmət və qurtuluşu mənə nəsib et və tezliklə giriftarçılıqlardan nicat tapmağı mənim barəmdə hökm ver. Məni vaciblərinə riayət etmək və müstəhəblərini yerinə yetirməkdən uzaqlaşdıran qəm-qüssə ilə məşğul etmə (qəm-qüssəyə düçar etmə). Ey Rəbbim, çünki mən, başıma gələn bu bəlaya görə taqətdən düşmüşəm və həyatımda baş verən bu hadisəyə görə qəlbim qəm-qüssə ilə dolub. Bu giriftarçılığımı aradan qaldırmağa və düşdüyüm bu çətinliyi məndən uzaqlaşdırmağa yalnız Sən qadirsən❗️

Bəs bu qüdrətini mənim üçün göstər, hərçənd ki, mən buna layiq deyiləm. Ey əzəmətli ərşin sahibi❗️

Səhifəyi-Səccadiyyə, 7-ci dua.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex