Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Qardaşlıq əhdnaməsi

Qardaşlıq əhdnaməsi
+1
Mətndə qrammatik səhv var?
Qardaşlıq əhdnaməsi

Peyğəmbərin (s) Mədinəyə gəldiyi ilk günlərdə atdığı mühüm addımlardan biri də,mühacirlər və ənsar- arasında "qardaşlıq əhd-peymanı" nın bağlanmasına əmr verməsidir. Öz evlərini, yurd-yuvalarını itirmiş, qürbət torpaqlara hicrət etmiş mühacirlərin maddi və ruhi cəhətdən dəstəyə ehtiyacı var idi. Ənsar mühacirləri öz evlərinə dəvət etməklə, mal-mülklərini onlarla bölüşməklə, onların maddi çətinliklərini bir miqdar həll edə bildilər. "Qardaşlıq əhd-peymanı" ilə mənəvi və ruhi cəhətdən yaranan boşluq və çatışmazlıqlar aradan qaldırıldı. Suheyli "ər-Rövzətül- üns" (4\178) kitabında yazır: Mühacirlər və ənsar arasında bağlanan "Qardaşlıq əhd peymanı", mühacirlərin qürbət nisgilini, ailələrindən və tayfalarından ayrı qalmalarıilə yaranan problemləri həll etmə yolunda önəmli bir addım idi. Həmçinin onların bir- birilərinə arxa-dayaq olmasına da səbəb oldu.
Belə çıxır ki, bir mühacir və bir ənsar arasında qardaşlıq əhd-peymanı bağlanmalı idi. (Hər bir mühacir ya ənsar özlərinə bir qardaş seçməli idi. Yəni bu əhdnamə ənsar ilə mühacirlər arasında bağlanmalı idi.) Amma bir neçə nəfər mühacir də qardaşlıq əhd-peymanı bağladı. Əlbəttə, bu əhdnamənin mənşəyi Məkkədəki qardaşlıq əhd- peymanına qayıdır. Çünki, "əl-Muhəbbər" (səh. 70) və "Sübulul-hüda" (3\527)
Kitablarında qeyd olunur ki, qəbilə, tayfa, varlı, yoxsul ayrı seçkiliklərini aradan qaldırmaq məqsədi ilə ilk qardaşlıq əhd-peymanı Məkkədə bağlandı. Bu əhdnamə ikinci dəfə, daha geniş formada, müxtəlif torpaqlardan gələn, fərqli millətlər, tayfalar və qəbilələrdən olan insanlar arasında başlandı. Ərəb əcəmlə(- Ərəb millətinə məxsus olmayan , başqa millətlərdən olan şəxslərə, "əcəm" deyirdilər) ağdərili qaradərili ilə,
varlı kasıbla qardaş oldu. Hələbinin (2\91) yazdığına əsasən, Peyğəmbər (s) məsciddə və yaxud evində ənsar və mühacirə xitabən buyurdu: »تَآخَوا فِی اللّه أَخَوَینِ أَ خَوَینِ« "Allah yolunda iki-iki (cüt-cüt) qardaş olun!"
Ardınca üzünü müsəlmanlara tutub, buyurdu: Filankəs sən filankəs ilə qardaş ol. Sonra Həzrət Əmirəl-mömininin (s) əlini tutub, buyurdu:
»هذا أ ِخی« "Bu mənim qardaşımdır!"
Şeyx Tusi "Əmali" (səh. 587) kitabında qeyd edir ki, bir-birilərinə uyğun və təqribən eyni rütbədə qərarlaşan şəxslər arasında qardaşlıq əhd-peymanı bağlandı. Diqqət edilməli bir məqam budur ki, hər iki qardaşlıq əhd-peymanı (Məkkə və Mədinədə) bağlandığı zaman Allahın elçisi (s) Əlini (ə) özünə qardaş seçdi. Bu çox böyük bir iftixar idi ki, Həzrət Əli (ə), bəşəriyyətin ən əzəmətli şəxsiyyəti və peyğəmbərlərin sonuncusu ilə qardaş olmaq şərəfinə layiq görüldü. Bir sıra tədqiqatçılar və həmçinin
İbn Məğazili (səh. 91) "Mənaqib" kitabında yazır: Peyğəmbər (s) buyurdu:
»مَکتُوبٌ عَلی بَابِ الجَنَّةِ قَبلَ أَن یَخلُقَ اللّهُ السَّماواتِ وُاألَرضَ بِألفَی عامٍ: مُحَمُّدً رَسولُُ اللّهِ وَ عَلِیًّ أخُو رَسُولِ اللّه«
"Yerlər və göylər yaranmamışdan iki min il öncə, behiştin qapısına yazılmışdı: Məhəmməd Allahın elçisi və Əli Allahın elçisinin qardaşıdır."

"Ər-Riyazün-nəzrə" (1\23) kitabında yazılır ki, Peyğəmbər (s) bəzi qadınların arasında "Bacılıq əhd-peymanı" da bağlatdırdı.Mühacirlərin sayı haqda olan bölümdə olduğu kimi, qardaşlıq əhd-peymanı bağlayan mühacir və ənsarın sayı haqda müxtəlif fikirlər mövcuddur. Onların sayının doxsan, yüz səksən altı və üç yüz nəfər olması (yəni; yüz əlli nəfər mühacir, yüz əlli nəfər ənsar) qeyd edilmişdir.


(Mənbə: "İslam tarixi ilə tanışlıq" Seyid Əli Mir Şərifi,
Mütərcim: Dr. Əfzələddin Rəhimov)
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.